Microsoft Word eko luget doc



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə29/190
tarix14.10.2017
ölçüsü3,98 Mb.
#4920
1   ...   25   26   27   28   29   30   31   32   ...   190

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

78 


 

texnologiyadan istifadə edilməsi ilə əlaqədar mühitə təzyiq də artır. 



CƏNGƏLLİK – digər bitki növünün daxil olmasına əngəl yaradan 

sıx kol və ağac qruplaşmaları. Belə yerdə çox vaxt ağac yarusu olmur. 

Respublikamızda böyürtkan, vel (ayıdöşəyi növü), qaratikan, göyəm, 

topulqa və s. cəngəllik yaradır. 



CİNS  – 1) Qohum növləri birləşdirən təsnifat kateqoriyası. 2) Ev 

heyvanlarının ayrı-ayrı növlərinə məxsus populyasiyalar, saylar. 



CİVƏ – ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub 

atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan 

üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. 

COĞRAFİ BARYER (SƏDD, SƏRHƏD) – Yerüstü (materik, ada) 

heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi 

maneə (dəniz, okean, dağ). C.b. olması endemiklərin formalaşmasında 

əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan izolə olunduğu 

üçün 70%-i endem növlərdən təşkil olunmuşdur. 

COĞRAFİ  DƏYİŞKƏNLİK  – Populyasiya (növ) daxilində  hər 

hansı əlamətin variasiyaları. 



COĞRAFİ EKOLOGİYA – Bax: geoekologiya. 

COĞRAFİ ELEMENT – bir areal tipində növlərin məcmusu. 

Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında C.e.-

dən geniş istifadə olunur. 

COĞRAFİ  İRQ  – bir növün populyasiyasının ümumi arelın bir 

hissəsində 

məskunlaşaraq bir-birindən taksonomik cəhətdən 

fərqlənməsi. Populyasiyanın yerli coğrafi  şəraitə uyğunlaşması 

nəticəsində  əmələ  gəlir. C.i. ekoloji irqə yaxındır. C.i. dəyişkənliyi bir 

çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur. 



COĞRAFİ  İZOLYASİYA (AYRILMA) – bir növün və yaxud 

biri-birinə yaxın qohum olan növlərin populyasiyalarının coğrafi 

ayrılması 

(əlaqələrinin kəsilməsi). C.i. şəraitində allopatrik 

növyaranması baş verir. 

COĞRAFİ QÜTBLƏR  – Yer oxunun Yer səthi ilə  kəsişdiyi 

nöqtələr. Şimal və Cənub C.q.-i mövcuddur. Bütün coğrafi meridianlar 

C.q.-də birləşir.  Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində 

yerləşir və onu ilk dəfə 1909-cu ildə R.Piri fəth etmişdir. Cənub coğrafi 

qütbü Antarktida materikindədir və ona birinci olaraq 1911-ci ildə 

R.A.Amundsen çatmışdır. 



COĞRAFİ LANDŞAFT  – Təbii-ərazi kompleksi; birtipli geoloji 

quruluş, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları, 

həmçinin morfoloji strukturu ilə seçilən və genetik cəhətdən yekcins 

olan  ərazi. C.l.-ın 2-ci mənası landşaftın maddi komponentləri 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

79 


 

arasındakı qarşılıqlı  təsir və  əlaqənin xüsusiyyətləri və onun yaranma 

səbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onların 

dinamikliyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar, 

torpaq, hava kütlələri, bitki və heyvanlar C.l.-ın komponentləridir. 

Komponentlərin landşaftdaxili əlaqəsi maddələr və enerji mübadiləsi ilə 

həyata keçirilir. Azərbaycan Respublikasında yarımsəhra, dağ-çöl, dağ-

meşə, dağ-çəmən landşaftları daha geniş yer tutur. C.l.-ların tədqiqi və 

onların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadə 

məsələlərinin öyrənilməsi və  həllində mühüm elmi və  təcrübəvi 

əhəmiyyəti var. 

COĞRAFİ MÜHİT – cəmiyyətin mövcudluğu üçün daimi və zəruri 

şərait sayılan insanı əhatə edən yerin təbiəti. Cəmiyyətin inkişafında və 

cəmiyyətlə  təbiətin qarşılıqlı  əlaqənin öyrənilməsində C.m.-in rolunun 

müəyyənləşdirilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. C.m. 

insanın  əmək fəaliyyəti sahəsidir. Lakin insanın düşünülməmiş 

fəaliyyəti təbii sərvətlərin tükənməsinə,  ətraf mühitin çirklənməsinə 

səbəb olur, bu isə təbiətdə özünü tənzimləmə mexanizminə böyük təsir 

göstərir. Odur ki, bəşəriyyətin qarşısında təbii resurslardan səmərəli 

istifadə etmək və ətraf mühiti qoruyub saxlamaq problemi günü-gündən 

kəskin şəkildə durur. 



COĞRAFİ ÖRTÜK (TƏBƏQƏ), landşaft örtüyü, epigeosfer – 

litosfer, hidrosfer, atmosfer və biosferin bir-birilə qarşılıqlı təmasda olan 

Yer təbəqəsi. Mürəkkəb tərkibi və quruluşu ilə xarakterizə olunur. 

Bütünlüklə biosfer və hidrosferi, litosferin hipergenez sahəsini, 

atmosferin isə stratopauza təbəqəsinə qədərki hissəsini əhatə edir. Maks. 

qalınlığı  təqr. 40 km-dir. C.ö. fiziki coğrafiyanın  tədqiqat obyektidir. 

“C.ö” terminini ilk dəfə 1932-ci ildə A.A.Qriqoryev işlətmişdir. 

COĞRAFİ POPULYASİYA  – coğrafi cəhətdən eyni yaşama 

şəraitində yayılaraq, digər coğrafi şəraitdə  məskunlaşan C.p.-dan fərqli 

morfoloji tip yaradan bir növün fərdlər qrupu. 

COĞRAFİ PROQNOZ – təbii coğrafi sistemin gələcəyi, onların 

ilkin xassələri və müxtəlif dəyişilmə  vəziyyətləri, o cümlədən insanın 

müəyyən məqsədli və ya qərəzsiz fəaliyyətinin nəticələri haqqında 

məlumatların elmi cəhətdən tədqiqi və təhlili. 



COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olan 

yer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və ya 

digər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır. 

COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olub 

xüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olan 

geniş  ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi 



Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə