Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə131/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   127   128   129   130   131   132   133   134   ...   161

 Aydan Xəndan  

342


Əsərdə romantizmin izlərini tapmaq üçün Bəhruz bəyin daxili aləminə diqqət 

yetirmək kifayətdir. Bu gənc elə ilk görüşdəcə Pərvəriş xanıma aşiq olur. Bu eşqi özü 

öz daxilində, xəyallarında daha da dərinləşdirir. Bəhruz bəyin kədərli halları, eşqin 

dərdindən ağlamaları romantik ab-havanı yaradır. Hətta romantiklik onu elə bir 

həddə  gətirib çıxardır ki, xəyalpərəst Bəhruz bəy sevgilisinin xəstəlikdən öldüyü 

xəbərini eşitdikdən sonra belə onu romantik ədəbiyyatda populyar olan vərəm 

xəstəliyindən öldüyünə özünü inandırmağa çalışır. Yazıçı realist təsvirlərlə yanaşı 

əsərdə yenə də romantiklikdən çox da uzaqlaşa bilməmişdir. 

Məşhur türk ədəbiyyatı tədqiqatçısı Ə.H. Tanpınarın fikrincə əsərdəki bütün bu 

romantik təsvirlərlə Rəcaizadə əslində romantizmə qarşı çıxmaqdadır. 

Bütün yuxarıda deyilənlərdən belə  nəticə  çıxarmaq mümkündür ki, Hamid və 

Rəcaizadə türk ədəbiyyatında romantizm cərəyanının üzvləri olsalar da, ictimai 

fikirlər də onların bir çox əsərlərində dövrün aktual roblemləri şəklində qələmə alın-

mışdır. Poeziya nümunələrində isə Hamid “Məqbər” poemasındakı hüzün dolu 

hayqırışlarıyla, Rəcaizadə  də  təbiət gözəllikləri dolu şeirləriylə yaddaşlarda 

qalacaqdır. 

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 



 

1. Ahmet Kabaklı «Türk Edebiyatı». İstanbul, 1994, III cilt. 

2. İsmail Parlatır. Recaizade Mahmut Ekrem. Ankara, 1986. 

3. İnci Enginün. Abdülhak Hamid Tarhan. Ankara, 1986. 

4. A.H.Tanpınar. XIX asır Türk Edebiyatı Tarihi. İstanbul, 1997. 

5. Rıfkı Yazıcı. Türk Edebiyatı Konya. 1991. 

 

 

 



Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm 

343


 

XÜLASƏ 

 

Məqalə Türk ədəbiyyatında romantizm cərəyanının nümayəndələrindən olan 

Rəcaizadə Mahmud Əkrəm və  Əbdülhəq Hamidin yaradıcılığına həsr olunub. 

Ədiblərin həm nəsr, həm də nəzm əsərləri gözdən keçirilib.    



 

 

РЕЗЮМЕ 

 

В  статье  «Абдульхак  Хамид  и  Реджаизаде  Махмуд  Экрем  как 

представители 

романтического 

течения 

в 

турецкой 



литературе» 

рассматриваются  некоторые  произведения  этих  двух  авторов,  где  они 

выступили  как  романтики.  Эти  же  авторы  в  других  произведениях  проявили 

себя как  реалисты. В статье раскрываются эти темы. 



 

 

SUMMARY 

 

The article is about the contributions of two famous Turkish poets Redzaizade 



M.E and Hamid to the romantic literature. The main works of this poets that the 

author gave in this article was about love, nature, sadness, senses and death.  



 

 

 

Çapa tövsiyə etdi: dos.Ş.Qədimova 



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

345


 

 

BEYZAVİ VƏ ONUN FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA 

MUHAFİZƏ OLUNAN “ƏNVARUT-TƏNZİL VƏ ƏSRARUT-TƏVİL” 

TƏFSİRİNİN  ƏLYAZMA NÜSXƏLƏRİ 

 

Bayramova Sevinc  

AMEA Füzuli adına Əlyazmalar İnstitutu 

 

 

Açar sözlər: Qazi Beyzavi, təfsir, təsvir, əlyazma 

Key words: Gadi Baydawi, exegesis, paleographic description, manuscript 

Ключевые слова: Кады Байдави, экзегез, палеографическое описание, рукопись 

 

Böyük təfsir alimi, təfsirçilərin baş tacı, Şirazın Beyza kəndində anadan olduğu 



üçün Beyzavi, Şirazda qazilik etdiyi üçün də Qazi Beyzavi adı ilə  məhşur olan 

Abdullah ibn Ömər ibn Məhəmməd Nəsrəddin  əl-Beyzavinin doğulma tarixi  dəqiq 

bilinməsə  də 100 ilə yaxın omür surdüyü, 1189-1286-cı illər arasında yaşadığı 

rəvayət olunur. Usaqlıq illərini Beyzada keçirən alim, atası Ömər ibn Məhəmməddən 

ərəb dili, ədəbiyyatı  və islam elimlərini öyrənmişdir.  İran  Atabəyi  Əbu Bəkr ibn  

Səd  ibn  Zəngi hökmranlığı  dövründə  onu şəhərin  baş qazisi təyin edir. Beyzavi də  

ailəsi ilə birlikdə köçüb Şiraza gəlir və həyatının çox hissəsini orada keçirir. Monqol 

istilaları zamanı qonşu ölkələrin alimlərinin gəlib Şirazda özlərinə sığınacaq tapması 

nəticəsində burada böyük bir elm mərkəzi yaranmışdır. Bəyzavinin elm alması üçün 

başqa ölkə  və ya şəhərlərlərə getməyinə ehtiyacı qalmamışdır. O, həmin alimlərin 

yanında bir çox elmlərə yiyələnmişdir. Məşhur  əsərlərinin olmasına baxmayaraq 

həyatı, müəllimləri və  tələbələri haqqında qaynaqlarda kifayət qədər məlumat 

yoxdur. “Əl-Ğayətul-Qusva” adlı  əsərinin müqəddiməsindən məlum olur  ki, onun 

birinci dərəcəli müəllimi  Şirazın baş qazisi olan atası Ömər b. Məhəmməd 

olmuşdur

1

. Rəvayətə görə  O, şeyxi  kimi bilinən Məhəmməd bin Məhəmməd  əl-



Kütəhtaidən də dərs almişdır. Atasının ölümündən sonra İran  əmiri Əbaqa tərəfindən 

Şirazda qazi təyin olunan Bəyzavi həm vəzifəsini yuksək dərəcədə yerinə yetirirməsi 

                                                 

1

 Mahmud Bəysuni Fudə, Nəşətut-Təfsir və Mənacihuhu, Qahirə, 1986, səh. 211. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə