Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

98
 
ehtiyatlarının  2030-cu  ildən  azalacağı  ilə  bağlı  proqnozları  nəzərə  alaraq,  Bakı-
Tibilisi-Ərzurum  qaz  boru  kəmərinin  işə  daxil  olunması  dünya  dövlətləri  üçün 
mühüm hesab ediləcəkdir. 
Ölkəmizin  Avropa birliyinə  inteqrasiyası Azərbaycan-Bolqarıstan  əlaqələrinin 
dərinləşməsi  və  genişlənməsinə  gətirib  çıxartmışdır.  Respublikaların  ikisi  də  uğurla 
Avropa  və  Avroatlantika  strukturlarına  inteqrasiya  edir  və  bu  kimi  pozitiv 
istiqamətdə ikitərəfli münasibətlər də inkişaf etməkdədir. Azərbaycan və Bolqarıstan 
arasında  ikitərəfli  əlaqələr  beynəlxalq  və  dövlətlərarası  münasibətlərin  tarixi  ilə 
şə
rtləndirilir və onların kökü Avropa-Kavkaz-Asiya dəhlizi ilə Böyük  pək yolunun 
qədim ənənələrinə gedir çıxır. Buna görə tarixi böyük  pək Yolunun bərpası və onun 
xəzəryanı  forması  olan  “Əsrin  müqaviləsi”  –  “Bakı-Tbilisi-Ceyhan”  transmilli  neft 
kəməri üzrə layihələr iki ölkə arasında münasibətlərdə vacib rol oynayır. TRASEKA 
proqramının həyata keçirilməsi nəinki qonşu dövlətləri, həm də uzaq xarici ölkələrin 
də marağını kəsb etmişdir.  
ş
 adamlarının arasında inkişaf edən əməkdaşlıq formalarından biri də biznes-
formdur və bu ölkəyə xarici sərmayələrin cəlb olunmasının vacib amili hesab olunur. 
Ölkə  Prezidentinin  regionların  sosial-iqtisadi  inkişafının  dövlət  proqramını  təsdiq 
etməsi  müxtəlif  ölkələrin  və  regionların  müəssisələri  arasında  birbaşa  təmasların 
qurulmasına şərait yaradan məqsədli amillərdən biri kimi çixiş edir. Aqrar sektorda, 
ağır  maşınqayırma  və  yüngül  sənayedə  böyük  təcrübəyə  malik  türk  sahibkarları  ilə 
Azərbaycan  iş  adamlarının  daha  sıx  əlaqələri  mövcuddur.  Azərbaycan  və  türk 
sahibkarları  kənd  təsərrüfatı  məhsullarının  emalı  üzrə  respublikada  küllü  miqdarda 
birgə  müəssisələr  təşkil  etmişlər  və  qarşılıqlı  mənfəətli  əmtəə  mübadiləsi  həyata 
keçirməkdədirlər.  Türk  sahibkarları  sənayenin  tekstil  və  yeyinti,  avadanlıq  və 
kimyəvi preparat istehsalı və digər sahələrində fəaliyyət göstərirlər. Telekomnikasiya 
sektorunu xüsusi qeyd etmək lazımdır ki, burada türk sahibkarları qabaqcıl mövqelərə 
çıxmışlar. Onlar Azərbaycan iqtisadiyyatına ümumilikdə 1,6 milyard dollar sərmayə 
qoymuşlar. 
Dövlətimizin  partnyorları  sırasında  Moldova  respublikası  da  vardır.  Moldova 
respublikası  hökuməti  ilə  Azərbaycan  şirkəti  olan  Azpetrol  arasında  Dunay  və  Prut 


99
 
çaylarında  yerləşən  Curculeşti  beynəlxalq  limanının  inşası  haqqında  razılaşma 
imzalanmışdır  və artıq  inşa  işlərinə başlanmışdır.  Razılaşmanın  əsasını  neft,  yük və 
sərnişin terminalları təşkil edir. Yeddi il müddətində Azpetrol Moldovaya 250 milyon 
dollar sərmayə qoyuluşunu planlaşdırır. 
Gürcüstanın  əsas  ticarət  partnyorlarından  biri  Azərbaycan  hesab  olunur. 
Azərbaycan  siyasətinin  vacib  istiqamətlərindən  biri  də  neft  strategiyasıdır.  1994-cü 
ilin  20  sentyabırında  imzalanmış  “Əsrin  müqaviləsi”  Azərbaycan  və  Gürcüstan 
iqtisadiyyatında  xüsusi  rol  oynamış,  eləcə  də  bir  neçə  qlobal  regionlar  layihələri 
həyata  keçirməyə  imkan  yaratmışdır.  Gürcüstana  neft  məhsullarının  əsas  ixracatçısı 
Azərbaycandır.  Beləki,  bu  gün  Bakı-Supsa  neft  kəməri  uğurla  işləyir  və  onun 
vasitəsilə Bakı neft dünya bazarlarına çıxarılır. 
Dövlət  neft  şirkətinin  neft  məhsulları  Avropa  ölkələrinə  Gürcüstanın  Poti  və 
Batumi  limanları  vasitəsilə  ixrac  olunur.  Həyata  keçirilən  layihələr  strateji 
ə
həmiyyətə  malik  olan  iki  qonşu  ölkənin  tərəqqisi  və  inkişafının  təminatçısıdır. 
Gürcüstanın dövlət şirkəti ilə imzalanmış müqaviləyə müvafiq olaraq Azərbaycandan 
Gürcüstana elektirik enerjisinin ötürülməsi həyata keçirilir. 
ki ölkə arasında qarşılıqlı mənfəətli əməkdaşlığın əsasını təşkil edən nəqliyyat 
və  rabitə  sahələridir.  Azərbaycan  və  Gürcüstan  TRASEKA  beynəlxalq  layihəsinin 
daha  fəal  iştirakçılarıdır.  Beynəlxalq  yük  daşımalarının  86%-i  Gürcüstandan  tranzit 
dəmiryolu vasitəsilə həyata keçirilir.  ki ölkə ərazilərindən keçən nəqliyyat yüklərinin 
daşınma  həcmi  təxminən  10  dəfə  artmışdır.  Hal-hazırda  Azərbaycan  və  Gürcüstan 
arasında  əməkdaşlığa  dair  münasib  müqavilə  -  hüquqi  normaların  yaradılması  üzrə 
fəal  iş  aparılır.  Dövlətlər  arasında  olan  iqtisadi  əməkdaşlıq  qarşılıqlı  mənfəət 
strategiyası əsasında qurulur. 
Dünya iqtisadi sistemdə “inqilab” baş verməsi nəticəsində Çin öz tarixində ilk 
dəfə olaraq dünya təsərrüfat subyektinə çevrilmişdir. Ümumdünya ÜDM-da ÇXR-nın 
payı  1%-dən  artıq  olmuşdur.  Lakin  9%-lik  sürətli  inkişaf  nəticəsində  ÇXR  milli 
iqtisadiyyatı kəmiyyətə görə altıncı yer tutmuş və ümümdünya ÜDM-nun 6%-i onun 
payına  düşmüşdür.  BVF  təhlilçilərinin  proqnozlarına  görə  Çin  bütün  Asiya 
regionunun  iqtisadi  mərkəzinə  çevrilir.  Regionun  əsas  maddi  və  maliyyə  axınları 


100
 
buraya istiqamətləndirilir və buradan paylaşdırılır. Beynəlxalq iqtisadi arenada “Yeni 
Çinin”  aşkara  çıxması  ənənəvi  şərqi-asiya  iqtisadi  inkişaf  modelinin  sonunun 
başlanğıcı kimi dərk oluna bilər. Bu modelin məğzi ondan ibarətdir ki, asiya ölkələri 
ucuz malların ixracından alınan gəliri əsas kapitalın təkmilləşdirilməsinə sərf edirlər. 
Bunun nəticəsində onlar yeni texnologiyalar istehsal etməyə başlayırlar.  
Hazırkı  dövrdə  yaranmış  ikitərəfli  əlaqələrin  inkişafını  kifayət  qədər  yüksək 
qiymətləndirmək olar. Məsələn 1999-cu il ilə müqayisədə 240 ABŞ dolları dəyərində 
olan  ticarət  əməliyyatları  xeyli  intensiv  inkişaf  etməyə  başlamışdır.  Azərbaycanın 
xarici ticarət dövriyyəsində Çinin payı 4% təşkil edir. 
Qeyd  etmək  vacibdir  ki,  ölkəmiz  GUAM  çərçivəsində  beynəlxalq  hüququn 
ümumi  qəbul  olunmuş  norma  və  prinsipləri  əsasında  fəal  əməkdaşlıq  edir.  GUAM 
təşkilatına  daxil  olan  ölkələr  arasında  ticarət-iqtisadi  əlaqələrin  dərinləşməsi  üçün 
azad ticarət sazişləri imzalanmış və regionda stabilliyi təmin etmək üçün birgə səylər 
barədə  deklarasiya  da  qəbul  edilmişdir.  Odessa-Brodi  neft  kəməri  layihəsi  Avropa 
komissiyası  tərəfindən  ümumi  Avropa  əhəmiyyətli  hesab  olunur.  O,  komissiyanın 
strukturları tərəfindən maliyyələşdirilir və Ukrayna və Azərbaycanın Avropa Birliyi 
ilə  birgə  layihələrinin  inkişafında  mühüm  qatqı  payı  kimi  qiymətləndirilir.  Bu 
layihələr  Ukrayna  və  Azərbaycanın  Avroatlantika  strukturlarına  inteqrasiyasına 
imkan yaradır. 
qtisadiyyat,  siyasət  və  mədəniyyət  sahələrində  Belarus  respublikası  ilə 
dövlətlərarası  münasibətlərin  inkişafı  Azərbaycan  üçün  vacib  əhəmiyyət  kəsb  edir. 
Ticarət-iqtisadiyyat,  elm-texnika  və  mədəniyyət  sahələrində  razılaşmalar  artıq  əldə 
edilmişdir.  Xüsusilə  Belarusiyada  istehsal  olunan  traktorların,  avtomobillərin,  kənd 
təsərrüfatı  texnikası,  televizorların,  soyuducuların  və  digər  sənaye  məhsullarının,  o 
cümlədən  ticarət,  lizinq  və  konsiqnasiya  formalarının  Azərbaycana  göndərilməsi 
haqqında  razılıq əldə  olunmuşdur.  Azərbaycan  əsasən ölkədə istehsal olunan kimya 
və kənd təsərrüfatı məhsullarını Belarusiyaya göndərir. Neft-mədən avadanlıqlarının 
göndərilməsi  haqqında  razılaşma  əldə  edilmişdir.  ki  ölkə  arasında  ticarət-iqtisadi 
ə
məkdaşlıq münasibətləri sənaye müəssisələri arasında kooperasiya əlaqələri əsasında 
dərinləşdirilir.  Azərbaycan  Q YT  təşkilatının  keçmiş  ölkələri  ilə  öz  münasibətlərini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə