Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə104/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   100   101   102   103   104   105   106   107   ...   161

Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

275


Buhturiyə, ibn ər-Rumiyə (qeyd edək ki, ibn ər-Ruminin poeziyasında  ənənələrdən 

kənara çıxmaq hiss olunurdu) məxsus idi.  

IX  əsrin ortalarında ilk ədəbi tənqidçilərdən olan İbn Quteybə (828-889) həm 

qədim, həm də yeni  poeziyanın vahid kriteriyalara əsaslanmasını vacib hesab edirdi. 

Belə ki, yeniləşmə dövrü şairlərinin hər şeyi yeniləmək cəhdlərinin qarşısını almaq 

məqsədi ilə  həm qəsidənin quruluşunu, həm kompozisiyasını qanuni çərçivəyə 

salmaq qərarına gəlir. İbn Quteybə yazırdı: “Yeni şair, qəsidələrin bütün hissələrində 

qədim  şairləri təqlid edərək, bu yoldan çıxmamalıdır. O, yaşayış evinin qabağında 

dayanmamalı  və ya hər hansı tikilinin qalıqları qarşısında ağlamamalıdır, çünki 

qədim  şairlər tərk edilmiş obanın qalıqları    və köçün zorla sezilən izləri qarşısında 

dayanırdılar; eşşəyin və ya qatırın üstündə gedib, onları  təsvir etməməlidir, çünki 

qədim  şairlər dəvənin üstündə gedirdilər; təmiz və axar sular yanında 

ləngiməməlidir, çünki qədim şairlər bulanıq və durğun suyun yanında dayanırdılar; 

onun yolunu nərgiz, mərsin və  qızılgül bağları  kəsməməlidir; çünki qədim  şairin 

yolunun üstündə yovşan, araka, hanva kolluqları olurdu...”( ərəb dilindən tərcümə İ. 

Y. Kraçkovskinindir.)  

Sözsüz ki, ərəb təəssübkeşləri qədim adət-ənənələri olduğu kimi qoruyub 

saxlamağa çalışsalar da, bu, mümkün deyildi. Su kimi axıb gedən illəri,  əsrləri 

olduğu kimi təkrar etmək dialektik inkişafa ziddir. Poeziyada şeirlər yenə  ənənəvi 

ətlalla başlasa da, o dövr şairlərinə məxsus bədii təsvir vasitələrindən istifadə olunsa 

da, çətin, arxaik sözlərə geniş yer verilsə  də bu, fərqli bir ədəbi hadisə idi. M. 

Mahmudovun dediyi kimi: “Əslində köhnə  ənənələrin bərpası  sırf zahiri xarakter 

daşıyırdı. Klassik qəsidə janrına üstünlük verilməsi,  ətlalın dirçəlməsi ilə özünü 

büruzə verən bu zahiri bənzəyişin arxasında cahiliyyət poeziyasının sadəlik və 

naturalizmindən çox uzaq olan dərin fəlsəfi ümumiləşdirmələr poeziyası dayanırdı. 

Keçmiş ədəbiyyatdakı fikir dayanıqlığı öz yerini beytlər arasındakı məntiqi əlaqənin 

güclənməsində təzahür edən fikir harmoniyasına verirdi”. 

Əgər bədəvi  şairi özünün yaşadığı mühitə uyğun olaraq əsərlər yazırdısa, 

ənənələrə qayıdış dövründə  də  şairlər zəmanələrinə uyğun yenilikləri  ədəbiyyata 

gətirirdilər. Həmin dövrdə yaranan ədəbiyyatda şairlərin müraciət etdikləri janrların 

müxtəlifliyinə baxmayaraq, poetik üsullar, şeirlərin strukturu ənənəvi olaraq qalırdı. 

Yəni  şairlər yenə  də öz mədhiyyələrinə lirik giriş verir, öz tayfasını  və ya dəvəni 

təsvir edirdilər. Yenilik yalnız lirik girişdə  bəzi  şairlərin tərk edilmiş obanın 

qalıqlarından deyil, saray və qəsrlərdən və ya şərabdan bəhs etmələri idi.  

Bu dövrdə mədhiyyə və mərsiyələr geniş intişar tapmışdı. Bu janrlarda yaranan 

poeziya nümunələri bir-birinə çox bənzəyirdi. Mədh olunanlar yalnız  şairin söz 




 

Məmmədova Könül Əbülfəz q. 

276


demək qabiliyyətindən asılı olaraq müxtəlif  şəkildə  mədh olunurdular. Həm 

mədhiyyə, həm də  həcv  şairlər üçün gəlir mənbəyi olduğundan, təbii ki, onlara 

üstünlük verilirdi. Qeyd edək ki, bu dövrdə  ənənəvi mövzulardan başqa,  şairlər 

tikililəri, gözəl bağlar və  fəvvarələrlə  əhatə olunan sarayları, qəsrləri, memarlıq 

abidələrini də təsvir edirdilər. 

Ənənələrə qayıdış dövrünün ən  görkəmli nümayəndəsi Əbu Təmmam Həbib ibn 

Aus ət-Tainin (805-846) şagirdi olan Əbu Ubadə əl-Valid ibn Yəhya əl-Buhturi (

 ﻮﺑأ


ىﱰﺤﺒﻟا  ﲕﳛ  ﻦﺑ  ﺪﻴﻟﻮﻟا  ةدﺎﺒﻋ) (821-897) olub. Bədəvi Tayy qəbiləsinə  mənsub olub, Hələb 

yaxınlığındakı  Mənbic adlanan yerdə dünyaya gəlib. Doğulduğu yerin təbiəti öz 

gözəlliyi,  əhalisi isə  fəsahətli danışığı ilə seçilirdi. Bu da Buhturinin bir şair kimi 

yetişməsinə  təsir göstərib.  Şairin həyatında Ulva adlı  Hələb gözəlinə  bəslədiyi ülvi 

hissləri də özünəməxsus iz buraxıb.  

Mənbicdə böyüyən şairin özünün qeyd etdiyi kimi, Əbu Təmmamla tanışlığına 

qədər, o məşhurlaşmamışdı. Hamsa gedərək, orada Əbu Təmmamla tanış olan şair 

onun vasitəsi ilə Məratun-Numən şəhərinə gedərək, bu şəhərin əyanlarına mədhiyyə 

yazıb qazanc əldə edir. Getdikcə  şöhrəti artan Buhturi Bağdada gedir və burada 

hakimiyyətdə bir-birlərini əvəz edən altı xəlifənin nədimi olmuşdur. Xüsusi ilə xəlifə 

əl-Mutəvəkkil ibn əl-Mötəsimə və onun oğlu əl-Mutəzə, vəzirlərə, daha çox əl-Fəth 

bin Xaqana, əyanlara, sərkərdələrə mədhiyyələr yazmış və çoxlu sərvət toplamışdır. 

Mənbicdə bədəvi ərəblər arasında yaşayan şair təmiz ərəb dilinə, onun incəliklərinə 

bələd olmuş, bəlağəti bilmişdir. Elə buna görə də sünilikdən, qeyri-təbiilikdən uzaq 

olan Buhturinin yaradıcılığında qaranlıq qalan, anlaşılmayan ifadələrə rast gəlinmir. 

Əgər şairin divanında bəzi beytlərin mənası qaranlıq qalırsa, bu, şairin deyil, şairin 

əsərlərinin üzünü köçürənlərin və ya nəşr edənlərin məsuliyyətsizliyidir ki, bunun da 

nəticəsində beytlərin mənası təhrifə uğrayıb. 

Buhturi yaradıcılığı bir rəssam dəqiqliyi ilə yaratdığı lövhələrlə yadda qalıb. 

Onun  şeirlərində sözlər bir harmoniya yaradaraq, musiqi kimi qulaqlara xoş  gəlir, 

mənaya yox, formaya üstünlük verən şairə İbn Raşıq əl-Qeyrəvani “şeir səltənətinin 

şeyxi” ləqəbini vermişdir. Bədəvi  şairi öz əcdadlarının  ənənələrini layiqli şəkildə 

davam etdirməklə yanaşı, oturaq həyatla da bağlı mövzulardan istifadə etmişdir. Şair 

poeziyada  Əbu Təmmamın  şagirdi hesab olunsa da, onun yaradıcılığı  fərqli 

istiqamətdə inkişaf edirdi. Filosof kimi sətiraltı  mənalardan, məntiqə  əsaslanan 

fikirlərdən istifadə edən Əbu Təmmamın üslubunu bəyənməyən şair deyib: “Məntiq 

həqiqi mənaya gətirib çıxarır. Halbuki poeziya bəzək və təxəyyül üzərində qurulub. 

Bunlar necə birləşə bilər?  Şeir mətləbi uzadaraq çərənçilk etmək deyil, tək bir 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə