52
Burada, i
q
- fərdi fiziki həcm indeksi,
q
o
- əsas dövrdə satılmış və ya istehsal edilmiş məhsulun fiziki həcmini,
q
1
- hesabat dövründə satılmış və ya istehsal edilmiş məhsulun fiziki həcmini göstərir.
Fərdi indekslərin hesablanmasında məhsulların bircinsliliyi ciddi gözlənilməlidir. Qiymət indeksinin
hesablanmasında hansı növ və çeşiddən söhbət getdiyi dəqiq müəyyən edilməlidir. Belə ki, hətta ən sadə
məhsul olan çörək müxtəlif çeşidlərdən ibarət-dir. Müxtəlif çeşidli məhsulların müxtəlif qiyməti olur.
Ona görə də fərdi qiymətlərin hesablanmasında keyfiyyətcə bircinsli əmtəələr götürülməlidir. Fərdi
qiymət və fərdi fiziki həcm indeksinin hesablanmasını aşağıdakı misal əsasında izah edək.
Misal. Naxçıvan şəhər bazarında 2011-cü ilin sentyabr və dekabr aylarında satılmış əmtəələrin qiyməti və
miqdarı aşağıdakı məlu-matla xarakterizə olunur (cəd. 5.12)
.
Cədvəl 5.12. Satılmış əmtəələrin qiyməti və miqdarı
.
Ə
mtəə
növləri
Ölçü
vahidi
sentyabr
Dekabr
ə
mtəələrin miqdarı əmtəə vahidinin qiyməti, man.
ə
mtəələrin miqdarı
ə
mtəə vahidinin qiyməti, man.
kələm
kq
2400
0,40
1100
1,20
kartof
kq
9800
0,50
8500
1,50
süd
litr
1200
0,50
1100
0,80
Fərdi fiziki həcm və fərdi qiymət indeksləri aşağıdakı cədvəldəki kimi hesablanmalıdır (cədvəl 5.13).
Cədvəl 5.13. Fərdi qiymət və fərdi fıziki həcm indekslərinin hesablanması
Ə
mtəə növləri
Fərdi qiymət indeksləri
Fərdi fiziki həcm indeksləri
kələm
1,20 : 0,40 = 3 (300%)
1100:2400 = 0,458 (45,8%)
kartof
1,50 : 0,50 = 3 (300%)
8500:9800 =0,867 (86,7%)
süd
0,80 : 0,50 = 1,6 (160%)
1100:1200 = 0,917 (91,7%)
Cədvəl məlumatlarından aydın olur ki, 2009-cü ilin sentyabr ayına nisbətən dekabr ayında satılmış
kələmin qiyməti 3 dəfə artmış, miqdarı ısə 54,2% azalmışdır. Həmin dövrdə kartofun qiyməti 3 dəfə,
südün qiyməti 1,6 dəfə artmış, onların satış miqdarları isə müvafiq olaraq 13,3% və 8,3% azalmışdır.
Bazar münasibətlərinə keçidin müasir dövründə qiymətlərin sürətli mövsümi artması, əhalinin alıcılıq
qabiliyyətinin azal-ması, istehsalın həcminin aşağı düşməsı əhalinin sosial-iqtisadi vəziyyətinin
ağırlaşmasına gətirib çıxaran amillərdəndir.
Mühüm keyfiyyət indekslərindən biri də məhsulun maya də-yərının indeksidir. Məhsulun maya dəyəri
“Z” ilə işarə edilər-sə, fərdi maya dəyəri indeksinin düsturunu aşağıdakı kimı yaz-maq olar:
Z
1
i
Z
═
── ;
Z
o
Burada, i
Z
-məhsulun fərdi maya dəyəri indeksi,
Z
1
-əsas dövrdə məhsul vahidinin maya dəyəri,
Z
o
-hesabat dövründə məhsul vahidinin maya dəyəridir.
Hesablama xüsusiyyətlərinə görə fərdi indekslər nisbi kə-miyyətlərdən fərqlənmir. İndeksləri nisbi
kəmiyyətlərdən fərq-ləndirən cəhət ümumi indeksləri hesabladıqda özünü aydın bi-rüzə verir. Belə ki,
ümumi indekslər bilavasitə cəmlənilə bil-məyən mürəkkəb hadisələrin dəyişilməsini xarakterizə edirlər.
İstehlak xüsusiyyətlərinə görə müxtəlif əmtəələrin qiymətləri-nin, həcmlərinin birlikdə dəyişilməsini
müəyyən etmək üçün ümumi indeksi hesablamaq lazımdır. Müxtəlif istehlak xüsu-siyyətlərinə malik olan
əmtəələrin qiymətlərini, həcmlərini bi-lavasitə cəmləmək olmaz.
Hələ 1752-ci ildə fransız iqtisadçısı Dyuma təklif etmişdir ki, müxtəlif xüsusiyyətli əmtəələrin
qiymətlərinin dəyişilməsini müəyyən etmək üçün hesabat dövründə əmtəələrin qiymətlərini cəmləyib
əsas dövrdəki əmtəələrin qiymətlərinin cəminə böl-mək lazımdır. Yəni aşağıdakı düsturdan istifadə
edilməsi məs-ləhət görülmüşdür:
∑ p
1
i
p
═
── ;
∑ p
o
Bu üsulla qiymət indeksinin hesablanmasının ciddi nöqsan-lara malik olması sonradan ondan istifadə
edilməməsinə gətirib çıxarır. Qiymətlərin eyni ölçü vahidində ifadə olunmalarına baxmayaraq, onlar
əmtəənin natural forması ilə sıx əlaqədardır. Bundan başqa, bu üsul ümumi əmtəə dövriyyəsində ayrı-ayrı
əmtəələrin xüsusi çəkilərini əks etdirmir. Məhz ona göra də italyan iqtisadçısı Karli 1766-cı ildə təklif