Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə29/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

 
107
kiyə  və  İranda nəşr olunan ayrı-ayrı çağdaş tərcümələrində  də 
bu prinsipə – tərcümə ilə yanaşı, ərəbcə mətnin də verilməsinə 
əməl edilir. 
Quranın dilimizə  sətiraltı  tərcüməsi olan daha bir neçə 
əlyazması da XV–XVI yüzilliklərin yadigarıdır. 
XIV yüzilliyə aid “Sirətün-Nəbi” (Peyğəmbərlərin həyatı) 
və “Fütuhüş-Şam” (Şamın – Dəməşqin fəthi) adlı Azərbaycan 
əsərləri də  ərəb dilindən çevrilmişdir. Hər iki tərcümənin mü-
tərcimi  ərzurumlu Mustafa Yusif oğlu Qazı  Zərirdir. Anadan-
gəlmə kor olduğu üçün Zərir (gözsüz) təxəllüsünü seçən bu 
istedadlı  şair-tərcüməçi qeyri-adi hafizəsi sayəsində  İslamı  və 
müxtəlif dini elmləri mükəmməl öyrənmiş  və qazi rütbəsinə 
yüksəlmişdir. Qazı  Zərir 1377-ci ildə Misirə gedərək, burada 
türk sultanı Məlik Mənsur Əlinin xidmətində olmuş və sultanın 
xahişi ilə “Sirətün-Nəbi”  əsərini  ərəbcədən türkcəyə çevirmiş-
dir. “Sirətün-Nəbi” VIII əsr  ərəb alimi İbn  İshaqın nəsr və 
nəzmlə yazdığı əsəridir – sonuncu Peyğəmbərin (s.) həyatından 
bəhs edir. Zərir irihəcmli bu əsəri olduğu kimi nəsr və nəzmlə 
tərcümə edərək onu 1388-ci ildə tamamlamışdır. 
Sadə  və axıcı bir dillə  tərcümə olunmuş “Sirətün-Nəbi” 
dil tarixi üçün zəngin qaynaqlardan biridir. 
Zərir 1393-cü ildə  Hələb  şəhərinə gedərək burada yerli 
hakim olan Əmir Çulpanın xahişi ilə “Fütuhüş-Şam”  əsərini 
ərəbcədən ana dilinə çevirir. IX əsr  ərəb tarixçisi Vaqidinin 
yazdığı üçcildlik “Fütuhüş-Şam” kitabı İslam tarixinə aid məş-
hur  əsərlərdən sayılır. Nəsrlə yazılmış bu əsərin tərcüməsi də 
dilinin sadəliyi ilə seçilir. Görkəmli türk alimi Fuad Köprülü 
hər iki tərcüməni Azərbaycan türkcəsinə aid edir. Başqa bir ta-
nınmış türk alimi Banarlı da Qazı  Zəriri XIV əsr Azərbaycan 
ədəbiyyatının görkəmli nümayəndəsi sayır. Zəririn “Yusif və 
Züleyxa” adlı orijinal poema-məsnəvisi də məlumdur. Şairin bu 
əsəri həm Türkiyədə, həm də Azərbaycanda nəşr edilmişdir. 
(Bakı  nəşrinin tərtibçiləri C.Qəhrəmanov və dosent Ş.Xəlilov-
dur). Zəririn tərcümə əsərləri isə hələ də əlyazma şəklində qal-
maqdadır. 


 
108
Orta əsrlərdə ərəb dilindən tərcümə olunmuş məşhur tər-
cümə  əsərlərindən biri də “Xəridətül-əcaib” (Qəribəliklər mir-
varisi) adlı yazılı tərcümə abidəsidir. Tarixi coğrafiyaya aid bu 
əsəri Siracəddin Ömər ibn əl-Vərdi 1419-cu ildə  ərəb dilində 
yazmış, Mahmud Şirvani adlı bir Azərbaycan mütərcimi isə 
onu 1562-ci ildə Azərbaycan türkcəsinə çevirmişdir. 
Tarixi coğrafiyaya aid bu dəyərli tərcümənin qədim bir 
əlyazması Sankt-Peterburq şəhərində saxlanılır. Maraqlıdır ki, 
əlyazmanın əvvəlindəki qoşa səhifələrdə verilmiş dünya xəritə-
sində Azərbaycan (“Adərbayqan” şəklindədir) ölkəsinə də rast 
gəlirik. Mahmud Şirvani tərcüməyə yazdığı ön sözdə bu kitabı 
Osman şah İbn İsgəndər Paşa üçün türk dilinə çevirdiyini, öm-
rünü qürbətdə keçirdiyini, tərcüməyə girişərkən səksən yaşında 
olduğunu aşağıdakı misralarda belə ifadə edir: 
 
Gecə-gündüz keçirdim ruzigarı, 
Edib Yəqubi-Kənan kibi zari. 
Bu gözüm yaşını silmədi kimsə, 
Dərdimin yarasın bilmədi kimsə. 
Qərib oldu ki, sinnim ola mötad, 
Bu müddət içrə bir gün olmadım şad... 
Bu ləfzi-gövhərü silki-cəvahir 
Ki, həştad olmuş idi sinni-axir. 
Bahari-ömrin irmiş idi şitası, 
Səfid olmuş idi saçımın qarası. 
 
“Xəridətül-əcaib” tərcüməsində müxtəlif dənizlərdə  və 
quruda yaşayan qəribə heyvanlardan və bitkilərdən, onların fay-
dalarından danışılır. İrihəcmli bu nəsr tərcüməsində Azərbayca-
nın Marağa,  Ərdəbil, Bərdə, Beyləqan  şəhərləri haqqında ma-
raqlı məlumatlar verilmişdir. Burada müxtəlif Şərq ölkələrində, 
o sıradan Türkiyə  və Azərbaycanda bitən ayrı-ayrı  ağac, bitki 
və  tərəvəzlərin müalicəvi  əhəmiyyəti ilə bağlı yazılar böyük 
maraq doğurur. Tərcümənin müxtəlif yerlərində Mahmud Şir-
vaninin öz qələmindən çıxmış şeir parçaları da verilmişdir. 


 
109
Mahmud  Şirvaninin  ərəb dilindən çevirdiyi “Tarixi-İbn-
Kəsir” adlı tərcümə əsəri də var. Qaynaqlarda Mahmud Şirvani-
nin həm də dövrünün tanınmış həkimlərindən biri olduğu göstə-
rilir. 
 
Poetik əsərlərin tərcüməsi 
 
Orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatında poetik 
əsərlərin tərcüməsi xüsusi yer tutur. Nəzmlə edilən Azərbaycan 
bədii tərcümə  əsərlərinin çoxu orta çağlarda poeziya, şeir dili 
sayılan fars dilindəndir. Daha çox XV–XVI yüzilliklərə aid hə-
min tərcümələr bir sıra xüsusiyyətləri ilə onların farsca orijinal-
larından seçilir. Məhz buna görə də klassik poetik tərcümələri-
miz haqqında söz açmazdan öncə orta əsrlərin tərcümə ənənə-
ləri üzərində, qısaca da olsa, dayanmağı məqsədəuyğun sayırıq. 
Klassik Azərbaycan yazılı ədəbiyyatı ərəb ədəbiyyatından 
bəhrələndiyi kimi (əruz vəznini, klassik şeir janrlarını yada sal-
maq kifayətdir), orta əsrlərin tərcümə sənəti də ərəb tərcüməçi-
lik ənənələri ilə sıx surətdə bağlıdır. Ərəb xilafətinin möhkəm-
ləndiyi dövrlərdə, xüsusilə  də IX yüzillikdə  ərəb dünyasında 
tərcümə  sənəti geniş yayılır: elmin müxtəlif sahələrinə aid 
yunan dilində olan kitablar ərəbcəyə çevrilir. Yeri gəlimişkən 
qeyd edək ki, dahi Nizami Gəncəvi də “Xəmsə”də bu məsələyə 
– yunancadan edilən tərcümələrə toxunur. Bu dövrün ərəb 
tərcümə  sənətində iki başlıca  ənənə olmuşdur: hərfilik və 
sərbəstlik. Birinci tərcümə ənənəsinə görə, tərcüməçilər yunan 
dilində olan mətnləri söz-söz çevirmiş və başlıca diqqəti hər bir 
sözün ayrılıqda daşıdığı  mənanın verilməsinə yönəltmişlər. 
İkinci tərcümə üsuluna görə isə  tərcüməçilər çevirdikləri mət-
nin tərcüməsində tam sərbəst idilər. Onlar hətta çevirdikıləri 
mətnə müdaxilə edir, onun dilini daha təmtəraqlı, bədii və ifa-
dəli etməyə çalışır, bir sıra hallarda vacib saymadıqları hissələri 
ixtisar edir, ən başlıcası isə, tərcüməni öz fikirləri, duyğu və dü-
şüncələri ilə genişləndirirdilər.  İkinci növ tərcümələr bu xüsu-
siyyətlərinə görə bəzən öz orijinallarından köklü surətdə seçilir, 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə