Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə107/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   103   104   105   106   107   108   109   110   ...   161

 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

282


Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və 

sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça 

endirildi. Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini  əsas götürərək SSRİ 

hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili 

haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana 

köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar» 

partiyaları, Ümumerməni Xeyriyyə  İttifaqı) 1 milyon dollar pul xərclədilər.  İlk 

axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. 

Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün 

gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, 

köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu 

Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına 

rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə «Ermənistan 

SSR-dən kolxozçuların və başqa azərbaycanlı  əhalinin Azərbaycan SSR-nin Kür-

Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR 

Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul 

etdi(2.s.4). 

SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa 

azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi 

haqqında” qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda 

görünməyən soyqırımına – deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla 

köçürülərək Azərbaycan Respublikasının  ərazisində yerləşdirilmişdir.Bu qərar 

aşağıdakı qaydada tərtib edilmişdi: 

SSRİ Nazirlər Soveti qərara alır: 

1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz 

ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı  əhalisi, 

onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-

ci ildə köçürülsün. 

2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir 

vəzifə olaraq tapşırılsın: 

a) kolxozçular və digər azərbaycanlı  əhalisi arasında Azərbaycan SSR-in Kür-

Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin 

izah edilməsini təşkil etsinlər; 




Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

283


b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq 

işlənmiş  əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş 

miqdarda tam hesablaşmanı təmin etsinlər; 

c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların 

daşınmasını təmin etsinlər. 

3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə 

olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına 

köçürülən şəxsləri işdən azad etsinlər. 

4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı  əhali üçün 

aşağıdakı imtiyazlar müəyyən edilisin: 

a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər 

miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin; 

b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və 

Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd 

təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə 

güzəştlər istisna olmaqla, aid edilsin

c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300 

manat miqdarında qaytarılmayan pul müavinəti verilsin; 

d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə  məskunlaşma 

yerlərində  nəğd hesabla ailə başçısına 1,5 sentner və  hər ailə üzvünə 0,5 sentner 

ərzaq taxılı satılsın. 

5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən 

azərbaycanlı  əhaliyə  çıxdıqları yerlərdə  tədarük təşkilatlarına dəyişmə  qəbzləri ilə 

kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması 

qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və 

mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin. 

6. Kənd Təsərrüfatı bankına tapşırılsın: 

a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına 

yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq 

10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit 

versin; 

b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat 

məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli 

borclar versin. 

7. Yollar Nazirliyinə tapşırılsın: 



 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

284


a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı  əhalinin, 

onların  əmlakının və mal-qarasının Azərbaycan SSR-ə  təchiz olunmuş  və dezin-

feksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin; 

b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR 

Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə 

uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların 

verilməsini həyata keçirsin. Azərbaycanlı  əhalinin daşınmasına görə pul 

hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın. 

8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində 

tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini 

təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar 

ayırsın. 

9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı  əhalinin Ermənistan 

SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n 

1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun. 

10. Ermənistan SSR Nazirlər Sovetinə  və Azərbaycan SSR Nazirlər Sovetinə 

tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən 

köçürülən  əhalinin(köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında 

yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar 

barədə SSRİ Nazirlər Sovetinə məlumat versin. 

11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in 

Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar olaraq onların azad olunmuş 

tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə  gələn xarici ölkələrin 

ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin. 



SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin. SSRİ Nazirlər Sovetinin İşlər müdiri 

A. Çadayev.  (6. əlavə 10/ III- 48-ci il. № 754) 

O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan  ərazisində 400 

mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən 

azərbaycanlıların sayı 10504, 1949-cu ildə 15713 nəfər, 1950-ci ildə 12232 nəfər, 

1952-1953-cü illərdə 13760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur. 

Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya 

və etnik təmizləmənin bu 

mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş  və ya köçməyə 

məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və 

əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi. 

1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli 

idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə