Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə103/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   99   100   101   102   103   104   105   106   ...   161

Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

273


Həmin dövrdə satira, yəni həcv də  gəlir gətirən bir janr hesab olunurdu. Bu 

janrda məzəmmət, tənə, kinayə üstünlük təşkil etdiyinə görə çox nadir hallarda 

müsbət mövzulara müraciət olunurdu.  

Abbasilər dövründə yaradılan  əksər lirik şeirlərin (qəzəllərin) mövzusu ədəb-

ərkan çərçivəsindən kənara çıxırdı. Belə ki, şairlər öz intim həyatlarını  təsvir 

etməkdən nəinki çəkinmir, hətta onlardan bəziləri əxlaqsızlığı tərənnüm edirdi.  

Ənənəvi mövzulardan başqa, şairlər gündəlik mövzulara da toxunur və şeirlərin-

də incəsənət nümunələrini, tikililəri, bağ və yaşıllıqlarla əhatə olunmuş sarayları təs-

vir edirdilər.  

Bu dövrün şairləri müxtəlif janrlarda yazıb-yaratsalar da poetik üslub öz 

ənənələrini qoruyub saxlayırdı. Qafiyə, poetik ölçülər, əsərin kompozisiyası əvvəlki 

kimi idi. Yəni, şairlər öz əsərlərini lirik girişlə - öz tayfasının tərifi, dəvənin təsviri ilə 

başlayırdılar. Yenilik yalnız bəzən tərk olunmuş oba ilə bağlı xatirələr əvəzinə saray 

və ya şərabın təsvirinin verilməsində özünü büruzə verirdi. 

Qəsidənin vahid kompozisiyası da pozulmurdu, lakin bununla yanaşı yeni 

ölçülər də yaranırdı – mustatıl və mumtəd kimi ölçülər tavıl və mədidi əvəz edirdi. 

Bəlağətin qanunlarına uyğun olaraq, şairlər  şeirlərində  çətin və anlaşılmaz 

ifadələrdən qaçmağa çalışırdılar. Lakin buna baxmayaraq, sonda sənət poeziyaya 

qalib gəldi və Abbasilərin sonuna yaxın poetik yaradıcılıq mənasız bir bər-bəzəyə 

çevrildi. Həmin dövrdə “bütün ərəb dünyası gözünü İraq və Suriya poeziyasına 

dikib” ifadəsi geniş yayılmışdı. Belə ki, Misirdə, Məğribdə, bir sözlə, bütün ərəb 

dünyasında yalnız bu ölkələrdə  yaranan yerli mədhiyyələrdən, adət-ənənələrdən 

bəhrələnən poeziyanı təqlid edir, şairlər həm üslub, həm də mövzu cəhətdən İraq və 

Suriya şairlərini təkrarlayırdılar. 

Əsasən üç inkişaf mərhələsindən keçən Abbasilər dövrü ədəbiyyatının  birinci 

mərhələsi  olan yeniləşmə poeziyasına (Abbasilər sülaləsi hakimiyyətinin ilk illərin-

dən başlayaraq IX əsrin əvvəllərinə qədər) xas əsas xüsusiyyət həmin dövrdə bütün 

janrlarda yenilik yaratmaq cəhdlərindən ibarət idi. Şəhər həyatı ilə bağlı mövzular 

ədəbiyyata daxil olur, ərəb  ədəbiyyatında ilk dəfə olaraq, şairlər klassik qəsidənin 

qanunlarından kənara çıxır, öz şeirlərini  ətlalsız başlayır, poeziyada yeni cığırlar 

açmağa çalışırdılar. Yəni, artıq tərk edilmiş oba qarşısında durub xəyala qapılmaq, 

göz yaşı axıtmaq, səhralardan, vəhşi heyvanlardan və  bədəvi həyatına aid digər 

elementlərdən bəhs etmək arxa plana keçdi.  Köhnəlik  əlaməti hesab olunan  ətlal 

tərk edilmiş oba qarşısında yox, meyxanələrin qarşısında söylənirdi. Yeniləşmə 

dövrünün  ən istedadlı  şairlərindən biri - xəmriyyə janrının inkişafında böyük 

xidmətləri olan Əbu Nüvasın sözləri ilə desək:  




 

Məmmədova Könül Əbülfəz q. 

274


ﻪﻟﺄﺴﻳ راﺪﻟا ﻦﻋ ﻖّﻴﺸﻟا جﺎﻋ 

.ﺪﻠﺒﻟا ةرﺎّﲬ ﻦﻋ ﺖﻟﺄﺳ ﺖﺠﻋو  

 

 

 



 

 

 



“Zavallı hər yeri gəzib, tərk edilmiş  obanın qalığını soruşur, mən də  hər yeri 

gəzib şəhər meyxanələrinin yerini soruşuram”.  

Ədəbiyyatda fars təsirinin yaranması ilə bağlı olan yeni hərəkatın fəal nümayən-

dələri  İran  əsilli Bəşşar ibn Burd (714-184) və  Əbu Nüvas  (762-813) idi.  Qədim 

ərəb poeziyasının  ənənəvi qaydalarından imtina edərək,  ədəbiyyata yeni obrazlar 

gətirən Bəşşar ibn Burd yalnız öz mədhiyyələrində bu qaydalara ciddi riayət edirdi. 

Lakin burada da şair bəzən yeni ünsürlər işlətmişdir. Məsələn, xəlifə Mehdiyə həsr 

etdiyi mədhiyyələrini ənənəvi ətlalla deyil, gəminin təsviri ilə başlayır.  

Bəşşar ibn Burd kimi Əbu Nüvas da ənənəvi ərəb poeziyasına qarşı çıxırdı. Ona 

qədər qəsidənin tərkib hissələrindən olan janrlar – ovçuluqla bağlı tardiyyə və şərab 

və şərab məclislərini tərənnüm edən xəmriyyə kimi janrlar müstəqil janr kimi inkişaf 

etməyə başladı. Yalnız özünün bəzi mədhiyyələrində  şair saray əhlinin zövqünə 

uyğun olaraq, tərk edilmiş obanın qalıqlarının təsviri ilə başlayan qəsidələr 

yazmışdır. Fars təsirinin güclü olduğu Abbasilərin birinci dövrü üçün bu, tamamilə 

təbii bir hal idi.  

Qeyd edək ki, həm Bəşşar ibn Burd, həm də  Əbu Nüvas məvali (qeyri-ərəb) 

olduğuna görə onlar öz mədəniyyətlərini  ərəblərin mədəniyyətinə qarşı qoyur və 

ərəblərin bəzi adətlərinə həqarətlə baxırdılar. Tərk edilmiş obaya yas tutub ağlamaq, 

yəni ətlal da elə buna görə bu şairləri cəlb etmirdi.  Fars aristokratiyasının rolunun 

çox güclü olduğu bu dövrdə Abbasi xəlifələri də farsların  ən güclü dövləti Sasani 

hökmdarlarını  təqlid edirdilər. Onlar da Sasani hökmdarları kimi cah-cəlala meyl 

edir, dəbdəbəli yaşayış  tərzinə üstünlük verirdilər.  Əyləncələrin, kef məclislərinin, 

eyş-işrətin baş alıb getdiyi belə bir dövrdə təbii ki, susuz səhraların, oba qalıqlarının, 

yovşan, araka kimi tikanlı kolluqların, dəvənin təsviri cansıxıcı təsir bağışlayırdı.  

Abbasilər sülaləsinin ikinci dövründə (IX əsrin III onilliyindən başlayıb, 

təxminən IX əsri əhatə edir) ərəb xəlifələri öz dayaqlarının zəiflədiyini görüb, bir sıra 

tədbirlərə  əl atırlar.  İlk növbədə  qədim adət-ənənələri dirçəltməyə çalışaraq, 

cahiliyyət dövrünə üz tuturlar. Zəmanənin ümumi əhval-ruhiyyəsini  əks etdirən 

ədəbiyyatda da bu hal özünü büruzə verirdi. Belə ki, Abbasilərin ikinci dövründə 

poeziyanın aparıcı qüvvələri cahiliyyət poeziyasını bərpa etməyə çalışır, qədim dövr 

şairlərinin  əsərlərini toplayırdılar. Bu dövrün ədəbiyyatında klassisizm üstünlük 

təşkil edirdi. Ümumiyyətlə, bu cərəyanı yeniləşmə poeziyasına cavab reaksiyası kimi 

qiymətləndirmək olar. Həmin dövrün poeziyasında aparıcı rol Əbu Təmmama,  əl-




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə