Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə132/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   128   129   130   131   132   133   134   135   ...   161

 Bayramova Sevinc  

 

346


nəticəsində  Şirazın baş qazisi vəzifəsinə  qədər yüksəlir və eyni zamanda tələbə 

yetişdirirdi. Kəmaləddin əl-Məraği, Əbdurrəhman ibn Əhməd əl-İsfahani, Əhməd ibn 

Həsən əl-Gərbərdi və Zeynəddin əl-Hənki onun tanınmış tələbələrindəndir. Beyzavi 

müxtəlif elm məclislərində iştirak edir, zəngin bilik və bacarığı sayəsində dövrünün 

alimlərinə qarşı üstünlüyünü dəfələrlə sübut edirdi. Təbrizdə keçirilən elm 

məclislərinin birində  göstərdiyi məharət və elmi gücü həmin məclisdə iştirak edən 

bir vəzir tərəfindən çox bəyənilir. Rəvayətə görə Təbrizə gələrkən orada olan bir elm 

məclisində iştirak edir. Həmin məclisdə vəzir də arxa tərəfdə əyləşib məclisə nəzər 

yetirirdi. Dərsi izah edən alim bir məsələdən bəhs edirdi. Heç kəsin bu məsələyə 

cavab verə biləcəyini təxmin etmirdi. Bu zaman Beyzavi verilən sualı cavablamağa 

başayır. Alim Beyzaviyə “məsələni başa düşdüyünə  məni inandırmasan səni 

dinləməyəcəyəm” deyir. Buna qarşılıq  Beyzavi  məsələni söz olaraq, yoxsa məna 

olaraq izah edim deyə soruşur. Alim verdiyi suala sualla qarşılıq alacağıni təxmin 

etməmişdir. O, Beyzavidən söz-söz təkrar edib izah etməsini istəyir. Beyzavi həmin 

məsələni izah edir, hətta orada olan səhvi düzəldərək, doğru cavab budur deyə alimə 

bildirir. Sonra həmin məsələyə  bənzəyən başqa bir məsələni tərtib edib həll etmək 

üçün alimə təqdim edir. Alimə Beyzavinin tərtib etdiyi məsələ ağır ğəlir. Bütün olub-

bitənləri izləyən vəzir Beyzavini yanına çağırır, onun kim olduğunu sorusur. 

Beyzavi,  Şiraza qazilik etmək üçün gəldiyini deyir. Vəzir ona xeyli qiymətli 

bəxşişlər və libaslar verir. Onun Şirazda yaşadığı müddət ərzində bütün ehtiyaçlarını 

qarşılayır

2

. Beyzavi qaziliyi müəllimi və  şeyxi kimi tanınan Məhəmməd ibn 



Məhəmməd  əl-Kütahtainin tövsiyəsi ilə buraxıb Təbrizə  gəlir və omrünün sonuna 

qədər orada yaşayır

3

. Onun ölümü haqqında müxtəlif  fikirlər olsa da qaynaqların 



çoxu onun 685/1286- cı ildə  650/1252- ci ildə Təbrizədə vəfat etdiyini və muəllimi 

və şeyxi olan əl-Kütahtainin qəbrinin yanında dəfn edildiyini  göstərir.  

Qazi Beyzavi Şafei məzhəbində, əhl-i Sunnə və-l Camaat əqidəsində olmuşdur. 

Təfsir, Hədis, Fiqih, Üsul, Kəlam, Məntiq,  Nəhv, Bəlağət və Tarix elmlərinin hər 

birisində  söz sahibi və mütəxəsis idi. İslam elmlərinin demək olar ki, hər bir 

sahəsinə aid məşhur əsərlər yazaraq “Əllamə” adını qazanan Beyzavi  həm də böyük 

bir elmi şəxsiyyət idi. Ondan bəhs edən alimlər onun haqqında “Qazi Beyzavi”, 

Bəyyədullahi  vəchən” (Allahu Təala onun üzünü nurlandırsın!) adına və duasına 

                                                 

2

 Katib Çələbi, Kəşfuz-zunun an asəmul-kutub val-funun, I, 186;  Davudi, Tabaqatul-



Müfəssin, Beyrut, tarixsiz. I, səh.  248-249. 

3

 Ö. N. Bilmen, Büyük Tefsir Tarihi,  Ankara 1960,  II, səh. 350 




Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

347


yaraşacaq qədər yüksəkdir. O, təfsirçilərin baş tacı, bu elmdə yüksək movqeyə 

çatmış, hər sahədə  sənətkar, hər məzhəbdə öndər, hər düsüncədə  rəhbər, hər elmdə 

mahirdir” demişlər. Elminin yüksək olduğunu, geniş mədəniyyət və dünya görüşünə 

sahib olduğunu demək olar ki, dövrünün bütün alimləri təsdiqləmişdirlər. Katib 

Çələbinin ”Kəşfuz-zunun an əsamil-kutub vəl-funun”  əsərində  Beyzavi haqqında 

deyilir ki, Onun yazdıqlarına etiraz edənlər Qazi Beyzavinin elmdəki yüksək 

dərəcəsinə çata bilməyənlər və sözlərinin incəliklərini başa düşməyənlərdir. Onun 

sözlərinin mənasını yalnız elm sahəsində yüksək mövqeyə çatanlar başa düşə bilər. 

Alimlərin Beyzavi haqqında çox dəyərli fikirləri vardır: 

İbn-i Qazi Şühbə; “Beyzavi (r.a) bir çox əsərlərin sahibidir. Azərbaycan və 

ətrafının ən böyük alimi olub Şirazda qazilik etdi.” 

Subki; “Qazi Beyzavi (r.a) məsələləri dəlilləri ilə  ələ alan, hər kəsdən seçilən, 

salih və çox ibadət edən  böyük alimlərdəndir.” 

İbn-i Həbib; “Böyük alimlər onun əsərlərini çox təriflədilər.  Əğər onun 

“Minhac”-ından  başqa  əsəri olmasaydı elminin yüksəkliyinə  dəlil olaraq bu belə 

bəhs edərdi.”  deyə buyurmuşlar

4

.  


Beyzavinin demək olar ki,  elmin hər bir sahəsinə aid əsərləri vardır. Amma 

daha çox Təfsir, Fiqh, Üsul-i Fiqh, Kəlam səhəsinə aid yazmış olduğu  əsərləri ilə  

məshur olmuşdur. Əsərləri içərisində ən məhşurları bunlardir: 

1. Minhəcul-Vüsul ilə ilmil-Üsul: Fiqh üsuluna aiddir. 

2. Şərhu Məsabihus-Sünnə:  əl-Bəğavinin  (ö.516/1122) nin hədisə dair  

“Məsabihus-Sünnə”  adlı əsərinə yazdığı  şərhdir. 

3.  əl-Ğayətul-Qusva:  Şafei məzhəbinə isnad edilərək yazilan bu əsər Fiqhə 

aiddir. 


4. Təvaliul-Ənvar min Mətailul-Ənzar:  Kəlam elminə aiddir. 

5. Nizamut-Təvarix: Fars dilində olan bu əsər Hz.Adəmdən başlayaraq  

674/1275-ci  ilə qədər olan geniş bir tarixi əhatə edir. 

6. Ənvarut-Tənzil və Əsrarut-Təvil: Bəyzavi daha çox “Qazi Təfsiri”, “Təfsirul-

Bəyzavi” adıyla tanınan bu əsəri  ilə şöhrət tapmışdır. 

Təfsir sözünün lüğəti mənası    ərəb dilindən tərcümədə “açıqlama”, “gizli olan 

bir şeyi açığa çıxartma”, “aydınlatma” mənalarını verir. İstilahı mənası isə, Allahın 

ayələrini izah etmək və buyurduğu ayələrdə  məqsədini açıqlamaqdır.  Beyzavi şah 

                                                 

4

 İslam Alimleri Ansklopedisi, Türkiye Gazetesi, İstanbul, tarixsiz, VIII,  səh. 125. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə