Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri
321
göstəricilər İslam ardıcılları arasında Amerika vətəndaş və siyasi-ictimai həyatına
olan meyli (oriyentasiya) güclənməkdədir.”
11 Sentyabr hadisəsi
11 sentyabr hadisəsindən on üç il keçməsinə baxmayaraq bu mövzu öz
aktuallığını itirməmiş və hər il müxtəlif elmi məqalələr yazılıraq tədqiqtlar aparılır.
Bir çox alimlər və siyasətçilər 11 sentyabr terror aktının İslam dünyasına qarşı nifrət
gətirəcəyinə və ən azı Amerika və Avropada sürətlə gedən islamlaşmanın qarşısını
alacaqdır. Lakin, İslam əleyhinə düşünülmüş bu addım əks təsir göstərərək qeyri –
müsəlmanların İslamla maraqlanmasına gətirib çıxardı. Bu hadisədən sonra kütləvi
informasiya vasitələrinin müsəlmanları terrorçu kimi qələmə verməsinə baxmayaraq
insanların bir çoxunu müsəlmanların kim olduğunu və necə yaşadıqlarını anlamaq
üçün İslamı öyrənməyə vadar etdi. Görəsən doğrudandamı onlar 11 sentyabr
hadisəsində iştirak ediblər? sualı qeyri – müsəlmanları İslam haqqında kitablar
almağa və araşdırmalar aparmağa vadar etdi və nəticədə bir çox amerikalılar,
britaniyalılar və dünyanın başqa millətlərinin nümayəndələrinin İslamı qəbul
etməsinə səbəb oldu. 11 sentyabrdan sonra İslama olan böyük maraq yeni iman
gətirənlərin sayını artırdı. Aşağıda bəzi mötəbər və nüfuzlu mətbuat vasitələrində
dərc olunmuş 11 sentyabr hadisəsindən sonra dünyada İslam dini ilə bağlı baş vermiş
proseslər haqqında bəzi tədqiqatçıların fikirlərini qeyd edəcəyik.
«The Observer» qəzetində 1 sentyabr 2002 ci ildə dərc olunmuş nəşrində Martin
Brayt yazır: “ İslama maraq hissi təyyarə qaçırdanların cinayətindən sonra artmışdır.
Bir il qabaq müsəlmanlar ehtiyat edirdilər ki, Nyu-York və Vaşinqtonda təxminən
3000 insanın həyatına son qoymuş terror hadisəsindən sonra onların dininin nüfuzu
korlanacaqdır. Lakin indi isə Böyük Britaniyadakı müsəlmanlar "11 sentyabr
faktoruna" öz dinlərinə maraq artıran səbəb kimi baxırlar. Müsəlmanların müqəddəs
kitabı olan Quranın satışı bütün mövcud rekordları vurmuşdur. Quranın ingilis dilinə
tərcüməsinin nəşri ilə məşğul olan tanınmış "Penguin" nümayəndələri 11 sentyabr
hadisəsindən sonra üç ay ərzində bu kitaba olan təlabatın 15 dəfə artdığını qeydə
almışdırlar. Bu hadisədən sonra qeyri – müsəlmanlar arasında İslam və Məhəmməd
(s) peyğəmbərin həyatı haqqında maraqlananların sayı artmış və bu mövzular
haqqında daha çox məlumat topladıqları müşahidə olunmuşdur”
«The Times» qəzetinin 7 yanvar 2002 – ci ildə nəşr olunan çapında Qaylz
Vayttell "Allah mənim ürəyimin qapısını döydü" adlı məqaləsində yazır :“Paradoksal
haldır, 11 sentyabrdan sonra İslama iman gətirənlərin sayının artmasına dair
inandırıcı dəlillər vardır və bu nəinki Böyük Britaniyada baş verir, həmçinin Amerika
Elnur Kərim oğlu MUSTAFAYEV
322
və bütün Avropada da belədir. Danimarkanın İslam mərkəzlərindən biri yeni iman
gətirənlərin sayının on dəfə artdığını qeyd etmişdir və keçmişdə katolik olmuş
irlandiyalı xanımın rəhbərlik etdiyi Leyçesterdəki Yeni Müsəlman Layihəsi bəyan
edir ki, İslama dininə mütəmadi insan axınını baş verir.
Bu insanların İslama gəlişi Qərb dünyasını daha çox heyrətləndirir. Onlar özləri
üçün yeni olan bu dini digər dünya dinlərindən seçiblər. Seçim azadlığı olduğu halda
çox zaman öz şəxsi mövhumatlarını və valideyinlərinin mövhumatlarını qət etməli
olurlar. Onlar çox fəaldırlar lakin, bununla bərabər kifayət qədər dözümlüdürlər.
Onlar bizim kimidirlər, eyni zamanda hardasa bizim kimi deyildirlər. Onlar
müsəlmandırlar. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında oruc tuturlar
və bu dünyadan getməmiş Məkkəni ziyarət etməyi ümid edirlər. Onlar mobil
telefonlara "Əssələmu-Əleykum" deyə cavab verirlər”
«Californian North Country Times» qəzetinin ştat müxbiri Aqness Diqs “ 11
sentyabrdan sonra İslama fövqəladə gəliş” adlı məqaləsində qeyd edir: "2001-ci ildə
beynəlxalq tədqiqatlar üzrə Şimali Karolina universitetinin professoru İhsan
Baqbinin rəhbərlik etdiyi və Vaşinqtonda yerləşən Amerika və İslam Münasibətləri
Şurasının keçirdiyi sorğunun nəticələrinə görə 20 000 amerikalı İslam dinini qəbul
etmişdir və onların təxminən 7000-i qadındır. Bəzi din xadimləri isə bildirirlər ki, 11
sentyabr hadisəsindən sonra İslama iman gətirənlərin sayı dörd dəfə artmışdir.”
“The New York Times” qəzetinin müxbiri Codi Vilqoren "İslam minlərlə insanı
cəlb edir" məqaləsində belə bir qənaətə gəlir: “Birləşmiş Ştatlarda İslam dini öz 6
milyonluq tərəfdarı ilə ölkədə ən çox artan din kimi hesab edilir. Buna səbəb
müsəlman mühacirlərin sayının çox olması, müsəlman ailəsində doğumun yüksək
səviyyəsi və bu dinə gələnlərin geniş yayılmasını göstərmək olar. Ekspertlərin birinin
verdiyi qiymətə görə bir ildə ABŞ-da 25 000 nəfər İslam dinini qəbul edir, digər
tərəfdən isə bəzi dini xadimlər iddia edirlər ki, 11 sentyabr hadisəsindən sonra bu
rəqəm dörd dəfə artmışdır.”
«National Post» qəzetinin müxbiri Marina Cimenes yazır: “11 sentyabr
hadisəsindən sonra həm Birləşmiş Ştatlarda həm də Avropada İslam dinini qəbul
edənlərin artımı başlamışdır. Bir çox amerikalı və avropalı yeni imana gələnlər,
Bostonun İslam Cəmiyyətinin təşkil etdiyi mədrəsələrə gələn müsəlmanları
xatırladırlar. Onlar terorizmi dəstəkləmir və "Əl-Qaidəni" ittiham edirlər. Onlar yaxşı
təhsil almış, fəal, çox vaxt keçmiş xristianlardırlar, ancaq onların arasında yəhudi və
induslar da vardır. Bu ölkədə 6 milyon müsəlman vardır və onların 30%-dən çoxu
məscidlərə gedirlər.”