Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

107
 
dünyanın  regional  və  ixtisaslaşmış  şirkətləri,  Elmi- stehsalat  Birlikləri  və  digər 
ictimai təşkilatlarla görüşlərin təşkil edilməsi.  
MM-də  beynəlxalq  münasibətlər  və  parlamentlərarası  əlaqələr  üzrə  daimi 
komissiyalar  da  fəaliyyət  göstərir.  MM  Aparatının  Beynəlxalq  Əlaqələr  üzrə 
Ş
öbəsinin 
fəaliyyəti 
məhz 
bu 
komissiyaların 
işini 
asanlaşdırmağa 
istiqamətləndirilmişdir.  MM-də  o  cümlədən,  xarici  dövlətlərin  parlamentləri  ilə 
ə
məkdaşlığa dair 60 işçi qrup fəaliyyət göstərir.
98
 
Xarici  siyasət  sferasında  tənzimləyici  və  idarəedici  funksiyaları  ümumi 
koordinasiya edici orqan sayılan Prezident yanında Nazirlər Kabineti Apparatı həyata 
keçirir. Müstəqilliyin ilk illərində normativ bazanın işlənib hazırlanması və fəaliyyət 
sahələrinin  koordinasiyası  üçün  onun  daimi  orqanı  qismində  Valyuta- qtisadi 
Komissiyası və xarici kreditlər üzrə Milli Agentlik çıxış edirdi. Onlar iri həcmli xarici 
kreditlər  üzrə  dövlət  qarantı  və  valyuta  vəsaitlərinin  istifadəsi  ilə  bağlı  məsələlərin 
həlli ilə məşğul olurdular. Daha sonra bu institusional strukturlar digər nazirliklərin, 
xüsusilə  qtisadi  nkişaf Nazirliyinin tabeçiliyinə verildi.  
NK-nin xarici siyasətlə bağlı səlahiyyətlərinə aşağıdakılar daxildir: beynəlxalq 
konvensiyalara  qoşulma  məsələlərinin  həlli  ilə  bağlı  yekun  qərar  qəbul  etmə, 
çoxtərəfli, üçtərəfli və ikitərəfli razılaşmaların və müqavilələrin imzalanması. NK-nin 
Xarici  qtisadi  Əlaqələr  üzrə  Şöbəsi  ümumi  xarici  iqtisadi  siyasət  strategiyasının 
işlənib  hazırlanması,  ticari  fəaliyyətin  təmin  olunması  və  maliyyələşdirilməsi 
məsələləri  ilə  məşğul  olur.  Azərbaycanın  qoşulduğu  beynəlxalq  konvensiyaların  və 
çoxtərəfli, üçtərəfli və ikitərəfli razılaşmaların müddəalarının icrası ilə bağlı nəzarət 
tədbirlərini,  dövlətlərarası  və  hökumətlərarası  müqavilələrin,  protokol  və 
razılaşmaların  ləğvini  və  s.  həyata  keçirir.  Hal-hazırda  xarici  əlaqələrin  daha  da 
genişləndirilməsi və möhkəmləndidilməsi məqsədilə  ran, Türkiyə, Fransa, Pakistan, 
Yaponiya,  Bolqarıstan,  Səudiyyət  Ərəbistanı,  Yunanıstan,  sveçrə  və  Liviya  sə  s. 
ölkələrlə  ticari-iqtisadi,  elmi-texniki  və  mədəni  əməkdaşlıq  sfreasında  Dövlət  və 
Hökumətlərarası Komissiyalar yaradılmış və fəaliyyət göstərməkdədir.   
                                                            
98
 Нагиев Анар Расул оглы, «Проблемы регулирования внещнеэкономических связей Азербайджана в условиях 
глобализации
»,  автореферат  диссертации  по  присуждению  ученой  степени  кандидата  экономических  наук, 
Баку
, 2008 


108
 
Azərbaycan Respublikası NK-nin Xarici  qtisadi Əlaqələr Şöbəsi 2002-ci ildən 
etibarən  regional  Avropa  Komissiyaları  ilə  əməkdaşlıq  məsələlərini  tənzimləyir.  Bu 
andan  etibarən  Avropa  Komissiyasının  fəaliyyəti  ticari-iqtisadi,  elmi-texniki 
sahələrdən  başlayaraq,  elm-təhsil,  patentləşdirmə  və  müəllif  hüquqlarının 
sığortalanması və maliyyələşdirilməsinədək daha da dərinləşməyə başladı. 
Azərbaycanın  Avropa  Birliyinə,  Ümumdünya  Ticarət  Təşkilatına  və 
beynəlxalq  maliyyə  strukturlarına  daha  tez  inteqrasiya  etməsi  məqsədilə  bu 
istiqamətdə  intensiv  işlər  görülür.  mzalanmış  razılaşmalara  əsasən,  Azərbaycan 
enerji,  nəqliyyat  və  digər  sferalarda  normativ-hüquqi  aktlarını  AB  tələblərinə 
uyğunlaşdırılması  öhdəliyini  öz  üzərinə  götürmüşdür.  NK  tərəfindən  ÜTT 
iclaslarında  müşahidəçi  qismində  iştirak  etməsi  üçün  işçi  qrupu  yaradılmışdır.  Bu 
qrup  yeni  ticari-iqtisadi  normaların  və  gömrük  qaydalarının  işlənib  hazırlanması 
sferasında ÜTT-na üzv olan dövlətlər tərəfindən verilən təklif və cavabları hazırlayır. 
NK-nin  Xarici  qtisadi  Əlaqələr  Şöbəsi  2002-ci  ildən  etibarən  Atom  Enerjisi 
üzrə  Beynəlxalq  Təşkilatla  (International  Atomic  Energy  Agency)  aktiv  fəaliyyət 
göstərir.  2004-cü  ildə  Şöbə  tərəfindən  xüsusi  təyinatlı  yüklərin  hərəkətini 
tənzimləyən  “ xrac  nəzarətinə  dair”  qanun  hazırlanmışdır  və  MM  tərəfindən  təsdiq 
edilmişdir. Şöbə fiziki və hüquqi şəxslər üçün vergi və gömrük-tarif dərəcələrini və 
lisenziyalaşdırılan  əmtəə  növlərini  müəyyənləşdirir,  daxili  bazara  nəzarət  edir  və 
onun  tənzimlənməsi  üzrə  sərəncam  verir.  NK-nin  hər  bir  sahəvi  şöbəsində  xarici 
iqtisadi  fəaliyyət  məsələlərinin  (məsələn:  neft  müqavilələri  üzrə)  ümumi 
koordinasiyası  üzrə  mütəxəssislər  mövcuddur.  NK-nin  Xarici  qtisadi  Əlaqələr 
Ş
öbəsi  beynəlxalq  konvensiyaların,  çoxtərəfli  və  ikitərəfli  razılaşmaların  və 
müqavilələrin hazırlanmasına və imzalanmasına nəzarəti də həyata keçirir.
99
 
Xarici  iqtisadi  əlaqələrin  effektivliyinin  yüksəldilməsi  və  idarəetmə 
strukturunun  təkmilləşdirilməsi  məqsədilə  iqtisadiyyat  və  planlaşdırma  üzrə 
Azərbaycan Respublikası Dövlət Komitəsi  yaradılmışdır. 1992-ci ilin avqust ayında 
Prezidentin  fərmanı  ilə  NK  yanında xarici  investisiyalar üzrə Komitə  yaradılmışdır. 
Yerli  və  xarici  investisiyaların  birləşdirilməsi,  bu  sferada  fəaliyyətin  effektivliyinin 
                                                            
99
 Ахмедов М., «Глобализация и формирование национальной экономики», Баку: Азернешр, 2003, c. 69−85 


109
 
yüksəldilməsi və vahid dövlət siyasətinin aparılması məqsədilə qeyd olunan Komitə 
ləğv  edilmiş  və  iqtisadiyyat  və  planlaşdırma  üzrə  Azərbaycan  Respublikası  Dövlət 
Komitəsinin  tərkibində  müvafiq  şöbə  yaradılmışdır.  1993-cü  ildə  isə  sonuncu 
Azərbaycan Respublikası  qtisadiyyat Nazirliyinə çevrilmişdir. 
Ölkənin iqtisadi suverenliyinin təmin olunması, daxili bazarın stabilləşdirilməsi 
və iqtisadi müdafiə sisteminin formalaşdırılması məqsədilə, dənli bitkilərin alınması 
üzrə  xüsusi  Valyuta  Fondu  və  iqtisadiyyatın  stabilləşdirilməsi  Fondu  əsasında 
Azərbaycan  Respublikası  Vahid  Valyuta  Fondu  yaradılmışdır.  Onun  fəaliyyətinin 
idarə  olunması  üçün  Valyuta  Komissiyası  təsis  edilmişdir.  Prezidentin  fərmanı  ilə 
Vahid  Valyuta  Fondu  vəsaitlərinin  artırılması  məqsədilə,  Azərbaycan  ərazisində 
yerləşən mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrin, təşkilatların və 
digər  təsərrüfat  subyektlərinin  xarici  valyutada  əldə  etdikləri  gəlirlərin  bir  qismi 
normativlərə müvafiq olaraq Vahid Valyuta Fonduna ayrılır.
100
  
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  səlahiyyətlərinə  o  cümlədən 
aşağıdakılar daxildir: 
-
 
Beynəlxalq  istehsal  kooperasiyalarının  və  işlənməmiş  xammal  emalı 
kooperasiyalarının  valyuta  gəlirlərinin  bir  qisminin  məcburi  satışı  qaydalarının 
işlənib hazırlanması və təsdiqi; 
-
 
Xarici valyutadakı gəlirlərin bir qisminin məcburi satış normativlərinin, 
lisenziyalaşdırma  və  idxal-ixrac  əməliyyatlarının  vergiləndirilməsi  qaydalarının, 
texnologiyaların, avadanlıqların, xammalın, ərzaq məhsullarının, tibbi avadanlıqların, 
ilkin  tələbat  mallarının  və  sərbəst  dönərli  valyutada  ixrac  mallarının  güzəştli 
tənzimlənmə rejiminin işlənib hazırlanması və təsdiqi; 
-
 
Azərbaycan  Respublikası  ərazisində  xarici  iqtisadi  fəaliyyətin 
ekspertizasını təşkil edən NK yanında informasiya mərkəzinin təsis edilməsi ilə bağlı 
konkret təkliflərin verilməsi. 
1994-cü  ildə  “Valyuta  tənzimləmələri”  haqqında  Azərbaycan  Respublikası 
qanunu  qəbul  edilmişdir.  Qanun,  Azərbaycan  Respublikası  valyuta  əməliyyatlarının 
                                                            
100
 Arif Şəkərəli oğlu Şəkərəliyev, “Dövlətin iqtisadi  siyasəti: reallıqlar və perspektivlər”,  monoqrafiya, Bakı 2009, s. 
154-169 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə