Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə113/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   109   110   111   112   113   114   115   116   ...   161

 Ləman Əliyeva 

300


nəticələrinin insana yad bir qüvvə olduğunu irəli sürüb əsaslandırmağa başladılar. 

İstər texniki pessimizm, istərsə də texniki optimizm ümumi fəlsəfi mənada texnisizm 

nəzəriyyələri olmaqla texnikanın nisbi müstəqilliyini birtərəfli  şəkildə izah edirlər. 

Ancaq nəzərə alınmalıdır ki, texnika sivilizasiyanın əsası və məhsuludur ondan necə 

istifadə olunması isə cəmiyyətin mədəniyyətindən asılıdır. 

Ümumiyyətlə həyatın bütün axarını texnika ilə doldurmaq qəzaların və bir 

sıra başqa texniki hadisələrin sayını çoxaldır. Bütün bunlara baxmayaraq nəzərə 

çatdırılmalıdır ki, texniki tərəqqi qarşısıalınmaz prosesdir. 

İnformasiya-kompyuter inqilabı ictimai həyatın bütün sahələrini – maddi 

istehsal və əmək, siyasət və təhsil, incəsənət və s. sahələri əhatə etmişdir. Artıq 

texnika və texnologiyanın təbiət və cəmiyyətə təsiri bilvasitə deyil bilavasitədir. 

Yəni bu təsir artıq dolayısı ilə deyil birbaşadır. Beləliklə cəmiyyət həyatının yeni 

sferası – “texnosfera” meydana gəlir. Onu yaratmaqla insan təbiəti sıxışdırır, bu 

da bir sıra fəlakətlərə  gətirib  çıxarır, təbii ehtiyatların yenidən bərpa olunması 

prosesi kəsilir. 

Son dövrlərdə “hipermodernizm” və yaxud “texnos” termini meydana gəlib. 

Hipermodernizmə postmodernizm də deyilir. Texnikanın fəaliyyət vasitələrindən 

mədəniyyətin yerinə keçən bir dünya – Texnos yaranır. Bu nəzəriyyənin 

tərəfdarları  göstərirlər ki, axırda mədəniyyət  ölür və texnologiyaya çevrilir. Bu 

nəzəriyyə təsdiq edir ki, təkamül bütövlükdə min illərlə vəhşilik və barbarlıqdan, 

sonra isə əsrlərlə mədəniyyət və sivilizasiyadan keçir; indi isə biz informasiya və 

texnika dövrünə daxil oluruq.  

Hipermodernizm tərəfdarları  sübut etməyə  çalışırlar ki, əgər təbiət – 

naturalizm, mədəniyyət – modernizmdirsə, Texnos – hipermodernizmdir. Təbiət 

artıq keçmiş, baş vermiş Varlıqdırsa, mədəniyyət indiki dövürdə baş verən 

proses – Yaranmadırsa, Texnos – gələcəkdir, layihədir, yaradıcılıqdır. [9,208] 

Texnikaya baxış istər qədim dövürdə, istər orta əsrlərdə, istərsədə  müasir 

dövrümüzdə  fərqli olmuşdur. Onun təbiətə, insana təsirini araşdıran alimlərin 

fikri birmənalı olmamışdır.  

XX əsrdə yaşamış bir sıra filosoflar texnikanın inkişafı ilə əlaqədar dəyərli 

ideyalar vermiş və fikirlər söyləmişlər. Onlardan biri olan M. Haydegger yazırdı: 

“İnsan  üçün təhlükə maşınların, müxtəlif qurğuların mümkün məhvedici 

təsirində deyildir. Əsl qorxu, təhlükə artıq insanın  öz mahiyyəti tərəfindən 

gözlənilməlidir”.[5,227] Haydeggerin fikrincə, texnika –insan və dünyanın xüsusi 

əlaqə  növünün ifadəsidir, bu zaman insanın  əldə etmək, istismar etmək meyli 

reallaşır. Dünya insan üçün yalnız  öz imtiyazlarını  ödəməyən bir vasitədir, 




Texnikanın inqilabi funksiyası 

301


texnika- bu materialı istifadə etmək  üsuludur. Axırda insan özünü “ dünya 

hökmdarı ” hesab etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində 

özü  də bir əşyaya dönür. Texnika insanı  ələ alır,  özünə tabe edir, hətta  öz 

elemetinə çevirir”.  

Texnika mövzusunda Haydeggerin maraqlı  əsərlərindən biri “Texnika 

məsələsi” dir. (1949). Demək olar ki, Haydeggerə  qədərki dövrdə texnikanı 

müsbət qiymətləndirirdilər ; bircə qorxu var idi ki, birdən onu düzgün istifadə 

edə bilməzdilər (O. Şpenqler). Müasir texnikanın mahiyyəti budur ki, o insanın 

dünyaya olan münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni 

formasıdır. Texnikanın təhükəliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini 

dəyişdirir. İnsan indi o tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə, daha da 

dolaşır. Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istfadəsinin sosial 

nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.  

Alman eksiztensializminin digər nümayəndəsi K. Yaspers “Müasir texnika” adlı 

məqaləsində texnikanın mahiyyətini belə izah edirdi ki, texnika yalnız məqsədə nail 

olmaq üçün vasitəçi kimi yaranır və fəaliyyət göstərir. Texnika düşüncə fəaliyyətinə, 

hesablama, mümkün nəticələrin öncə görmə imkanlarına  əsaslanır. Texnika 

mexanizmlərdən istifadə edərək, öz imkanlarını  kəmiyyət münasibətlərinə çevirir. 

Texnikanın mahiyyəti insanı təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür 

olur: enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri. 

Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texniki vasitə məqsədə 

çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnikanın kəşfi qədim dövrlərə 

təsadüf edir; müasir texniki tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən 

təbii elmərin,  əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası  və  nəticəsidir. 

Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin xarakterini dəyişdirir, 

özgələşmə prosesini artırır; müəssisələr böyüyür, bürokratiyanın mövqeləri artır və 

genişlənir.  

O.Şpenqler də texnikanı  təbiətin  üzərində “zorakılıq” aləti olduğunu hesab 

edirdi.  Öz insani mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki 

sivilizasiya binasının  əzəməti artdıqca, bu binanı yaradan insanın mənəviyyatı 

əksildikcə, onun özünə burda daha az yer qalır. Texnika insan nəslinin acı taleyi, 

onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda təbiətin üzə-

rində  öz qüdrətinin hökmranlığının rəmzini görür, nəticədə isə texnika “Faust” 

(İ.V.Hötenin yaratdığı  bədii obraz) sivilizasiyanın məhvinə qaçılmaz süqutuna 

gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər rasional, nə qədər intensiv olarsa, 

texnikanın nəticələri bir o qədər irrosional və dağıdıcı olur. [ 7, 462] 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə