Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə130/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   126   127   128   129   130   131   132   133   ...   161

 Aydan Xəndan  

340


olaraq Rəcaizadə ölüm haqında fikirlərində daha mülayimdir. Hamid “Məqbər” də 

ölümə sanki üsyan qaldırdığı halda, Rəcaizadə ölümün yaradanın  əlində olduğunu 

bildirir və həyatda hər şeyi qəza və qədərə bağlayır.  

Şairin yaradıcılığının  ən böyük hissəsini təbiət mövzusu təşkil edir. Rəcaizadə 

təbiətlə qarşılaşdığı hər bir gözəlliyi qələmə almağa çalışır. Nev Bahar”, “Bu da Bir 

Şiir-i Muhzin-i Diğer”, “Yad et” kimi şeirlərində  şairin təbiətdən aldığı ilham hiss 

olunur. Xüsusən bu mövzuda yazdığı şeirlərində şairin romantik cərəyana bağlılığını 

hiss edirik. O, təbiəti bütün incəlikləri, xırdalıqlarına qədər işləyir. Çiçəklər, 

yarpaqlar, dəniz,  şəfəq vaxtı, gecə, ay işığı, məzarlıqlar, quşlar, canlılar  şairin 

poeziyasında əsas yer tutan  ünsürlərdir. [2, 63] 

Təbiətdən bəhs edərkən Rəcaizadə insanla təbiət münasibətlərini də ələ alır. Şair 

insanın psixoloji əhval-ruhiyyəsini tam açmaq üçün təbiət təsvirlərindən tez-tez 

istifadə etmşdir. Onun “Mağruka”  şeirində  həyat yoldaşının ikinci arvad almasına 

dözə bilməyən, ruhi sarsıntılar keçirən qız özünə  həmdəm olaraq dənizi görür və 

həyatına son qoymaq üçün özünü dənizə atır. O dövr üçün bu mövzu tamailə yeni idi. 

Yaradıcılığının ilk dövründə divan ədəbiyyatının təsirinə qapılan şairin şeirlərində 

xüsusilə Lefkoşalı Galib Bəyin poeziyasının notlarını hiss etmək mümkündür. Lakin 

getdikcə Avropa ədəbiyyatıyla tanışlıq  şairin yaradıcılığında yeni mövzulara, yeni 

formalara yol açmış olur. Rəcaizadənin “Zəmzəmə”  şeirlər toplusu məhz onun 

yaradıcılığının ikinci dövrünə təsadüf edir. Bu dövr şeirlərində fransız şairi Lamartinin 

təsirini görmüş oluruq. O, böyük romantik şairdən hətta  şeir kitablarına verdiyi 

başlıqlarda belə  təsirlənmişdir. Rəcaizadənin bu dövrdə yazdığı “Təfəkkür” və 

“Zəmzəmə” adları Lamartinin əsərlərindən alınmışdır. Bu dövr yaradıcılığında  şair 

romantiklərə xas olan ədəbiyyata meyl edir, bu ədəbiyyatı  vətənində yaradır.  Şəxsi 

həyatından qaynaqlanan intim hisslər, sentimental arzular, xəyallar, kədər, qüssə kimi 

mövzular artıq Rəcaizadə yaradıcılığının leytmotivini təşkil etməyə başlayır. Bu dövrə 

aid olan “Yakacıkda akşamdan sonra bir mezarlık alemi” şeiri tam Lamartin tərzində 

qələmə alınaraq, romantik ədəbiyyatın nümunəsinə çevrilmişdir.  

Şübhəsiz ki, şairin yaradıcılığına oğlu Nicat çox güclü təsir etmişdir. Onun 

dünyaya gəlişi  şairi yeni ümidlərə doğru addımlamağa, gələcəyə bağlanmağa sövq 

etdiyi halda, ölümü qapanmayan bir yara kimi onu daim sızlatmış  və artıq 

yaradıcılığında yer alan kədər, ölüm, pessimizm mövzularının daha da qabarmasına, 

bütün ağrısı  və acısıyla işlənməsiylə  nəticələnmişdi. Nicat hələ  uşaq ikən  şair ona 

“Tefekkür” mənzuməsini həsr edir. Bu şeir  şairin hisslərindən ibarətdir desək 

yanılmarıq. Rəcaizadə poeziyası tamamilə müəllifin hisslərində ibarətdir. Məhəbbət 

mövzusuyla ölüm mövzusu şairin bu dövr poeziyasının  ən çox baş vurulan 




Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm 

341


mövzularıdır. Məşhur türk ədəbiyyatşünası, tədqiqatçı  Əhməd Hamdi Tanpınar 

Rəcaizadənin yaradıcılığından bəhs edərkən onun poeziyasının dilinə  tənqidi 

yanaşmışdır. Tədqiqatçının fikrincə  əsərlərin həm dili, həm də formasında qüsurlar 

vardır. Tanpınara görə  Rəcaizdəni oxuyarkən onu bir peşəkar  şair kimi dəyər-

ləndirməmək lazımdır. Şair yeniliyə açıq biri olaraq daim təcrübələrə  atmış və çox 

zaman yeninin axtarışında forma qüsurlarına yol vermişdir. [4, 486] 

Zənnimizcə, Əkrəmin poezyada nələrə önəm verdiyini, hansı yolu seçtiyini daha 

yaxşı anlamaq üçün onun şeir haqqında söylədiklərinə diqqət yetirmək lazımdır. 

Rəcaizadənin  ədəbiyyat haqqında fikirləri onun bir sıra məqalərində öz əksinin 

tapmışdır. “Talim-i ədəbiyyat”, “Takdir-i elhan və “Üçüncü Zəmzəmə” müqəddi-

məsindəki fikirlərindən irəli çıxaraq deyə bilərik ki, Rəcaizadə  şeiri hiss, düşüncə, 

xəyaldan ibarət olaraq görmüşdür. Düşüncə anlayışında  şair dərin fəlsəfi fikirləri 

nəzərdə tutmamaqdadır. Onun düşüncə dediyi anlayış romantik və hüzünlü, kədər 

dolu xəyallara qapılmalardır. Məhz belə hisslərlə dolu şeirlər şairin türk ədəbiyyatına 

bəxş etdiyi yeni ruhlu, sentimental poeziya nümunələrində özünü tam büruzə verir. 

Şeirlərindən romantik bir şair kimi tanıdığımız Rəcaizadə nəsr əsərlərində daha 

çox realizmə yaxınlaşır. Amma yenə də qeyd etməliyik ki, yazıçının yaradıcılığının 

əsas xəttini təşkil edən hüzünlü, kədərli ab-hava istər-istəməz nəsr  əsərlərinə  də öz 

təsirini göstərmişdir. Onun ən məşhur nəsr  əsəri olan “Araba sevdası” romanı 

yazıçının yaşadığı zəmanənin problemlərindən bəhs edir. Yazıçı bu romanında sanki 

özünün gənclk dövrlərində yüksək zümrənin gəzməyə  çıxmağı sevdiyi Çamlıca 

məkanı əsərdəki əsas hadisələrin cərəyan etməyə başladığı bir yerdir. Əsərə “Araba 

sevdası” adının verilməsi də təsadüfi deyildir. Arabalara sahib omaq o dövrdə şəxsə 

xüsusi bir imtiyaz verirdi Araban varsa, demək sən artıq həyatda yüksək mövqeyə 

çata bilmisən, deməli, sən zadəganlardan birisən sənin qarşısında baş əyənlərin sayı 

da çox olacaqdır. Dövrünün tamamilə yanlış baxış tərzini ifşa etmək, pul, var dövlət 

həvəsiylə yüksək məqam uğrunda mübrizədə insanların  ən alçaq və gülünc hallara 

düşməsi Rəcaizadənin “Araba sevdası”nda Bəhruz bəyin timsalında verilib. [2, 101] 

Əsərdə Bəhruz bəyin aşiq olduğu Pərvəriş xanım da əslində ona guya dəlicə aşiq 

olan gəncin xəyallarında canlandırdığı və reallıqdan uzaq olan bir xanımdır. Bəhruz 

bəy obrazı digər bir tənzimatçı yazıçı  Əhməd Midhədin yaratdığı  Fəlatun bəyi çox 

xatırladır. “Araba sevdası” həm bir dövrün, həm də bu dövrün yetirmələri olan 

gənclərin yanlış psixologiyalarının tənqididir.  

Əsərdə yazıçı romantik hallarıyla özünü yalanların qurbanına çevirən Bəhruz 

bəyi canlandıraraq, sanki gəncləri ayılmağa səsləyir. Pul hərisliyi, təhsil xətaları, 

hədsiz romantizm əsərin tənqid hədəfidir. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə