Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

128
 
müqavilə  və  razılaşmalar  mövcuddur.  Qanunvericilik  norma  və  qaydalar  zəncirinin 
və bəzən də hətta birinin mövcud olmaması iqtisadiyyatın bütün inkişaf prosesinə və 
xarici iqtisadi əlaqələrə mənfi təsir edə bilər. 
Azərbaycan geostrateji anlamda beynəlxalq əlaqələri reqlamentləşdirən onlarla 
yeni qanunlar, investisiya sferasında, valyuta tənzimləməsi, gömrük işi, ixrac vergisi, 
idxalın lisenziyalaşdırılması və digər sahələrdə isə daxili reformlar işləyib hazırlamış 
və qəbul etmişdir. 
Bağlanılan müqavilələrin, razılaşmaların və konvensiyaların sistemləşdirilməsi, 
ayrı-ayrı sferalarda boşluqların aşkarlanması, götürülən öhdəliklərin icrasının analizi, 
yenilərin bağlanması, beynəlxalq aləmdə və AB-də qüvvədə olan qayda və standartlar 
toplusunun  istifadəsi  və  o  cümlədən,  yeni  vahid  normativ-hüquqi  aktların  işlənib 
hazırlanması və qəbulu zərurətini vurğulamaq lazımdır.  
Şə
rqi Avropa, Baltikyanı və MDB ölkələrinə inteqrasiya prosesinin uğurlarının 
təsiri altında Azərbaycanın ÜTT, XTBS (Xidmətlərlə Ticarət üzrə Baş Saziş), AB və 
NATO kimi beynəlxalq təşkilatlara daxil olması istiqamətində işlər görülür.
116
 
Gələcək inkişaf istiqamətləri baxımından – XTBS tələblərinə müvafiq olaraq, 
işgüzar  əlaqələr  də  daxil  olmaqla  mütərəqqi  siyasi  strategiya  formaları  aşağıdakılar 
olmalıdır: 
-
 
nvestisiya siyasətinin təkmilləşdirilməsi; 
-
 
Elmi-texniki  əlaqələrin  möhkəmləndirilməsi,  o  cümlədən,  fundomental 
və 
tətbiqi 
araşdırmalar 
sferasında 
ə
laqələrin 
inkişaf 
etdirilməsi 
və 
möhkəmləndirilməsi,  ümumi  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinin  həyata 
keçirilməsi; 
-
 
ÜTT,  XTBS,  AB  və  digər  beynəlxalq  strukturlara  daxil  olma  və 
beynəlxalq maliyyə institutları ilə əlaqələrin möhkəmləndirilməsi; 
-
 
Azərbaycan  büdcəsinin  gəlir  hissəsinin  artımı  turizm  hesabına  təmin 
edilə bilər. Turizmin inkişafı önəmli prioritetlərdən olmalıdır; 
                                                            
116
 Э.  И.  Эмир-Ильясова,  «Регулирование  внешнеэкономических  связей  Азербайджансой  Республики  в 
условиях
 интеграции в МЭ», монография, Баку, 2006 


129
 
-
 
Son məhsulların ixrac payının artırılması, xammalın (neft, metal və kənd 
təsərrüfatı xammalı) isə daha dərin emal edilməsi; 
-
 
ABŞ,  Yaponiya,  Kanada,  Almaniya,  Fransa,  taliya  və  Avstriya  kimi 
ölkələrlə inteqrasiya əməkdaşlıqlarının inkişaf etdirilməsi; 
-
 
Yaxın qonşu ölkələr olan Türkiyə,  ran, MDB ölkələri, Şərqi Avropa və 
Baltikyanı ölkələrlə əlaqələrin möhkəmləndirilməsi; 
-
 
Müəssisələr, elmi təşkilatlar, ali məktəblər, digər strukturlar və regionlar 
arasında  birbaşa  əlaqələrin  qurulması  üçün  şərtlərin  təmin  edilməsi,  bütövlükdə 
sistemin  effektivliyinin  yüksəldilməsinə  istiqamətlənmiş  transmilli  korporasiyaların 
yaradılması,  ortaq  satış,  təmir,  reklam  xidməti  və  digər  fəaliyyət  sahələrinin 
yaradılması. 
Bütövlükdə  sinergetik  effektləri  sistem  kimi  istifadəyə  imkan  verən  və  eləcə 
də,  ekoloji  cəhətdən daha  sabit  iqtisadi sistemlərin  yaradılmasını və  onlayn  rejimdə 
yaradıcı  potensialın  açıqlanması  imkanlarını  təmin  edən  təşkilati-idarəetmə,  sosial-
iqtisadi, siyasi-hüquqi xarakterdə tədbirləri birləşdirən layihə təklif edilir. 
Burada  əsas  diqqət  regionlar  da  daxil  olmaqla  innovasiya-investisiya 
aktivliyinin 
yüksəldilməsinə 
yönəldilməlidir. 
Transformasiyanın 
yeni 
komponentlərinin  nəzəri  və  təcrübi  olaraq  önəmli  aspektləri  üçbucaqda  yer  alır:  iri 
həcmli kapital – regionlar – dövlət. Bunun üçün dövlət-özəl tərəfdaşlıq mexanizminin 
formalaşdırılması vacibdir.  Sonuncu, daxili  və  xarici bazarlarda prioritet imkanların 
ə
ldə edilməsi üçün məqbul “oyun qaydaları”nı yaratmaqla dövlətin nə dərəcədə vacib 
strateji layihələrin seçimini təmin edə bilməsindən birbaşa asılı olacaq.
117
 
Beynəlxalq  arenada  ciddi  mövqe  tutmaq  və  müasir  şəraitdə  ümumi  əlavə 
dəyərlərin bölüşdürülməsində iştirak üçün aşağıdakılar tələb olunur:  
-
 
Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişaf  proqramı 
ilə fundomental əsasda sosial-iqtisadi inkişaf strateji proqramının əlaqələndirilməsi; 
-
 
Tikinti  üçün  nəzərdə  tutulmuş  ilkin  layihələrin  seçimində  prinsip  və 
kriteriyaların müəyyən edilməsi, bu prosesdə şəffaflığın təmin olunması, ümummilli 
ə
həmiyyət daşıyan layihələrin reallaşdırılmasında dövlətin iştirakı; 
                                                            
117
 Qafarov Ş. C., “Müasir iqtisadi sistem və qloballaşma”, Bakı, BDU nəşriyyatı, 2005 


130
 
-
 
qtisadiyyatın bütün sahələri üçün əmək resursları bazarının yaradılması, 
xüsusilə kənd təsərrüfatı üçün; 
-
 
Dövlət tərəfindən fundomental və tətbiqi elmlərin prioritet sahələri üzrə 
investisiya artımını təmin edəcək məqsədli elmi-texniki siyasətin həyata keçirilməsi, 
elmin istehsalat ilə əlaqəsinin möhkəmləndirilməsi; 
-
 
Prioritet  sahələrdə  elmi-tədqiqat  işlərinə  dövlət  investisiyalarının 
artırılması,  o  cümlədən,  rəqabətqabiliyyətli  əmtəə  istehsal  edən  müəssisələrin  daxili 
təklifinin stimullaşdırılması hesabına büdcə vəsaitlərinın qaytarılmasını təmin etmə; 
-
 
Büdcə  vəsaitlərinin  birbaşa  və  dolayı  yolla  elmi-tədqiqat  işlərinə  və  ali 
məktəblərə  yönləndirilməsi,  o  cümlədən,  konkret  elmi-tədqiqat  və  təcrübə-
konstruktor  işlərinin  yerinə  yetirilməsi  üçün  dövlət  sifarişlərinin  yerləşdirilməsi  və 
qrantların  verilməsi;  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işləri  ilə  məşğul  olan 
müəssisələrə,  iri  həcmli  layihələrə  və  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinə 
sərmayə yatıran investorlara vergi və digər imtiyazların verilməsi; 
-
 
Transmilli  korporasiyalar,  transmilli  banklar,  maliyyə  sənaye  qrupları, 
kommresiya  strukturları  və  digər  sahibkar  birlikləri  tərəfindən  qəbul  edilmiş 
kooperativ  elmi-texniki  və  ekoloji  proqram  və  layihələrdə  daha  aktiv  iştirak  və  o 
cümlədən, istehsalın özünün çevik strategiyası; 
-
 
nnovasiya  ilə  məşğul  olan  biznes-inkubatorların,  texnoparkların  və 
digər obyektlərin açıq maliyyələşdirilməsi; 
-
 
Yüksək texnoloji məhsul istehsalçılarının təkmilləşdirilməsi, istehsal və 
ixrac  məsələlərində  dəstəklənməsi  üçün  komplesk  tədbirlərin  görülməsi,  büdcə 
vəsaitindən innovasiya layihələrinin reallaşdırılmasında iştirak edən vençur fondların 
və digər ixtisaslaşmış maliyyə institutlarının kapitalına sərmayə qoyulması; 
-
 
Dövlət  tərəfindən  sənayenin  yenidən  qurulmasına  istiqamətlənmiş 
məqsədyönlü sənaye siyasətinin aparılması (xüsusilə, neft maşınqayırması, kimya və 
neft-kimya  sahələrində,  milli  iqtisadiyyatın  nüvəsi  sayılan  yüngül  və  qida  sanəyesi 
sahələrində); 
-
 
Elm  və  istehsalın  möhkəm  əlaqələndirilməsi  yoluyla  yüksək  ödənişli  iş 
yerlərinin  yaradılması.  Elm  və  istehsalın  vəhdəti,  proqressiv  xidmət  növlərinin  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə