Microsoft Word Elm-Senet. Kitab 2 Amine


Azsayli xalqların öyrənilməsi, tədqiq edilməsi



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə34/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

 
126
Azsayli xalqların öyrənilməsi, tədqiq edilməsi 
qeyri-adi dərəcədə vacibdir 
 
Professor Hamlet İsaxanlı: 
 
– Hörmətli müəllimlər, tə-
ləbələr və qonaqlar! 
“Elm və  sənət” məclisinin 
6-cı toplantısına xoş  gəlmisiniz. 
Bugünkü mövzumuz “Türk dün-
yası bu gün. Azsaylı türk soy-
ları”dır.  
Mövzuya keçməzdən  əvvəl 
mən bir sual qoyub, ona müəy-
yən cavab verməyə çalışacam.  
Bir dəfə jurnallardan birinə 
müsahibə verərkən Eynşteyndən 
soruşurlar ki, nisbilik nəzəriyyəsi 
kimi qeyri-adi nəzəriyyəni necə 
oldu ki, başqası yox, məhz siz kəşf etdiniz? Əlbəttə, bu, çox 
mənalı sualdır. Çünki Eynşteynin bu nəzəriyyəni kəşf etdiyi 
dövrdə dünyada fizika elmində ondan daha savadlı  və daha 
dərin hesab olunan təcrübəli alimlər çox idi. Zamanın görkəmli 
fizikləri arasında Eynşteyndən yaşlılar, onun yaşıdları  və 
cavanlar vardı. Amma bu nəzəriyyəni Eynşteyn kəşf etdi. Belə 
böyük kəşflər həmişə bir adamın bəxtinə düşür.  
Həmin suala Eynşteyn yarızarafat, yarıciddi belə cavab 
verib: “Nisbilik nəzəriyyəsi qeyri-adi nəzəriyyədir. Qeyri-adi 
nəzəriyyələr qeyri-adi və çox sadə suallardan başlayır. Mən di-
gər yaşıdlarım kimi böyümədim, yəni yaşım artsa da, özüm 
uşaq qaldım. Ona görə  də öz-özümə  həmişə  uşaq sualları ve-
rirdim. Belə suallardan birinə cavab axtararkən yeni yanaşma, 
yeni baxış meydana çıxdı və mən bu nəzəriyyəni qura bildim”. 


 
127
Doğrudan da, təbiətşünaslıqda məsələnin qoyuluşu və həl-
li çox zaman sadə görünən, əslində isə dərin məna daşıyan sual-
lardan başlayır. Ümumiyyətlə, sual qoyub ona cavab axtarmaq 
fərdin və cəmiyyətin axtarış və yaradıcılığının əsasında dayanır. 
“Türk dünyası bu gün. Azsaylı türk soyları” mövzusunda söh-
bət gedəndə sual yaranır ki, bu azsaylı türk xalqları niyə dünya-
nın hər yerinə səpələnib? Onlar niyə azsaylı olublar?  
Dünyanın bugünkü mənzərəsinə baxsaq, eyni dildə və ya 
çox yaxın dillərdə danışan xalqların dünyaya çox səpələndiyini 
görərik. Bu xalqlar bir-birindən çox uzaq məsafələrdə, çox fər-
qli coğrafi mühit və  ərazilərdə yaşayırlar.  Əlbəttə, bunun baş-
lıca səbəbi xalqların köçüdür. Bu köçlər könüllü də olub, məc-
buri də; iqtisadi, hərbi və siyasi səbəblər rol oynayıb. Məsələn, 
bizə çox yaxın olan tarixə – XV əsrə, yəni 500 il əvvələ baxsaq 
görərik ki, o dövrlə müqayisədə dünyanın bugünkü etnik-siyasi 
mənzərəsi qeyri-adi dərəcədə  fərqlidir. Səbəb isə odur ki, XV 
əsrdə “avropalı”, “ağ adam” “ağ irq” və “xristian” sözləri təx-
minən eyni şey demək idi. Cüzi istisnalarla bunların hamısı Av-
ropada toplaşmışdı. Avropa özü isə avropalıların gözündə bö-
yük dünyanın kiçik bir əyaləti kimi görünürdü (təbii ki, bu belə 
idi).  
Amma qısa müddətdə, hardasa 100 il ərzində  mənzərə 
kəskin dəyişdi və ispanlar dünyanın bir hissəsini tutdular. Onla-
rın arxasınca və onlarla paralel birinci növbədə portuqallar 
(portuqaliyalılar, portəkizcə danışanlar) da Cənubi Amerikada 
və Asiya, Afrikada axtarışa, qərarlaşmağa başladılar.  İndi Cə-
nubi Amerika əsasən ispan və portəkizdillidir; məsələn, bilirsi-
niz ki, Braziliya portəkizdillidir (bu iki dil bir-birinə çox yaxın 
və qohumdur.). Sonra ingilislər məsələyə qarışdılar. Onlar Asi-
ya qitəsinə getdilər, Hindistanı, Avstraliyanı, eyni zamanda, Şi-
mali Amerikanı tutdular. Sonra isə fransızlar Şimali Amerikada 
bir qədər, Afrikada daha çox uğur qazandılar, onlar Asiyada 
çox fəallıq göstərə bilmədilər. Yəni 16-cı əsrdən etibarən Avro-
padan başlayan bu köçlər dünyanın mənzərəsini tam dəyişdi. 
Əslində  həmin dövrdə – 15-16-cı  əsrlərdə avropalılardan həm 


 
128
siyasi-hərbi, həm də elmi cəhətdən daha güclü olan dövlətlər 
var idi. Məsələn, Çin. İndi də elmi düşüncəni məşğul edən sual-
lardan biri budur ki, bu işləri nə üçün Çin görmədi? Çin həmin 
dövrdə, doğrudan da, özünün elmi-mədəni inkişaf səviyyəsinə 
görə çox qabaqda idi. 
Sonra isə bənzər sual yaranır ki, bəs Osmanlılar nə üçün 
bu işi görə bilmədilər? Çünki Çin qədər olmasa da, Osmanlılar-
da da hərbi qüdrət, iqtisadi inkişaf var idi və bir qədər  əvvəl 
dünya elminin mərkəzi olan İslam sivilizasiyasının davamçısı 
hesab olunurdu. Amma bu işi avropalılar gördü, yəni dünyanı 
onlar tutdular.  
Burada bir şey demək lazımdır ki, qədimdə qurulan impe-
riyaların  əksəriyyəti quru, torpaq imperiyası olub. Onların hə-
yatında və fəthlərində dəniz rol oynamayıb, onlar torpaq impe-
riyası olublar, tutduqları əraziləri piyada, arabalarla və at üstün-
də fəth ediblər. Bu, Ellin və İran imperiyasında da, romalılarda 
da belə olub, türklərin qədim əcdadları olan hunlarda da. Hətta 
Çin və Osmanlıda da belə olub. Baxmayaraq ki, Osmanlı Aralıq 
dənizi  ətrafında idi, gəmiçiliyi inkişaf etdirirdi. Sultan Süley-
man Qanuni zamanında türk donanması “dənizlər sultanı” 
Xeyrəddin Barbarossanın başçılığı ilə Aralıq dənizində xeyli 
uğur qazanmışdı. Çinlilər də gəmiçiliyi xeyli inkişaf etdirmişdi, 
onların Yaxın  Şərqə  gəmi səfərləri etdikləri məlumdur, amma 
onlar dəniz imperiyası olmadılar. Yəni onların  əsas məqsədi 
torpaq idi – öz torpaqları  və yaxın  ərazilər. Amma ingilislər
fransızlar və ispanlar dəniz imperiyası oldular. Bu imperiyala-
rın quru, torpaq imperiyasından fərqi o idi ki, dəniz imperiya-
ları gəmi ilə dünyanın o biri başına rahat gedə bilirdilər. Üstəlik 
onlar uzaq ölkələri, dənizlərin o tərəfindəki torpaqları  fəth 
etmək həvəsinə düşmüşdülər, uzaq ölkələrdən qızıl gətirmək is-
təyirdilər. Təbii ki, bu, quru yolla mümkün deyildi. Ona görə 
Amerika avropalıların oldu, Asiyanın böyük hissəsini avropalı-
lar dəniz yolu ilə gedib zəbt etdilər, Avstraliyanı da onlar tutdu-
lar. Bu gün ingilis dilinin dünyanın hər nöqtəsində yayılmasının 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə