Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə33/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

 
121
və ya ərəbcəyə  tərcümə etmişlər. Məsələn, Füzuli ilə  həməsr 
olan Molla Əhməd Müqəddəs Ərdəbilinin bəlkə də Azərbaycan 
nəsrinin yeganə nümunəsi olan “Əbayül-İslam” əsəri türkcə ya-
zılmışdır. Sonra Həzini  Şirvani onu ərəbcəyə, bir qədər keçmiş 
isə təbrizli bir alim farscaya tərcümə etmişdir. 
 
Aşıq ədəbiyyatı 
daha dərin köklərə malikdir 
 
Güllü YOLOĞLU, filologiya elmləri namizədi: 
 
–  Burada çox yaxşı müzakirə oldu. Füzulinin adı çəkilən 
əsərinin orijinal və ya tərcümə olduğu barədə söhbət getdi. Mən 
özüm üçün aydınlaşdırmaq istərdim ki, bu doğrudan da tərcü-
mədir, yoxsa öz əsəridir? Çünki burada bu əsərin daha fəlsəfi 
olduğu və daha gözəl nəzmlə  işləndiyi vurğulandı. Mənə elə 
gəlir ki, bu, Füzulinin gücündən asılı idi. 
Burada bir söhbət də oldu ki, aşıq  ədəbiyyatından, xalq 
ədəbiyyatından daha yüksək bir ədəbiyyat var – bu da mərsiyə 
ədəbiyyatıdır. Mərsiyə ədəbiyyatının o qədər də qədim olmadı-
ğı məlumdur. Aşıq ədəbiyyatının, xalq ədəbiyyatının isə nə qə-
dər dərin köklərə malik olduğu məlumdur. Mərsiyə ədəbiyyatı 


 
122
xalqı ifadə etmir. Ona görə  mən istərdim ki, bu məsələləri 
qarışdırmayaq. 
Xəzər Universitetinin müəllimi, biologiya elmləri nami-
zədi İsmət Əhmədov, dosent Tofiq Abasquliyev, fəlsəfə elmləri 
namizədi Eldar Şahgəldiyev, Baba Bayramlı, Humanitar və 
sosial elmlər fakültəsinin birinci kurs tələbələri Turanə Əliye-
va, Yeganə Əşrəfova və başqaları mövzu ətrafında müzakirə-
lərdə iştirak edərək öz fikirlərini söylədilər, onları maraqlan-
dıran suallara cavab aldılar. 
 
Hərənin öz yeri var 
 
Profesor Hamlet İSAXANLI: 
 
– Burada bir sıra  əsərlərin tərcümə, yoxsa orijinal olduğu 
barədə mübahisə yarandı. Xüsusi halda Füzulinin “Hədiqətüs-
süəda”sı Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda”sından tərcü-
mədir, yoxsa Füzulinin orijinal əsəridir? Möhsün müəllimin də 
qeyd etdiyi kimi, tərcüməyə baxış, münasibət hər zaman bir cür 
olub və zaman keçdikcə  dəyişib. Orta əsrlərdə  tərcümə ifadəsi, 


 
123
tərcüməçinin sərbəstliyi bugünkündən fərqli olub. Burada bir 
başqa məsələ  Şərq və  Qərb arasındakı müəyyən fərqlərdən do-
ğur. Belə ki, xüsusilə Nizamidən sonra Şərqdə  dəfələrlə “Leyli 
və Məcnun” mövzusuna qayıdılıb. Ümumi süjet xətti saxlanılıb. 
Yəni  Şərqdə eyni mövzunu bir neçə, onlarla müəllifin işləməsi 
qəbul edilən bir haldır. Burada artıq müəllifin öz yaradıcılıq yo-
lundan, üslubundan, işin öhdəsindən necə  gəlməsindən və əsəri 
yazdığı dildən söhbət gedə bilər. Qərbdə isə bir mövzu ciddi 
şəkildə bir dəfə işlənilir. Məsələn, “Romeo və Cülyetta”, “Ham-
let” və s. bir dəfə yazılıb.  Şekspirdən sonra digər yazıçılar bu 
mövzuya bir daha müraciət etməyiblər. Qərbdə hesab olunub ki, 
hər müəllif öz mövzusunu gətirməlidir, yeni mövzu işləməlidir, 
yazılmış olanı yenidən yazmaq qəbul olunmayıb, hörmətli iş 
sayılmayıb. Amma bu əsərlər Şərqdə yazılmış olsaydı, inanıram 
ki, bu mövzuya dəfələrlə qayıdılardı. Odur ki, Füzulinin adıçəki-
lən  əsərinin və  bənzər orijinal-tərcümə  məsələlərinin  ətrafında 
belə bir mübahisənin olması təbiidir. 
Burada tərcümənin necəliyindən, səviyyəsindən söhbət 
gedə bilər. O mənada bu “Hədiqətüs-süəda” gözəldir, səviyyəli-
dir, orijinaldan təsirli və  dəyərlidir, çünki Füzulinin tərcümə-
sidir, yaradıcı tərcümədir. 
Həmin məsələni mərsiyə haqqında da deyə bilərik. Bu-
rada mərsiyə musiqisindən söhbət getdi. Mərsiyəni din uğrunda 
şəhidlərə aid etsək, digər ağılar, ölüm və faciələr haqqında əsər-
lər, bayatılar mərsiyə deyil. 
Üzeyir bəy öz xatirələrində operanın necə yaranması ilə 
bağlı yazır ki, Aşura günü şəbeh çıxarmaq Qərb əhlinin “orato-
riya” dedikləri bir növ dini tamaşadır, iştirak edən şəxslər ora-
toriyadakı  kimi  öz  rollarını avazla oxuyur, muğam oxuyana 
bənzəyirlər. Milli operamızın əmələ gəlməsində şəbeh ən birin-
ci nümunə olub. Formaca Avropa, iştirakçılarının oxuma üsulu 
isə şəbehdən gəlir. Sadəcə dəstgahlardan və orkestrdən istifadə 
etməyimiz operalarımızı şəbehdən fərqləndirib. 


 
124
Şübhəsiz, “Leyli və  Məcnun” operası dahiyanə bir əsər-
dir. Sadəcə, Üzeyir bəy  Şərq musiqi formasına Avropa donu 
geyindirdi və bu çox gözəl alındı. Ona görə heç nəyi aşağı-
lamaq lazım deyil. Hərənin öz yeri olub və öz yeri var. 
Möhsün müəllim məclisimizi o qədər maraqlı etdi ki, qur-
tarmaq istəmirik. Gəlin qurtaraq ki, sonra bu cür yeni məclislər 
davam etsin. 
Sağ olun! 
 
* * * 
 
Sonda “Elm və  sənət məclisi”nin növbəti toplantısında 
müzakirəyə çıxarılacaq mövzular müzakirə olundu. 


 
125
 
 
 
 
 
 
 
 
ALTINCI 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2007-ci il fevralın 13-də  Xəzər Universitetində  fəaliyyət 
göstərən “Elm və sənət məclisi”nin 6-cı toplantısı oldu. “Türk 
dünyası bu gün. Azsaylı türk soyları” mövzusunun müzakirə-
sinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və təhsil 
müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və 
tələbələr iştirak edirdilər.  
Məclisi giriş sözü ilə universitetin rektoru, professor 
Hamlet İsaxanlı açdı. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə