Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
319
kəşfiyyat orqanlarına daxil olmaqla hakimiyyətin və cəmiyyətin bütün sahələrində
təmsil olunurlar.
Avropa müsəlman icmasının xüsusiyyəti isə onun əsasən aztəminatlı qruplar və
aşağı kvalifikasiyalı (peşəkarlıq səviyyəsi) işçilərdən təşkil olunmasıdır. Bu
insanların bir çoxu özlərinin Avropada olmaqlarını bir təsadüfi, lakin məcburi bir
addım kimi qiymətləndirirlər. Belə ki, onların valideynləri öz vətənlərində mövcud
olan ağır iqtisadi vəziyyət ucbatından daha gözəl həyat axtarışı ümidləri ilə bura
gəlib çıxmışdılar. Yeni vətənlərindəki həyat tərzinin onların gözləntilərindən kəskin
şəkildə fərqləndiyinə görə, Avropa müsəlmanları arasında onları əhatə edən mühitə
qarşı məyusluq və nəsə bir soyuqluq hissi yığılmaqdadır. Bundan əlavə bir çox
Avropa müsəlmanları qapalı şəkildə, mahiyyətcə özünəməxsus bir gettoları
xatırladan ayrıca məhəllələrdə (kvartallarda) yaşayırlar. Bu isə öz növbəsində bu cür
müsəlmanlarda onların cəmiyyətin yerdə qalan böyük hissəsindən ayrı, fərqli olması
hissini gücləndirir. Fransada bu yaxınlarda baş vermiş qarışıqlıqlar da məhz belə
məhəllələrdə başlamışdı.
Amerikada isə müsəlman icması əsasən orta təbəqəyə mənsub olan ixtisas
sahiblərindən, yəni həkimlərdən, mühəndislərdən və alimlərdən təşkil olunmuşdur.
Belə vəziyyət isə ABŞ-ın müsəlman icmasının daxilində sosial inamı, cəmiyyət
tərəfindən öz inamını və onları əhatə edən cəmiyyətə və yeni vətənlərinə mənsubluq
hissini daha da gücləndirir.
Müsəlman əhalisinin ümumi yaşam yerlərində konsentrasiya tendensiyası
müşahidə olunan Avropadan fərqli olaraq, ABŞ-da İslam dini ardıcılları ölkənin
bütün ərazisi boyu kifayət qədər geniş şəkildə yayılmışlar. Lakin, bununla bərabər,
Rusiyada olduğu kimi ABŞ-da da müsəlmanların 70%-i ölkənin 10 ştatında
Kaliforniya, Nyu-York, İllinoys, Nyu-Cersi, İndiana, Miçiqan, Virciniya, Texas,
Oqayo və Merilend ştatlarında yaşayır.
Amerikanın müsəlman icması nisbətən qısa bir dövr ərzində 1920-ci illərin
əvvəllərindən XX əsrin sonlarına qədər 2000-dən çox müxtəlif tipli və istiqamətli
təşkilatlara kimi kifayət qədər böyümüşdür. Bu icma, öz müxtəlifliyi ilə unikaldır.
Belə ki, amerikalı müsəlmanların yalnız 35%-i ABŞ-da anadan olmuşlar, yerdə qalan
65%-i dünyanın 80 müxtəlif ölkəsində dünyaya gəlmişlər.
ABŞ-ın müsəlman icmasının dəqiq sayı barədə məlumat yoxdur. Belə ki,
Amerika qanunlarına görə, əhalinin say statistikası ilə məşğul olan qurumun –
«Əhalinin siyahıyaalınması üzrə Büronun» vətəndaşların dini baxışları barədə
məlumat toplamağa ixtiyarı yoxdur. Lakin buna baxmayaraq müxtəlif qiymətlən-
Elnur Kərim oğlu MUSTAFAYEV
320
dirmə və statistik araşdırmalar Amerika Birləşmiş Ştatlarında müsəlmanların sayının
təqribən 9 milyon nəfərə kimi çatdığından xəbər verir.
Tanınmış «Pew Research Center» sosioloji araşdırma mərkəzinin 2007-ci ilin
may ayında apardığı «Muslim Americans: Middle Class and Mostly Mainstream»
adlı tədqiqat işində ABŞ – dakı İslam icması ilə bağlı aşağdakı statistik məlumatları
paylaşıb. Şimali Amerikada yaşayan müsəlmanların ümumi sayının 35%-ni təşkil
edən bu ölkədə anadan olmuş müsəlmanların 20%-i afro-amerikan icmasında yerdə
qalan 15%-i isə ağdərili İslam dinini sonradan qəbul edənlər də içində olmaqla, digər
icmalarda təmsil olunmuşdurlar. Bu 35% göstəricinin içərisində İslam dinini
sonradan qəbul edən həm ağdərili və həm də qaradərili yeni müsəlmanların nisbəti
21%-dir. ABŞ xaricində anadan olmuş 65% amerikalı müsəlmanın 18%-i bu ölkəyə
2000-2007-ci illər arasında, 21%-i – 1990-1999-cu illər ərzində, 15%-i – 1980-1989-
cu illər ərzində və 11%-i isə – 1980-ci ilə qədər köçüb gələnlər təşkil edirlər.
Araşdırmaların sonunda «Pew Research Center» tədqiqat mərkəzi bu nəticəyə
gəlir ki, çox rəngarəng tərkibli və əsasən də mühacirlərdən təşkil olunmalarına
baxmayaraq, Amerika müsəlmanları öz dünyagörüşlərinə, dəyərlərinə və baxışlarına
görə özlərini yabançıdan çox amerikalı hesab edirlər. Tədqiqat müəllifləri bu fikri
amerikalı müsəlmanların gəlirlərinin həcmindən və təhsil səviyyələrinin yüksək
olması faktından əldə etmişdirlər. Qeyd edilən faktlar amerika müsəlmanlarının
cəmiyyətə daha tez inteqrasiya edərək uyğunlaşdığını göstərir. Bundan əlavə
tədqiqatın əldə etdiyi məlumatlara görə ABŞ – dakı müsəlmanlar öz həyatlarından və
yaşayış durumundan Avropa və digər ərazilərdə yaşayan dindaşlarından daha çox
razı qaldıqalrını və mötədil görüşə sahib olduqlarını göstərir. Amerika müsəlmanları
əmindirlər ki, ABŞ-a gələn mühacirlər özlərini onları əhatə edən cəmiyyətdən
fərqliliklərini qoruyub saxlamağa cəhd etmək əvəzinə, Amerika adət-ənənələrini
qəbul etməyə çalışmalıdırlar. Belə ki, Amerika müsəlmanlarının böyük hissəsi
dininin göstərişlərinə əməl edən və inanclı müsəlman olmaqla bərabər müasir
cəmiyyətin həyatında tam şəkildə iştirak etmək arasında heç bir zidiyyət görmürlər.
Yaşlı amerikalı İslam ardıcıllarının dörddən üçünün (74%-nin) yaşı 50-dən aşağıdır.
Kollec məzunları arasında müsəlman məzunlarının payı orta hesabla bütün ölkə üzrə
olan məzunların faiz nisbətindən iki dəfə çoxdur. Bu zaman, ölkə üzrə orta məzun
buraxılışının 25%-nin qarşılığında müsəlman məzunların buraxılışı 58% təşkil
etmişdir. Amerika müsəlmanlarının yarısının illik ailə gəliri 50.000 dollardan daha
yüksəkdir. Məhəmməd Naymer özünün «The North American muslim resource
guide» nəşrində bu cür qənaətə gəlmişdir : “ Bu gün amerika müsəmanları getdikcə
daha çox qloballaşan sistemin tərkib hissəsinə çevirirlər. Bütün əlamətlər və