Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

110
 
gerçəkləşdirilməsi prinsiplərini, valyuta təzimləməsi və valyuta nəzarəti orqanlarının 
funksiyalarını  və  səlahiyyətlərini,  valyuta  dəyərlərinin  istifadəsi  və  üzərində 
sərəncam  verilməsi  və  o  cümlədən,  valyuta  qanunvericiliyinin  pozulmasına  görə 
məsuliyyət qaydalarını müəyyən edir. 
Azərbaycan  Respublikasının  beynəlxalq  maliyyə-kredit  təşkilatlarına  daxil 
olmasını  və  dünya  təsərrüfatının  tam  hüquqlu  üzvünə  çevrilməsi  zərurətini  nəzərə 
alaraq,  BVF  və  Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankının  razılaşma  və 
konvensiyalarının tətbiqi, Beynəlxalq Maliyyə Korperasiyaları və Beynəlxalq  nkişaf 
Assosiasiyaları  ilə  bağlanılan  razılaşmaların,  investisiyaların  çoxtərəfli  təminatı 
Agentliyinin  əsasları  haqqında  konvensiyaların  və  investisiya  mübahisələrinin  həlli 
ilə  məşğul  olan  Beynəlxalq  Mərkəzin  əsasları  haqqında  konvensiyaların  təsdiqi 
qaydaları  barəsində  MM  qətnamə  qəbul  etmişdir.  MM  həmçinin  respublikanın  bu 
təşkilatlara  üzvlük  şərtləri  və  qaydalarını  və  o  cümlədən,  BVF-nun  xüsusi  borc 
hüquqları Departamentinə üzvlüklə bağlı öhdəliklərini müəyyən etmişdir.
101
  
Azərbaycan  Respublikası  Xarici  şlər  Nazirliyi  Azərbaycan  Respublikası 
Konstitusiyasına  müvafiq  olaraq  xarici  siyasəti  həyata  keçirən  mərkəzi  icra 
hakimiyyəti  orqanı  və  digər  dövlətlər  və  beynəlxalq  təşkilatlarla  münasibətlərdə 
ölkənin  səlahiyyətli  təmsilçiliyi  sayılır.  X N  diplomatik  xidmət  orqanlarına  vahid 
rəhbərliyi  həyata  keçirir,  səfirliklər  və  nümayəndəliklər  vasitəsilə  MDB  və  digər 
xarici ölkələrdə Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı iqtisadi, 
sosial  və  mədəni  sferalar  üzrə  informasiyaların  yayılmasını  təmin  edir.  Beynəlxalq 
problemləri,  Azərbaycan  Respublikası  tərəfindən  bağlanılmış  ikitərəfli  və  çoxtərəfli 
razılaşmaları,  beynəlxalq  konvensiyalara,  müqavilələrə  və  protokollara  qoşulma 
barədə  aktları  öyrənərək,  Azərbaycanın  iqtisadi,  siyasi  və  digər  sferalarda  keçirilən 
beynəlxalq  forumlarda  iştirakını  analiz  edərək,  respublikanın  əsas  xarici  siyasət 
istiqamətləri ilə bağlı təklif və konsepsiyaları ölkə prezidentinə təqdim edir və onların 
icrasını təmin edir.  
                                                            
101
 Кязимов  Рашад  Назим  оглы,  «Геоэкономические  аспекты  развития  внешнеэкономических  связей 
Азербайджана
  в  условиях  глобализации»,  автореферат  диссертации  по  присуждению  ученой  степени  доктора 
философии
 по экономическим наукам, Баку, 2011 


111
 
Azərbaycan  Respublikası  prezidenti  tərəfindən  “Beynəlxalq  müqavilələrə 
qoşulma təcrübəsinin bəzi tənzimləmə tədbirləri haqqında” sərəncam imzalanmışdır. 
Sərəncamda prezidentə təqdim edilən beynəlxalq müqavilələrin NK və digər müvafiq 
dövlət  orqanları  ilə  razılaşdırılması  zərurəti  barədə  qeyd  daxil  edilmişdir.  X N 
beynəlxalq  çoxtərəfli  və  ikitərəfli  razılaşmaların  və  müqavilələrin  layihələrini 
haırlayır və o cümlədən, onlara qoşulma zərurətini əsaslandırır, beynəlxalq forumları, 
konfransları,  danışıqları  və digər dövlət səviyyəsində  görüşləri  təşkil  edir,  tərəflərin 
qəbul etdikləri öhdəliklərin icrasına ümumi nəzarəti həyata keçirir, beynəlxalq hüquq 
normalarının unifikasiyası və həmin sferadakı milli qanunvericiliyə uyğunlaşdırılması 
üzrə  təkliflərin  hazırlanmasında  iştirak  edir.  X N  Azərbaycan  Respublikasının 
özünün  həll  olmamış  siyasi  və  o  cümlədən,  qlobal,  regional  və  digər  beynəlxalq 
mübahisə və problemlərin obyektiv həllində aktiv rol almasına köməklik göstərir.
102
  
Azərbaycan  Respublikası  qtisadi  nkişaf  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti 
orqanlarından  biri  olmaqla,  xarici  iqtisadi  əlaqələr  sahəsində  dövlətin  iqtisadi 
siyasətini icra edir. Nazirlik 2001-ci ildə prezidentin fərmanı ilə formalaşdırılmışdır.  
Ölkənin iqtisadi siyasətinin və strateji hədəflərinin formalaşdırılması və iqtisadi 
ə
məkdaşlıq 
sahəsində 
beynəlxalq 
maliyyə 
qurumları 
ilə 
ə
laqələrin 
möhkəmləndirilməsi  məqsədilə,  prezident  fərmanı  ilə  qtisadiyyat  Nazirliyi  yanında 
Azərbaycan  Respublikası  qtisadi  slahatlar  Mərkəzi  yaradılmışdır.  Beynəlxalq 
iqtisadi  və  maliyyə  təşkilatları  tərəfindən  ölkəyə  ayrılan  kreditlərin  və  texniki 
köməyin  vahid  mərkəzdən  idarə  olunması  üçün  qtisadiyyat  Nazirliyinin  tərkibində 
müvafiq xidmətin yaradılması NK-nə tapşırılmışdır.  
Xarici  iqtisadi  əlaqələr  sahəsində  dövlət  maraqlarının  qorunmasına  nəzarəti 
Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Mərkəzi Bank və xarici iqtisadi siyasət 
sferasında fəaliyyət göstərən digər nazirliklər və strukturlar həyata keçirir.  
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  və  Mərkəzi  Bankı  xarici  iqtisadi 
ə
laqələrin  maliyyələşdirilməsi  və  kreditləşdirilməsi  qaydalarını  müəyyən  edir  və 
                                                            
102
 Rüstəmov V. Ə., Həsənov R. T., “Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasının 
bəzi məsələləri” // “Azərbaycan XXI əsrin astanasında” elmi-praktik konfransının materialları, Bakı, Şərq-Qərb, 1998 


112
 
normativləri dərc edir. Maliyyə Nazirliyi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi 
zamanı vergiqoyma məsələlərini tənzim edir.  
“Əsas iqtisadi müstəqilliklər haqqında” Azərbaycan Respublikası Konstitusiya 
qanununa  və  “Respublikanın  iqtisadi  və  ictimai  həyatının  stabilləşdirilməsi  əlavə 
tədbirləri  haqqında”  Azərbaycan  Respublikası  qanununa  müvafiq  olaraq  prezident 
“Mərkəzi  Bankın  yaradılması  haqqında”  qərar  qəbul  etmişdir.  Mərkəzi  Bank  digər 
ölkələrin mərkəzi bankları, beynəlxalq bankları və digər maliyyə-kredit təşkilatları ilə 
münasibətlərdə Azərbaycan Respublikasının maraqlarını təmsil edir. 
Bank  biznesində  Avropa  nəhəngləri  Azərbaycanda  öz  mövcudluqlarını 
genişləndirmək  istəyirlər.  Onlardan  biri  artıq  özünün  törəmə  filialları  vasitəsilə 
ölkəmizdə  fəaliyyət  göstərir,  digərləri  isə  respublikanın  kommersiya  banklarının 
nizamnamə kapitalında iştirak edirlər. Bütün bu inteqrasiya prosesləri heç də sadə bir 
proses  deyil.  Ölkə  banklarına  sərt  tələblərin  (unifikasiya  edilmiş  beynəlxalq 
qanunvericilik  normaları)  qoyulması  ilə  müşayiət  olunur.  Beynəlxalq  miqyaslı 
banklardan  olan  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  (European  Bank  for 
Reconstruction  and  Development  –  EBRD)
  UN BANK-ın  səhmdarlarından  biri 
olmaq istəyini dilə gətirmişdir.
103
  
Prezidentin 30 yanvar 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası və 
Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Gömrük  Komitələri  yaradılmışdır. 
“Azərbaycan  Respublikası  xarici  ticarətinin  sonrakı  liberallaşdırılması  tədbirləri 
haqqında”  prezident  fərmanı  ilə  “ dxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 
haqqında” qərar təsdiq edilmişdir. Dövlət Gömrük Komitəsinin funksiyalarına idxal-
ixrac  əməliyyatlarında  iştirak  edən  malların  miqdar  və  dəyər  qiymətləndirməsi, 
onların  coğrafi  yönləndirilməsi  daxildir.  Xarici  ticarətə  statistik  nəzarət  gömrük 
statistikasına  dair  məlumat  bazası  əsasında  həyata  keçirilir.  Tabeçilikdəki  sərhəd 
gömrük  orqanları  çərçivəsində  və  qüvvədə  olan  normaiv-hüquqi  aktlara  müvafiq 
olaraq,  sərbəst  dönərli  valyutada  –  istehsal  kooperasiyaları  və  barter  razılaşmaları 
ə
sasında,  milli  qapalı  valyutada  –  komissiyon  göndərilmə  və  klirinq  razılaşmaları 
ə
sasında əməliyyat növləri üzrə statistik nəzarət aparılır.  
                                                            
103
 Ləman Xəlilova, “Azərbaycanın regional iqtisadi birliklərlə əməkdaşlığı”, məqalə / http://news.lent.az/news/184626 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə