Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

125
 
1990-cı  il  tarixli  Beynəlxalq  Konvensiyasına  qoşulmuşdur.  Əmək  miqrasiyası 
prosesləri sosial-iqtisadi həyatın bir çox sahələrinə təsir etdiyini nəzərə alsaq, onların 
hüquqi tənzimlənməsi və idarə olunması zəruriliyini daha aydın görərik.
113
   
Milli  təhlükəsizlik  və  milli  maraqların  qorunması  strategiyasında  iqtisadi 
təhlükəsizlik və iqtisadi maraqların qorunması strategiyası mühüm yer tutur.  qtisadi 
təhlükəsizlik dedikdə, bütöv milli iqtisadiyyatda müstəqil təsərrüfat mexanizmlərinin 
formalaşdırılması,  xüsusən  əhalinin  maddi  və  mənəvi  səviyyəsinin  öz  milli  gəliri 
hesabına  təmin  edilməsi,  xarici  asılılğın  minimuma  endirilməsi  nəzərdə  tutulur. 
qtisadi mütəqilliyin mühüm tərkib hissəsi iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi 
və ərzaq təhlükəsizliyidir.  
Ölkəmizin  milli  təhlükəsizlik  və  onun  mühüm  tərkib  hissəsi  olan  iqtisadi 
təhlükəsizlik  konsepsiyası  Prezident  lham  Əliyevin  imzaladığı  23  may  2007-ci  il 
tarixli  sərəncamı  ilə  təsdiq  edilmişdir.  qtisadi  müstəqilliyin  təmin  olunmasının 
aparıcı  istiqamətlərindən  biri  də  enerji  təhlükəsizliyidir.  Ölkəmizdə  enerji  siyasəti 
reallaşdıqca  ölkənin  həyati  əhəmiyyət  kəsb  edən  enerji  daşıyıcılarına  olan  ehtiyacı 
tam şəkildə ödənilir, dövlətə kənardan təzyiqlər minimuma endirilir. 
 
3.3. Azərbaycan Respublikasının xarici iqtisadi siyasət strategiyasının 
formalaşdırılmasının hüquqi təminatının  
təkmilləşdirilməsi istiqaməti 
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra illər boyunca 
xarici  iqtisadi  əlaqələrin  təmzimlənməsi  strukturunun  təkmilləşdirilməsi  prosesi 
getdi.  Dövlət  sektorunun  desentralizasiyası  və  demonopolizasiyası  ümumi  fonunda 
dünya, regional və sahəvi beynəlxalq institutların, Qeyri Hökumət Təşkilatlarının və 
digər birliklərin rolunun gücləndirilməsi baş verdi.  
Qeyd  edə  bilərik  ki,  administrativ-idarəetmə  aparatının  kifayət  qədər 
genişləndirilmiş strukturunun olmasına baxmayaraq xarici iqtisadi əlaqələrin effektiv 
idarə  olunması  hələ  kifayət  qədər  yüksək  deyil.  Bu  problemin  həlli  üçün,  çevik  və 
yoxlanıla  bilən  dövlət  tənzimlənməsi  və  nəzarət  sisteminin  yaradılması  məqsədilə 
                                                            
113
 Дюмулен И.И., “Всемирная торговая организация”, Экономика, Москва, 2008 


126
 
konkret  funksional-struktur  analizi  aparılmalı,  icra  hakimiyəti  orqanları  tərəfindən 
göstərilən  elektron  xidmətlər  bir  portalda  birləşdirilməlidir.  Bu  daha  çox, 
respublikada  “Elektron  Azərbaycan”  Dövlət  Proqramına  keçidi  təmin  etmək  üzrə 
işlərin getdiyi bir zamanda daha zəruridir. 
Xarici  iqtisadi  siyasət  strategiyasının  effektivliyini  yüksəltmək  üçün,  yerli  və 
regional  orqanların  təşəbbükarlığı  genişləndirilməli,  yerlərdə  hüquqi  və  digər 
xidmətlərin yaradılması ilə bağlı ümumi prosesual qaydalar sadələşdirilməlidir.
114
 
Yaxın  illərədək  imzalanan  müqavilələrin,  razılaşmaların,  konvensiyaların  və 
protokolların  kvalifikasiyası  vasitəsilə  yaradılan  siyasi  və  hüquqi  əsasların  analizi 
Azərbaycan Respublikasının 20 illik dövlət müstəqilliyi boyunca hüquq institutlarının 
formalaşdırılması  prosesini  və  o  cümlədən,  respublikanın  bütün  beynəlxalq 
strukturlara inteqrasiya prosesini müşahidə etməyə imkan verir. (Cədvəl 3.1.) 
Cədvəl 3.1. 
1992-2011-ci illər boyunca Azərbaycan Respublikası ilə dünya ölkələri və beynəlxalq 
strukturlar arasında bağlanılmış müqavilələr, razılaşmalar və konvensiyalar 
 
1992-
2011 
Siyasi 
sferada 
Ticari-
iqtisadi, 
elmi-
texniki, 
sənaye, 
neft-qaz 
Sosial, 
ekologiya, 
ə
traf 
mühitin 
mühafizəsi 
nsan əsas 
hüquq və 
azadlıq- 
larının 
müdafiəsi 
Digər 
sahələr 
Ümumi 
2510 
347 
1076 
572 
209 
253 
MDB,  Şərqi  Avropa  və 
Baltikyanı 
ölkələrlə 
ikitərəfli müqavilələr 
930 
137 
427 
150 
53 
73 
MDB  ölkələrilə  çoxtərəfli 
razılaşmalar 
228 
42 
88 
55 
19 
24 
nkişaf  etmiş  və  inkişaf 
etməkdə  olan  ölkələrlə 
ikitərəfli müqavilələr 
983 
141 
487 
213 
63 
83 
Beynəlxalq 
institutlarla 
çoxtərəfli razılaşmalar 
186 
41 
52 
44 
16 
30 
Aərbaycan Respublikasının 
qoşulduğu 
beynəlxalq 
səviyyəli  konvensiya  və 
protokollar 
226 

22 
110 
97 
53 
 
                                                            
114
 Алескеров А. К., Ахвердова С. Г., «Независимая Азербайджанская Республика в мировом рынке» // “Müasir 
mərhələdə  Azərbaycanın  sosial-iqtisadi  inkişafın  əsas  meylləri”,  Azərbaycan  Milli  Elmlər  Akademiyası  qtisadiyyat 
nstitutunun məqalələr toplusu, VI buraxılış, Bakı, 2000 


127
 
Analiz  göstərir  ki,  20  il  boyunca  Azərbaycan  Respublikası  ilə  beynəlxalq 
birliklər,  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr,  Mərkəzi  və  Cənub-Şərqi 
Asiya ölkələri, o cümlədən MDB, Şərqi Avropa və Baltikyanı ölkələr arasında siyasi 
(12.0%),  ticari-iqtisadi  və  elmi-texniki  (52.0),  sosial-mədəni  (25.0),  insan  hüquq  və 
azadlıqlarının müdafiəsi (9.0%) sferasında və digər sahələrdə 2.5 mindən artıq birgə 
sənədlər  qəbul  edilmiş  və  imzalanmışdır.  Bu  sənədlər  nəticədə  ölkənin  milli 
qapalılıqdan və eqoizimdən uzaqlaşmasına gətirib çıxardı. 
Hal-hazırda  ayrı-ayrı  dövlətlərin  iradəsindən  asılı  olmayaraq,  fövqəlmilli 
səviyyədə  qərarların  (ÜTT,  AB,  AŞ)  qəbulunun  formalaşdırılması,  beynəlxalq-
hüquqi tənzimləmə sferasının genişləndirilməsi və bütün iştirakçı dövlətlər tərəfindən 
dəstəklənməsi  tələb  olunan  imperativ  və  dispozitiv  norma  və  standartların  işlənib 
hazırlanması prosesi getməkdədir. 
Mili Məclis tərəfindən Azərbaycanın BVF (Beynəlxalq Valyuta Fondu), BY B 
(Beynəlxalq  Yenidənqurma  və 
nkişaf  Bankı),  B A  (Beynəlxalq 
nkişaf 
Assosiasiyası),  BƏT  (Beynəlxalq  Əmək  Təşkilatı),  BMT  (Beynəlxalq  Miqrasiya 
Təşkilatı) və digər beynəlxalq strukturlara üzvlüyü ilə bağlı qayda və şərtlər müəyyən 
edilmişdir. Beynəlxalq normaların təcrübədə tətbiq edilməsi və daxili qanunvericilik 
normalarının trasformasiyası yolu ilə dövlətin strateji maraqları xarici iqtisadi sferada 
və o cümlədən, daxili siyasətdə reallaşır.  
Bu  qeyd-şərtsiz  onunla  bağlıdır  ki,  institusional  əsaslar  istehsalçılar  və 
istehlakçılar,  rezidentlər  və  qeyri-rezidentlər,  idarə  edənlər  və  idarə  olunanlar 
arasında  iqtisadi  münasibətlərin  xarici  emprik  forması  sayılır.  Nəticədə  iqtisadiyyat 
və siyasət arasında mübarizə aradan qalxmış olur.
115
 
Ölkənin  beynəlxalq  aləmə  inteqrasiya  prosesi  nə  qədər  çox  özünü  göstərərsə, 
ölkənin öz üzərinə götürdüyü öhdəliklərin icrası və bütün sferalarda və sahələrdə icra 
intizamının möhkəmlənməsi bir o qədər çox dəyər qazanacaq. 
Eyni  zamanda  emal  sənayesi,  elmi-texniki  sfera,  ekologiya,  təbii  resurslar  və 
ə
traf  mühitin  mühafizəsi  sahəsində  istehsal  korporasiyaları  arasında  cüzi  sayda 
                                                            
115
 Назрин  Мехди  кызы  Салимзаде,  «Проблемы  регулирования  внешнеторговых  связей  Азербайджана  в 
современных
  условиях  глобализации»,  автореферат  диссертации  на  соискание  научной  степени  доктора 
философии
 по экономики, Гянджа, 2014  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə