Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

101
 
inkişaf  etdirir.  Xüsusən  iki  ölkə,  Azərbaycan  və  Rumıniya  arasında  bir  sıra 
hökumətlərarası müqavilələr və iqtisadi razılaşmalar imzalanmışdır.
94
  
Qeyd  etmək  lazımdır  ki,  ABŞ  respublikamızın  etibarlı  ticarət  partnyorudur. 
Xüsusən də ABŞ-nın Azərbaycanda ticarət palatası 125 Amerika şirkətini birləşdirir 
və  burada  yüzlərlə  vətəndaşımız  çalışır.  Amerika  kapitalı  əsasən  neft  sektoru  ilə 
bağlıdır, lakin Amerika kapitalının Azərbaycan regionlarına cəlb olunması imkanları 
da  mövcuddur.  Amerika  sahibkarları  regionların  enerji  və  qaz  ilə  təchizatına, 
infrastrukturun  inkişafına,  regionların  inkişafının  əsas  katalizatoru  olan  yolların 
inşasına  böyük  maraq  göstərirlər.  Kənd  iqtisadiyyatında  müasir  infrastrukturun 
yaradılmasında  ABŞ  maraqlıdır  çünki,  bunsuz  aqrar  biznesinin  inkişafı  mümkün 
deyil. Amerika şirkətləri Azərbaycanın rayonlarında, xüsusən Lənkəranda, Masallıda, 
Gəncədə,  Xaçmazda  fəal  işləyirlər.  Burada  Amerika  hökuməti  və  təşkilatları 
tərəfindən maliyyələşdirilən layihələr həyata keçirilir. 
Amerika  sahibkarlarının  iqtisadiyyatın  qeyri-neft  sektorlarında  iştirakının 
mümkünlüyü  nəzərdə  tutulur.  Lakin  sahibkarlıq  fəaliyyətinin  inkişafı  üçün 
beynəlxalq standartlara uyğun sığorta şirkətinin olması zəruridir.  
Hökumət tərəfindən iqtisadi islahatların uğurlu aparılmasına və ölkədə sərmayə 
qoyuluşu  üçün  əlverişli  iqlim  yaradılmasına  Avropa  Bankının  Azərbaycan  üzrə 
strategiyası  da  kömək  edəcək.  qtisadi  islahatların  keçirilməsi  üçün  əsasən  dörd 
prioritet istiqamət seçilmişdir. Xüsusilə: kiçik və orta sahibkarlığa, maliyyə sektoruna 
yardım  edilməsi  və  eləcə  də  qeyri-neft  sektorunun  inkişafı  ilə  bağlı  infrastruktur, 
enerji və nəqliyyat layihələridir. Avropa Bankının prioritetləri arsında neft-qaz sferası 
qalmaqdadır və bütün region üçün xüsusi əhəmiyyət kəsb edir. 
Hal hazırda əhalinin bir nəfərinə düşən sərmayələrin həcminə görə Azərbaycan 
MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur.
95
 
Müasir  dünya  təsərrüfat  əlaqələrinin  coğrafi  quruluşunda  da  müəyyən 
dəyişikliklər baş verməkdədir. Belə ki, dünya təsərrüfat əlaqələrinin əsas subyektləri 
olan  sənayecə  inkişaf  etmiş  ölkələr  bir-birləri  ilə  iqtisadi  əlaqələri  daha  da 
                                                            
94
 Həsənov Ə., „Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti“, Bakı, 2005  
 
95
 Azərbaycan Milli Elmlər Akademiyası  qtisadiyyat  nstitutu, “Qloballaşma mühitində milli iqtisadi inkişaf modelin: 
formalaşması  və inkişafı problemləri”, monoqrafiya, Bakı, 2010, s. 69-85 


102
 
dərinləşdirirlər  və  bu  proses  özünü  inteqrasiya  birlikləri  çərçivəsində  daha  aydın 
göstərir.  nkişaf etməkdə olan ölkələrin isə dünya mal, xidmət, kapital və işçi qüvvəsi 
bazarlarında mövqeləri getdikcə güclənir.  
Müasir mərhələdə dünya iqtisadiyyatında yuxarıda göstərilən meyllərlə yanaşı 
bir sıra problemlər də  müşahidə edilir. Dünya iqtisadiyyatının inkişafında müşahidə 
edilən  əsas  problemlərdən  biri  inkişaf  etmiş  qərb  ölkələri  tərəfindən  qapalı  iqtisadi 
sistemin  formalaşdırılmasıdır.  Bu  gün  sənayecə  inkişaf  etmiş  ölkələrin  qarşılıqlı 
ticarəti  dünya  ticarətinin  75%-dən  çoxunu  təşkil  edir.  Dünyada  BX   qoyuluşlarının 
60%-i  EÖ-in payına düşür. Dünyadakı bütün qeydiyyatdan keçmiş patentlərin 87%-i 
EÖ-də cəmləşmişdir. Dünyada ticarət axınlarının yalnız 5%-i  qtisadi Əməkdaşlıq və 
nkişaf  Təşkilatı  (Organisation  for  Economic  Co-operation  and  Development  – 
OECD)
 ölkələrində başlayır və ya bitir. 
Bu  gün  planetin  sənaye  ölkələrində  yaşayan  əhalinin  20%-nə  dünya  üzrə 
Ümumi Daxili Məhsulun (ÜDM) 86%-i düşdüyü halda,  EOÖ-də yaşayan  əhalinin 
20%-nə cəmi 1%-i düşür. Bu isə dünya təsərrüfatının qloballaşmasından əldə olunan 
qazancın ölkələr arasında qeyri-bərabər bölgüsünü göstərir. 
Bunlardan başqa, hazırda dünyada əsas oyun qaydalarının müəyyənləşməsində 
beynəlxalq  təşkilatların,  transmilli  şirkətlərin  rolunun  artması  ölkələrin  iqtisadi 
müstəqilliyinin zəifləməsinə və dünya təsərrüfat əlaqələrinin inkişafında milli iqtisadi 
təhlükəsizlik probleminin meydana çıxmasına səbəb olur. 
Beləliklə,  dünya  təsərrüfatına  aid  olan  ümumilik  və  vahidliklə  yanaşı,  onda 
həmçinin  daxili  ziddiyyətlər  də  mövcuddur.  Bu  ziddiyyətlər  özünü  əsasən  ayrı-ayrı 
ölkə qrupları üzrə göstərir. 
Ziddiyyətlərin  birinci  qrupu  dünya  iqtisadi  inkişafının  3  mərkəzi  –
 
Ş
imali 
Amerika  Azad  Ticarət  Zonası  (ABŞ  başda  olmaqla),  Avropa Birliyi  və  Asiya-Sakit 
okean  regionu  (Yaponiya  başda  olmaqla)  arasında  mövcuddur.  Bu  ölkələr  arasında 
ziddiyyətlərin  əsas  mahiyyəti  kimi  dünya  bazarlarında  onlar  arasında  mövcud  olan 
ciddi rəqabət mübarizəsi çıxış edir. Bu zaman tərəflərin məqsədi adətən rəqibi dünya 
bazarının  hər  hansı  bir  seqmentindən  çıxarmaq  və  ya  bu  seqmenti  rəqibdən 
qorumaqdır. 


103
 
kinci  qrup 
ziddiyyətlər  “Şimal”-“Cənub”  ölkələri  arasında  olan 
ziddiyyətlərdir.  Burada  “Şimal”  sənayecə  inkişaf  etmiş  ölkələr,  “Cənub”  isə  inkişaf 
etməkdə  olan  ölkələrdir.  Bu  ziddiyyətlərin  mahiyyəti  ondan  ibarətdir  ki,  bir  çox 
inkişaf  etməkdə  olan  ölkələr  (ilk  növbədə  yeni  sənaye  ölkələri)  bir  çox  iqtisadi 
göstəricilər  üzrə  faktiki  olaraq  inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  çatırlar  və  buna 
görə də dünya təsərrüfatında uyğun yer tutmağa çalışırlar. 
Üçüncü qrup ziddiyyətlər “Şərq”-“Qərb” ölkələri arasında mövcuddur. Burada 
“Qərb”  dedikdə  sənayecə  inkişaf  etmiş  ölkələr,  “Şərq”  dedikdə  isə  keçmiş  sosialist 
düşərgəsi  ölkələri,  başqa  sözlə  keçid  iqtisadiyyatlı  ölkələr  nəzərdə  tutulur.  Bu  ölkə 
blokları  arasında  ziddiyyətlər  özünü  onda  göstərir  ki,  dünya  sosialist  sisteminin 
süqutuna  qədər  keçmiş  sosialist  düşərgəsi  ölkələri  avtarkiya  rejimində  fəaliyyət 
göstərirdilərsə,  hazırda  onların  məqsədi  dünya  bazarına  aktiv  surətdə  daxil  olma 
istəyidir.  Onlar  istehsal  etdikləri  məhsullarla  dünya  bazarında  layiqli  yer  tutmağa 
çalışırlar. Lakin sənayecə inkişaf etmiş ölkələr dünya iqtisadiyyatı meydanında yeni 
rəqib  ölkələrin  meydana  gəlməsində  maraqlı  deyillər  və  buna  hər  vəchlə  mane 
olmağa çalışırlar.
96
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
96
 A. N. Abbasbəyli, “Müasir beynəlxalq münasibətlər və qloballaşma”, dərslik, Bakı, 2007, s. 61-81 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə