Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
1
EKOLOJİ LÜĞƏT
A
B
C
Ç
D
E
Ə
F
G
H
X
İ
K
Q
L
M
N
O
Ö
P
R
S
Ş
T
U
Ü
V
Y
Z
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
2
A
ABADLAŞDIRMA (ərazini) – hər hansı bir sahədə əhalinin yaşayışı,
işləməsi və istirahəti məqsədilə texniki və estetik şərait yaratmaq (məs.
suyun, kanalizasiyanın çəkilməsi, cığır açmaq, parkda skamyalar qoymaq,
bədii, mənzərəli guşələr düzəltmək və s).
ABİOGENEZ – termin Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir:
ilkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı
orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi.
ABİOSFER – Litosferin canlı orqanizm və biogen maddələrin
təsirinə məruz qalmayan qatı.
ABİOTİK AMİLLƏR – Canlı orqanizmlərə təsir göstərən qeyri-
üzvi mühit şəraitinin məcmusu. A.a. kimyəvi (atmosferin, dəniz suları-
nın, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim
(temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, kosmik radiasiya,
günəş radiasiyası və s.) amillərinə bölünür. A.a.-in canlı orqanizmlərə
təsirini ekologiya elmi öyrənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın
strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir
göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş
A.a.-ri nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
ABİOTİK MÜHİT – bax: abiotik amillər
ABİSESTON – suda asılı vəziyyətdə qalan abiotik hissəciklər.
ABİSSAL SAHƏ (yun. Abussos – dibsiz) – okean dibinin 2500-m-
dən dərin olan sahəsi (6000-7000 m-ə qədər). Bu sahə qaranlıq olub,
temperaturu daima aşağıdır, bitkisi bəzi bakteriyalardan və bir neçə növ
saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük
gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.
ABLYASİYA (lat. ablatio – aparılma) – 1) isti qazın axını ilə bərk
cismin səthindən maddələrin aparılması (texn); 2) buzlağın və qar
örtüyünün əriməsi və buxarlanması nəticəsində kütləsinin azalması.
ABORİGEN NÖVLƏR, AVTOXTONLAR (lat. aborigine -
başlanğıcdan) – başlanğıcdan təkamül prosesində yarandığı yerdə
hazırda da yaşayan orqanizmlər (flora və fauna)olub çox vaxt relikt növ-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
6
lərdir. Məsələn, Avstraliyada evkalipt. Flora və faunanın analizi vaxtı
genoelementlərin xüsusi qrupunu birləşdirir. 2) müəyyən ərazinin
qədimdən məskunlaşan ilkin sakinləri (əhalisi).
ABRAZİYA (lat. Abrasio – qazıma) – dalğanın və yaxud lə-
pədöyənlərin təsirilə iri su hövzələrinin (dəniz, göl, su anbarı)
sahillərinin və sahilyanı dib hissəsinin dağılıb uçulması.
ABRAZİYA SAHİLLƏRİ – abraziya prosesləri nəticəsində
yaranan sahillər (terraslar).
ABSORBSİYA –
cismin bütün həcmi ilə maddəni udması.
AÇIQ EKOLOJİ SİSTEM – ətraf mühitdə həm maddələrlə, həm
də enerji ilə mübadilə aparan sistem. A.e.s.-ə bütün təbii ekosistemlər və
aqrosenozlar aiddir.
AÇIQ DAĞ-MƏDƏN İŞLƏRİ – faydalı qazıntılar istehsalı ilə
əlaqədar birbaşa yer səthində görülən kompleks işlər.
AÇMA SÜXURLAR – faydalı qazıntıların açıq üsulla çıxarılması
zamanı onları örtən və istismar ərəfəsində kənara atılan faydasız
süxurlardan ibarət töküntülər. Gələcəkdə aparılması nəzərdə tutulan
rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən
və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır.
Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxurların
bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir.
ADA – qurunun, hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən
xeyli kiçik hissəsinə deyilir. Bütün qurunun 9,9 mln km
2
-ni A.-lar təşkil
edir.
ADA EKOSİSTEMLƏRİ – dəniz və göl adalarının ekosistemləri.
ADA FAUNASI – təcrid olunmuş quru sahəsinin (adanın) faunası.
A.f-nın xüsusiyyətləri adanın mənşəyi və onun materikə uzaq-yaxınlığı
ilə əlaqədardır. Materikdən uzaqda vulkan nəticəsində yaranmış okean
adalarının faunası çox kasıbdır; çünki belə adaların faunası hava ilə,
yaxud üzən əşya üstündə keçən heyvanlar hesabına yaranır. Materik
adalarında endemik növlər çox olur; Məməlilər (Filippin camışı, poni və
s.) materiklərdən kiçik, quşlar və sürünənlər (varan, tısbağa) isə çox
zaman iri olur. A.f. insan fəaliyyəti nəticəsində çox tez dəyişərək, əv-
vəlki şəklini və xarakterik əlamətlərini itirir.