Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

113
 
Statistik  hesabat  vahid  beynəlxalq  təsnifata  müvafiq  olaraq  əmtəə  adı,  qrupu, 
görünüşü  və  mövqeyi  üzrə  aparılır.  Beləki,  ölkənin  xarici  ticarətində  effektivliyin 
yüksəldilməsi 
məqsədilə 
“Azərbaycan 
Respublikası 
xarici 
ticarətinin 
liberallaşdırılması haqqında” tədbirlər o cümlədən, “Azərbaycan Respublikası xarici 
ticarətinin  sonrakı  liberallaşdırılması  haqqında”  prezident  fərmanı  qəbul  edilmişdir. 
Fərmanın  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  o  bütün  hüquqi  şəxslərə  respublikanın 
strateji əhəmiyyətli məhsullarını ixrac etmələrinə icazə verirdi və o cümlədən, ixrac 
olunacaq  malın  həcmini,  ödənişin  sərbəst  dönərli  valyutada  qəbul  edilməsi  və  ilkin 
ödəniş  normativləri  və  qaydalarını,  digər  təşkilati  tədbirləri  və  malın  sərhəddən 
keçirilməsinə nəzarət qaydalarını müəyyən edirdi.
104
  
Xarici  iqtisadi  fəaliyyət  sistemində  əsas  yeri  Ticarət-Sənaye  Palatası  tutur.  O 
xarici  iqtisadi  əlaqələrin  inkişafının  təşviq  edilməsi  üçün  müəssisələr  və  təşkilatlar 
tərəfindən  2000-ci  ildə  yaradılmışdır.  Palata  müəssisə  və  təşkilatların  maraqlarını 
ölkə  xaricində  və  daxilində  qoruyur.  Ticarət-Sənaye  Palatası  özünün  aparatına 
malikdir  və  xarici  iqtisadi  əlaqələrin  bütün  iştirakçılarını  əhatə  edir.  Onun 
fəaliyyətinə:  ixtiraların  xarici  ölkələrdə  patentləşdirilməsi,  ixrac  məhsullarının 
ekspertizası,  ölkə  daxilində  və  xaricində  əmtəələrin  reklamı,  işgüzar  müqavilələrin 
bağlanması,  ixrac  olunan  qeyri-ənənəvi  malların  axtarıb  tapılması,  Azərbaycan 
mallarının xarici ölkələrdə, xarici ölkə mallarının isə Azərbaycanda sərgilərinin təşkil 
edilməsi və o cümlədən, beynəlxalq sərgi və yarmarkalarda iştirak daxildir. 
Xarici  iqtisadi  əlaqələrin  tənzimlənməsi  üzrə  əməli  fəaliyyəti  Azərbaycan 
Respublikasının regional və ticarət nümayəndəlikləri həyata keçirir. Xarici ölkələrdə 
Azərbaycanın  regional  nümayəndəliklərinin  yaradılması  sahəsində  konkret  addım 
MM  tərəfindən  “Avropa  qtisadi  Birliyi  yanında  NK  tabeçiliyində  Azərbaycan 
Respublikası nümayəndəliyinin təsis edilməsi haqqında” qəbul edilən qərar olmuşdur. 
Nümayəndəliklərin xarici ölkələrdə prioritet fəaliyyət istiqamətləri aşağıdakılardır: 
                                                            
104
 F.Qənbərov., “Xarici iqtisadi əlaqələr və iqtisadi artım”, Bakı,  Elm, 2012. 


114
 
-
 
Xarici  ölkə  bazarlarında  dövlət  maraqlarının  qorunması,  haqsız  rəqabət 
hallarının, qeyri-sərfəli əqdlərin və qeyri-ekvivalent mübadilələrin aşkara çıxarılması 
və xəbərdarlıqların edilməsi; 
-
 
Xarici 
ticarət 
dövriyyəsi 
strukturunun 
optimallaşdırılmasına, 
rəqabətqabiliyyətli mal və xidmətlərin xarici bazarlara çıxarılmasına, ixrac həcminin 
yüksəldilməsinə,  idxal  həcminin  isə  azaldılmasına  istiqamətlənmiş  tədbirlərin 
görülməsi; 
-
 
qtisadiyyatın  inkişafı  üçün  əhəmiyyət  daşıyan  iri  həcmli  ekoloji  təmiz 
layihələrin hazırlanmasına və reallaşdırılmasına daimi nəzarət; 
-
 
Ticari-iqtisadi,  elmi-texniki  və  mədəni  əməkdaşlıq  və  birgə 
müəssisələrin  yeni  formalarının  inkişafı  istiqamətində  mümkün  köməkliklərin  və 
xarici  iqtisadi  fəaliyyət  iştirakçılarına  müvafiq  ortaqlar  seçmələrində  köməklik 
göstərilməsi; 
-
 
Xarici  iqtisadi  fəaliyyət  iştirakçılarının  informasiya  təminatının 
yaxşılaşdırılması. 
Beynəlxalq  tənzimləmə  sistemi  tərəfindən  razılaşdırılmış  çoxmillətli 
strukturlara  və  orqanlara  qoşulma  və  xüsusi  müxanizmlərin  və  hüquq  normalarının 
qəbulu  önəmlidir.  Bu  qəbldən  olan  sənədlərə  Tariflər  və  Ticarət  üzrə  Baş  Saziş  – 
Ümumdünya Ticarət Təşkilatı aiddir. Beynəlxalq səviyyədə Tariflər və Ticarət üzrə 
Baş Saziş müddəalarına riayət olunması tələb olunur. Ölkələrin ÜTT-na daxil olması 
həmin ölkələrin dünya iqtisadiyyatına inteqrasiya etməsi prosesini sürətləndirəcək.  
Xarici  iqtisadi  əlaqələrin  ümumi  tənzimlənmə  sistemində  inteqrasiya  yeni 
kəmiyyət  və  keyfiyyət  vəziyyəti  almaqdadır.  ctimai  qarşılıqlı  asılılıq,  əlaqələr  və 
maraqlar qeyri-hökumət institutları vasitəsilə formalaşdırılır, həyata keçirilir və ifadə 
olunur.  nteqrasiya  yeni  strukturların  yaradılmasını  və  ya  mövcud  strukturların 
yeniləşdirilməsini  lazım  bilir.  qtisadiyyatın  və  xarici  iqtisadi  əlaqələrin  effektiv 
fəaliyyət göstərməsi üçün tənzimləmə mexanizmnin optimallaşdırılması tələb olunur. 
Beynəlxalq  inteqrasiyanın  məqsədi  əsas  dəyərlərin  inkişafı,  insan  cəmiyyətlərinin 
fəthi,  iqtisadi  rifahın  əldə  olunması  və  iqtisadi  təhlükəsizliyin  təmin  olunmasıdır. 


115
 
Bütün bunlar onu təsdiq edir ki, müasir şəraitdə heç bir dövlət göstərilən prioritetləri 
və öz iqtisadi təhlükəsizliyini tək başına təmin edə bilməz.
105
 
 
3.2. Azərbaycan Respublikasının xarici iqtisadi siyasə
strategiyasının formalaşdırılmasının hüquqi təminatı 
Xarici iqtisadi siyasət dövlətlər arasında bütün növ ehtiyatların hərəkəti zamanı 
yaranan iqtisadi münasibətlər sistemini əks etdirir. Bu ikitərəfli münasibətlər dövlətin 
iqtisadi həyatının bütün sferalarını və əsasən istehsal, ticarət, investisiya və maliyyə 
fəaliyyətini əks etdirir.  
Xarici iqtisadi əlaqələrin təmzimləyiciləri iqtisadi və təşkilati-bölüşdürücü ola 
bilər.  qtisadi  tənzimləyicilər  xarici  əlaqələrin  yaranması  və  həyata  keçirilməsinin 
iqtisadi maraqlarına təsir edir. Onlara aiddir: tələb və təklifin nisbəti, dünya və daxili 
qiymətlərin,  tariflərin,  valyuta  məzənnələrinin,  faiz  dərəcələrinin  nisbəti,  əmtəələrin 
istehsalının həcmi, keyfiyyət və səmərəlilik üzrə dünya və yerli inkişaf səviyyələrinin 
nisbəti,  iqtisadi  stimullar,  proqnozlar,  planlar,  proqramlar  və  s.  O,  vacib 
makroiqtisadi  proporsiyaların  müəyyənləşdirilməsində  və  inkişafın  perspektiv 
məqsədlərinin tapılmasında istifadə olunur. 
Təşkilati-bölüşdürücü 
tənzimləyicilərə 
inzibati-amirlik 
xarakterli 
tənzimləyicilər  aiddir.  Onlar  dövlətin  və  onun  orqanlarının  xarici-iqtisadi  əlaqələrin 
formalaşması və inkişafına müxtəlif təsirini nəzərdə tutur. Onlara aşağıdakılar aiddir: 
ə
mtəələrin  idxal  və  ixracını  kvotalaşdırma  və  lisenziyalaşdırma,  müxtəlif  növ 
fəaliyyətlərin  lisenziyalaşdırılması,  əmtəələrin  ixracından  əldə  olunan  valyuta 
qazancının  bir  hissəsinin  mütləq  satışı  mexanizmi,  gömrük  rejimi,  əmtəələrin 
gətirilməsi və aparılmasının gömrük tərtibatı, valyuta nəzarəti, gömrük nəzarəti, ixrac 
nəzarəti, idxal nəzarəti və s. 
Xarici iqtisadi əlaqələrin dövlət tərəfindən aktiv tənzimlənməsi dövlətin xarici 
iqtisadi  siyasətinin  əsas  məqsədidir.  Xarici  iqtisadi  siyasətin  tərkibini  aşağıdakı 
sxemdə daha aydın görmək olar. (Sxem 3.2.)  
Sxem 3.2. 
                                                            
105
 Səmədzadə Z. Ə., “Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzələri”, Bakı, 2001 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə