Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

95
 
qaz ehtiyatı qiymətləndirilmişdir, bu da dünya ehtiyatlarının 15%-ni təşkil edir, yəni 
ABŞ və Şimal dənizinin neftqaz ehtiyatlarından yüksəkdir). 
Milli  iqtisadiyyat  kiçik  və  orta  biznesin  inkişafı  üzrə  xarici  ölkələr  ilə  birgə 
proqramlar  reallaşdırır.  Özəlləşdirmədə,  xüsusilə  maşınqayırma,  qara  və  rəngli 
metallurgiya,  kimya  və  yüngül  sənaye,  kənd  təsərrüfatı  məhsullarının  istehsal  və 
emalı,  birgə  müəssisələrin  yaradılması,  turizm  obyektlərinin  tikintisi  və 
rekonstruksiyası sahələrində birgə iştirak üçün xarici müəssisələrə şərait yaradılır. 
 Dünyanın  60  ölkəsində  təmsilçiləri  olan  yerli  və  xarici  müəssisələrin  sayı 
1994-cü ildən başlayaraq 1500-ə çatmışdır. Çin ilə ticarət münasibətləri daha intensiv 
inkişaf  etməyə  başlamış  və  mübadilə  dövriyyəsi  240  milyon  dollara  çatmışdır. 
Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı hal-hazırda 4% təşkil edir, lakin 
etiraf  etmək  lazımdır  ki,  bu  göstəriciləri  bir  neçə  dəfə  artırmaq  üçün  kifayət  qədər 
imkan  vardır.  Hal-hazırda  Azərbaycan  xarici  ticarət  dövriyyəsində  dünyanın  125 
dövləti ilə əməkdaşlıq edir. 
qtisadi  araşdırmalara  görə,  hazırkı  dövrə  qədər  planetimizdə  qlobal  bazar 
şə
raitinin  əmələ  gəlməsinin  başlıca  səbəbi  beynəlxalq  siyasi,  iqtisadi  və  maliyyə 
təşkilatları, 50-60 əsas transmilli maliyyə-sənaye qrupları və eləcə də, özəl sektorda 
və sənayedə ticarətin təxminən üçdə birinə nəzarət edən 40 min TMK-lar sayılır. 
 Qlobal bazarın  fəaliyyət  prosesində  milli  dövlətin  rolu  tədricən  azalır  və  çox 
istiqamətli  qaydada  tənzim  olunan,  dünya  miqyasında  əməyin  paylanmasına 
ə
saslanan beynəlmiləl istehsalat-maliyyə kompleksi yaranır. 
Azərbaycanın açıq iqtisadiyyatının səmərəli işləyən modeli özündə iki dialektik 
və ziddiyyətli, lakin bir-birini qarşılıqlı şərtləndirən cəhəti birləşdirir. Bunlar strateji 
istiqamətlərdir ki, uzunmuddətli prioritetləri və milli inkişafın məqsədini əks etdirir. 
Eyni  zamanda  burada  bir  faktı  da  nəzərə  almaq  lazımdır  ki,  milli  inkişaf  heç  də 
ə
məyin  beynəlxalq  bölgüsünün  inkişaf  tendensiyalarına,  dünya  təsərrüfat  sisteminin 
təkamülünə  və  eləcə  də,  ölkə  regionlarının  dominant  inkişaf  meyllərinə  cavab  verə 
bilmir.  Qeyd  olunan  istiqamətlər  mütləq  ölkəmizdə  olan  islahatların  və  ehtiyat 
potensialının milli xüsusiyyətini və reallığını əks etdirməlidir. 


96
 
Qeyd olunmalıdır ki, nəzərdən keçirdiyimiz planda iqtisadiyyatın strukturu heç 
də  dəyişməz  deyil.  Praktiki  olaraq  bütün,  o  cümlədən  inkişaf  etmiş  bazar 
iqtisadiyyatılı  ölkələrdə  belə  hazırkı  dövrdə  müəyyən  dövlət  müəssisələrinin 
özəlləşdirilməsi  prosesi  baş  verməkdədir  (bunu  ngiltərə  və  Fransada  görmək 
mümkündür). Mülkiyyətin strukturunda dəyişilmə dinamik proseslərin effektivliyinin 
artırılması zərurətindən irəli gəlir. 
Müasir  beynəlxalq  münasibətlər  sisteminin  əsas  fərqləndirici  cəhəti  ondan 
ibarətdir  ki,  o,  ümumi  iqtisadi,  mədəni-sivilizasiyalı,  siyasi  və  hərbi  maraqları  olan 
güclü koalisiyalar formalaşdırır və inkişaf etdirir.  qtisadi, siyasi və sosial problemlər 
dünyanı  mərkəzdənqaçma  təmayüllərinə  sövq  edir.  Dünyanın  birləşməsinin  müasir 
mərhələsi  iqtisadi  regionların  birləşməsi  vasitəsilə  həyata  keçirilir.  Misal  olaraq, 
Avropa ölkələri (EU), Şimal Amerika ölkələri (NAFTA), Asiya-Sakit Okean ölkələri 
(APEC), neft ixrac edən ölkələr (OPEC), ASEAN ölkələri və Cənubi Koreya, Avropa 
və Asiya ölkələri (ASEM) göstərmək olar. Dünya ÜDM-nun təxminən 80%-i, dövlət 
büdcələrinin 82%-i və ixracın 85%-i NAFTA, EU və APEC kimi təşkilatların payına 
düşür. 
Dünyanın  ən  iri  dövlətləri  ABŞ,  Çin  və  Yaponiyanın  iqtisadi  birlikdə 
birləşməsi  üçün  real  şərait  mövcuddur  və  əgər  onlar  birləşsələr  dünya  ÜDM-nun 
60%-i, bütün məhsulun 33 %-i və sərmayələrin 42,5%-i onların əlində cəmləşəcək. 
Təəssüf  ki,  müasir  dünyanın  üç  əsas  iqtisadi  birliyinin  heç  birindən  ehtiyat 
potensialına  görə  geridə  qalmayan  MDB  beynəlxalq  arenada  üçüncü  rol  oynayır. 
Ə
sas  göstəricilərə  görə  MDB  nəinki  deyilən  bloklardan,  hətta  bəzi  iqtisadi 
birliklərdən  (ASEAN-Cənub-Şərq  Asiya;  MERCOSUR-Braziliya,  Argentina, 
Uruqvay  və  Paraqvay)  də  geridə  qalır.  MDB-nin  dövlətlərarası  iqtisadi  komitəsinin 
qiymətləndirməsinə  görə  bu  birliyin  ümumi  məhsulu  dünya  məhsulunun  təxminən 
10%-ni,  təbii  sərvətlərin  əsas  növlərinin  25,5%-ni,  ixrac  potensialında  isə  4,5%-ni 
təşkil edir. 
Qərbin hesablamalarına görə təbii qaz üzrə dünya ehtiyatlarının 40%-i MDB-
nin  payına  düşür  və  neft  ehtiyatlarına  görə  yalnız  Səudiyyə  Ərəbistanından  geridə 
qalır.  Lakin  nə  vaxtsa  inteqrasiya  olunmuş  iqtisadiyyatda  güclü  dezinteqrasiya 


97
 
prosesləri baş verə bilər. Bizim fikrimizəcə, suveren dövlətlərin inkişaf mərhələsində 
inteqrasiya  prosesləri  keçmişdə  mövcud  olan  Q YŞ-Qarşılıqlı  qtisadi  Yardım 
Ş
urasının  prinsipinə  görə  qurulmalıdır  və  yalnız  bu  halda  biz  Avropa  ttifaqı  kimi 
regional iqtisadi birləşmələrə konsolidasiya oluna bilərik. 
Dünya  təsərrüfat  əlaqələrində  qloballaşmanın  yüksək  səviyyəyə  gəlib  çatdığı 
bir dövrdə heç bir ölkə öz siyasətini və yaxud iqtisadiyyatını təklikdə inkişaf etdirə 
bilməz.  Həmçinin  iqtisadi  və  siyasi  ierarxiyada  öz  yerini  tuta  bilməsi  üçün, 
qloballaşan  dünya  iqtisadiyyatının  fenomeni  sayılan  vahid  sosial-iqtisadi 
qanunvericilik bazası olmalıdır. 
Dövlət siyasətinin vacib istiqamətlərindən biri də regionlarda yeni iş yerlərinin 
açılması  və  əhali  miqrasiyasının  qarşısını  almaq  məqsədilə  sahibkarlıq  fəaliyyətinin 
aktivləşdirilməsidir.  Sahibkarlığın  və  bazar  iqtisadiyyatının  inkişafı  üzrə  yardım 
fondu Azərbaycanda analoqu olmayan möhtəşəm bir layihə prezintasiya etmişdir. O, 
işləməyən  müəssisələrin  əsasında  biznes-poliqonun  yaradılması  layihəsidir.  Biznes-
poliqonun məqsədi hökumət, E B və sahibkarlar arasında üçlü əməkdaşlıq modelini 
həyata  keçirməkdir.  Bu  da  respublikada  qeyri-neft  sektorunun  inkişafı  üçün  zəmin 
yaradır.  Biznes-poliqonu  çərçivəsində  sərmayəçilər  üçün  xüsusi  imtiyazlar 
yaradılacaq. 
Dünyanın bir çox ölkələrində prinsiplərinə görə müxtəlif “biznes-poliqon”lar – 
iqtisadi  zonalar,  sənaye  şəhərcikləri,  çoxfunksiyalı  ofis  mərkəzləri  yaradılmışdır  ki, 
bunlar da kiçik və orta sahibkarlığın mövcud problemlərinin həllinə xeyli kömək edə 
bilər. 
qtisadi münasibətlərin demokratikləşməsi üçün bazar münasibətlərində sosial 
istiqamətin  gücləndirilməsi  zəruridir.  Bu  da  əhalinin  iqtisadi  və  sosial  maraqlarının 
balanslaşdırılmasına  gətirib  çıxaracaqdır.  Respublikanın  iqtisadi  və  siyasi 
stabilliyinin  qarantı  kimi  sosial  məsələlərdə  dövlətin  rolunun  gücləndirilməsi 
vacibdir.  Bu  dövlətlərarası  münasibətlərin  tənzimlənməsində  dövlətin  qarşısında 
duran birinci növbəli məsələdir. 
Ölkə üçün növbəti vacib amil, Bakı-Tibilisi-Ərzurum qaz boru kəmərinin emalı 
və  təbii  qazın  Azərbaycandan  Avropaya  nəqli  hesab  olunur.  Avropanın  enerji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə