Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə135/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   131   132   133   134   135   136   137   138   ...   161

 Bayramova Sevinc  

 

352


iləhiyyə  vəl-məfatihul-qeybiyyə  əl-muvəddatulil-kəlamil-Quraniyyə  vəl-hikəmil-

furqaniyyə” və “Təfsiru cuzun-nəbə” adlı iki təsəvvüfi təfsir  yazmışdır. O, ömrü 

boyu Ouranın öyrənilməsi yolunda çalışmış və bu yolda məhşur Beyzavi təfsirinə də 

müraciət edərək, ona təsəvvüf elmi baxımından böyük bir  haşiyə yazmışdır. Bu 

təfsiri araşdıraraq, ona böyük həcimli haşiyə yazan azərbaycanlı alimlərdən birisi də 

Zuhuri və İsaqzadə adları ilə tanınmış Saleh bin İshaq Qarabaği Şirvani (1622-1672) 

dir. O, tarixçi, şair və müfəssir kimi tanınmışdır. Əvvəlcə Beyrutda, sonra isə Misirdə 

qazi vəzifəsində işləmiş və orada da vəfat etmişdir

9



Bunlardan başqa İsmail b. Abdullah əş-Şirvani (1622-1535), Məhəmməd b. Əli 



əl-Qarabaği (öl.1535), Nurəddin   Nurullah b. Məhəmməd Rəfi əş-Şirvani (öl.1655), 

Əcəm Sinan adı ilə tanınmış Sinanəddin Yusuf əl-Bərdəi,  əş-Şamaxı    nisbəsi ilə 

tanınmış  Əli b. Sadiq b. Məhəmməd (öl. 1785), əl-Kurani Məhəmməd b. Şərbət b. 

Yusif  (öl.1667) kimi alimlər, istər öz təfsirlərində, istərsə  də Beyzavinin təfsirinə 

yazdıqları müxtəlif həcimli haşiyələrlə Qurani- Kərimin ayələrininin zahiri və batini 

mənalarını araşdıraraq, insanların onu düzgün, doğru, asan başa düşmələrinə və ibrət 

almalarına çalışmışlar.            

AMEA Füzuli adına Əlyazmalar İnstitununda da Beyzavi Təfsiri və ona yazılan 

bir çox haşiyələr və şərhlər qorunub saxlanılır. Müxtəlif dövürlərdə, müxtəlif katiblər 

tərəfindən köçürülmüş  “Ənvarut-Tənzil və  əsrarut-Təvil”  əsəri  Əlyazmalar 

instisunda bu şriftlər altında qorunub saxlanılır: B-452/11788, B-2486/18584, B-

11936, B-2278, B-2180, B-3175/21839, B-3286/22275, B-5994/29502, B-2180, 

2623, B-3175, C-11/11677, C-73/11770, C-270/15054, C-345/16162, C-389/17092, 

C-403/20767, C-501/22873, C-515/23143, C-524, C-532/23788, C-582/24507, C-

617/23712, C-618/23503, C-627/23560, C-660/26190, C-992/31088, C-1008/31120, 

C-1033, C-1119/11761, D-127/11747, D-241/15582, D-270/7303, D-273/16082, D-

275/16017, D-298/16858, D-335/15583, D-427/20890, D-497/22558,  D-515/23143, 

D-579/24497, D-586/23713, D-596/23714, D-606/16067, D-723, D-726/29084, D-

727/29085, D-742, D-821, D-855. Həmin əlyazmalar Qurani Kərimin iki cild halında 

və ayrı-ayrılıqda  müxtəlif surələrinin təfsirlərindən ibarətdir. Bu əlyazmaların  bir-

neçəsinin  poliqrafik  təsvirini  nəzərinizə  çatdırırıq. Qeyd edim ki, aşağıda təsvirini 

                                                 

12 

K.Şərifov,  Azərbaycan müfəssirləri, səh. 797, Azərbaycan Respublikası Z.Bünyadov adina 



Şərqşünasliq  İnstitutu, Azərbaycan  Şərqşünaslıq Elminin inkişaf yolları, Akad. Vasim 

Məmmədəliyevin anadan olmasınin 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın 

materialları, Bakı, 27-28 iyun 2013. 



Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

353


verdiyim bu şifrələr altında olan əlyazmalar müxtəlif tarixlərdə katiblər tərəfindən  

qələmə alınmış Beyzavi təfsirinin özüdür. 

C-344/15587  Əsər  Şərq istehsalı olan qırmızı mürəkkəblə  çərçivəyə alınmış 

kağıza qara mürəkkəblə, nəsx xətti ilə yazılmışdır. Surələrin adları  qırmızı 

mürəkkəblə yazılmış, həmçinin təfsir olunan ayələrin üzərindən qırmızı mürəkkəblə 

xəttlər çəkilmişdir.  Əsərdə orta əsr mətnşünaslıq nümunələrindən istifadə 

olunmuşdur. Şərq üsulu ilə səhifələnmişdir. Cildi  şabalıdırəngli, Şərq ornamentləri 

ilə bəzədilmiş dəridir.  

Əvvəli:

مولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا   دمحلا



 

 و ارادقم

لا 

ملع 


ارانم 

و 

افرش 



اھعفرا

سفت


  ...اھسارو 

ةينيدلا 


مولعلا 

سئر 


وھ 

ىذلا 


ري

                 

       

Katibi:  Yusif  b. Əli  b. Yusif  b. İshaq 



Tarix:    967/1559, Rəcəb ayinin  sonu, Cümə  gecəsi 

C-618/9571  Əsər Avropa istehsalı olan vərəqlərə qara mürəkkəblə nəsx xətti ilə 

çərçivə içərisində yazılmışdır. Həm Şərq, həm də Avropa üsulu ilə səhifələnmişdir. 

Bu əlyazmada əl-Bəqərə surəsindən başlayaraq əl-Kəf surəsinə qədər olan 18 surənin 

təfsiri yer alır. Əlyazmanın vərəqlərində nəmdən əmələ gəlmiş ləkələr vardır. Cildin 

bir üzü yoxdur, digər üzü isə tünd zoğalı  rəngli,  Şərq ornamentləri ilə  bəzədilmiş 

dəridir. 

Əvvəli:


 

ولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا   دمحلا

 و ارادقم م

تلا ملع ارانم و افرش اھعفرا

سف

نيدلا مولعلا سئر وھ ىذلا ري



  ...اھسارو ةي

                     

                      

 

Katib:  Əbdurrəhman b. Ömər 



Tarix: 1107/1695,  Şəvval  ayının  əvvəli 

C-11/11677  Şərq istehsalı olan nisbətən nazik, parıltılı vərəqlərə nəsx xətti ilə 

yazılmışdır. Surələrin adları  qırmızı mürəkkəblə, təfsir olunan ayələrin üst 

hissəsindən qırmızı mürəkkəblə  xətt çəıilmişdir.  Şərq üsulu ilə  səhifələnmişdir. 

Kənarlarında müəyyən qeydlər aparılmışdır. Cildi  tünd zogalı rəngli, əlavə  dili olan 

dəridir. 

Katib:   İbn  Məhəmməd  Mömin  Səadəddin  Məhəmməd 

Tarix:   1121/1709, 

Həcmi: 383 vərəqdir. 

C-627/9580   Şərq istehsalı olan vərəqlərə qara mürəkkəblə  nəsx xətti ilə 

yazılmışdır. Bəqərə surəsinin ilk iki vərəqi riqi xətti ilə yazılmışdır. Surələrin adları  

qara mürəkkəblə yazılmışdır.Təfsir olunan ayələr qırmızı mürəkkəblə yazılmışdır. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə