Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə115/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   111   112   113   114   115   116   117   118   ...   161

 Ləman Əliyeva 

304


 XIX  əsrin sonlarında tərəqqiyə olan nikbin inam üçün texnika Ağlın və 

Xeyrin zəfər yürüşünə  şərait yaradan sonuncu və  səmərəli vasitə mahiyyəti 

daşıyırdı. Misal üçün, Bellaminin «Geriyə baxış: 2000-1887» adlı utopiyasını 

xatırlamaq kifayətdir. Ara-sıra texnikanın  özünə deyil, daha çox ondan 

istifadəyə qarşı  mülahizələr səslənirdi. Məsələn,  Şpenqler ehtiyatlanırdı ki, ağ 

irqə  mənsub olmayanlar avropalılardan texnikanı alıb onları hakim mövqedən 

düşürə  və son nəticədə  həmin texnikanı  məhv edə bilərlər. Haydeggerə  qədər 

texnika,  əlbəttə, bütövlükdə  mədəniyyətin və insanın tarixi inkişafı ilə 

əlaqələndirilirdi, lakin o, çoxsaylı amillərdən biri kimi şərh olunurdu. 

Haydeggerə  görə isə  əksinə, texnika müasir dövrün mahiyyətini,  özü  də labüd 

şəkildə  əvvəlki tarixdən doğan mahiyyətini təşkil edir. Nəhayət, Haydeggerə 

qədər texnika, ilk növbədə  mədəniyyət və tarix fəlsəfəsinin, daha sonra da 

antropologiyanın problemi kimi nəzərdən keçirilirdi. Haydegger isə onu 

metafizikanın probleminə  çevirdi. Bu, əlbəttə, varlığın tarixinə dair Haydegger 

anlayışı  əsasında mümkün idi, belə ki, həmin anlayış ona insan şüurunun 

müəyyən tarixi tərəqqisində varlığın təzahürlərini dərk etmək imkanı verirdi. 

Haydeggerin  əsərində  hər  şeydən  əvvəl texnikanın mahiyyəti məsələsi 

qoyulur. Bu mahiyyətin  özündə heç bir texniki şey yoxdur; lakin həmin 

mahiyyəti, sadəcə olaraq, texnikadan qaçan da o qədər dərk etmir. «Biz 

texnikanın o zaman ən pis şəkildə əsiri oluruq ki, ona nə isə neytral bir şey kimi 

baxırıq; halbuki indi xüsusilə geniş yayılmış bu təsəvvür bizi texnikanın 

mahiyyətinə münasibətdə tamamilə kor edir».[5, 228]. Texnikanın neytral bir şey 

kimi qavranılması onun məqsədlərə nail olmaq vasitəsi kimi qiymətləndirilməsi 

ilə  sıx surətdə bağlıdır. Bu instrumental anlam, düzünə qalsa, yanlış deyildir. 

Haydegger bunun «dəhşətli dərəcədə doğru olduğunu və eləcə  də  müasir 

texnikaya da uyğun gəldiyini» göstərir. Lakin doğruluq hələ həqiqilik deyil. Belə 

ki, predmet haqqında nə isə doğru bir şey demək, hələ onun mahiyyətini 

anlamaq demək deyildir – Haydegger öz  əsərində elə bundan bəhs edir. 

İnstrumental anlayışdan o, səbəbiyyət anlayışına, buradan isə  dörd səbəb 

haqqında klassik təlimə keçir.  

Elmi-texniki inqilabın hələ başa çatmadığı bir dövrdə keçən əsrin 60-cı illərində 

dünyaya baxışları tamamilə  dəyişən yeni bir nəzəriyyə meydana çıxdı. Bu “qeyri-

səlis” məntiq nəzəriyyəsi idi. Həmin nəzəriyyənin müəllifi isə dünya şöhrətli 

azərbaycanlı alim Lütfi Zadədir. Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq 

nəzəriyyəsinə  qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız 

ağ  və qara rəngdə qavrayırdı. Lütfi Zadə  məntiqi isə dünyanı bütün çalarları ilə 




Texnikanın inqilabi funksiyası 

305


qavramağa imkan verir. O, öz məntiqi və nəzəriyyəsi ilə dünya elmində də, insanın 

həyata fəlsəfi baxışında da çox böyük inqilab etdi. Bu nəzəriyyə insanı dünyanı daha 

rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləş-

dirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağırır və yollarını 

göstərir. Bu elmdə elə böyük inqilab idi ki, elmi yeniliklərə və inkişafa xüsusi diqqət 

veren ABŞ-da 20 ilə yaxın müddət  ərzində elmi çevrələr bu nəzəriyyəyə soyuq və 

ehtiyyatla yanaşdılar. Çünki L.Zadənin çoxmənalı (kəsilməz qiymətli) məntiqi 

Aristotelin ikili (binar) məntiqini sözün həqiqi mənasında alt-üst edirdi. Aristotel 

deyirdi ki, bir müddəa ya doğru ya da yalan ola bilər. L.Zadə isə sübut edirdi ki, hər 

bir müddəanın doğruluq dərəcəsi doğru ilə yalan arasında (və ya sıfır ilə bir arasında) 

kəsilməz qiymətlər alır. Bu məntiqdə tolerantlıq, dözümlülük daha çoxdur, ittiham 

günahlandırma daha azdır. Bu məntiqdə real həyatı daha dürüst inikas etmək 

qabiliyyəti var. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə elə bir inqilab etmişdir ki, 

onun nəticələrindən eyni zamanda iqtisadiyyatda, psixologiyada, linqvistikada, 

siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində  də 

geniş istifadə oluna bilərdi. Necə ki, bugün çox geniş istifadə olunur.  

Aristotel məntiqinə görə bir adam ya dostdur, ya düşmən. L.Zadə  məntiqinə 

görə dostla düşmən arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn: tanış, 

neytral, çox yaxın dost, maraqlar dostu və s.). Onun bu nəzəriyyəsi təkcə elm 

adamları üçün maraqlı deyil. Əslində  hər bir insan, hər bir siyasətçi və başqa peşə 

sahibi də onun bu nəzəriyyəsindən faydalana bilər. Aparıcı dünya şirkətləri 

tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə 

uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-

cı illərində yapon alimlərinin diqqətini cəlb etmiş  və yaponlar bu unikal 

nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə  nəzəriyyəsinin tətbiqi 

gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, 

“Toshiba”, “Sony”, “Canon”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-

səlis məntiq nəzəriyyəsinə  əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, 

vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye 

proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-

səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına 

verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu 

nəzəriyyənin qiymətini anlamağa ondan yararlanmağa başlayırlar. Bu gün bu 

nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, 

“Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə