Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə143/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   139   140   141   142   143   144   145   146   ...   161

 Məryəm Zarei Əqdəm  

374


B. Elm, fəzilət və gözəllik axtarışı, pərəstiş meyli, əbədilik və həqiqət istəyi kimi 

cəhətlər insanlarda olan müştərək təbiətə dəlalət edir. 

Həqiqət istəyi doğrudan da insanda fitri bir meyldir, bu eyni zamanda onun 

kamal istəyindən doğur. Həmin istək insan təbiətində  həmişə canlı  şəkildə  təzahür 

edir, onun vücudunda varlıq aləminin, öz varlığının sirlərini bilmək, başqa-başqa 

həqiqətləri dərk etmək meyli vardır. Həqiqət istəyi susuz insanın suya olan istəyi 

kimidir. Bəzən elə insanlar tapılır ki, həqiqət sorağına düşüb uzun və  təhlükəli 

səfərlərə  çıxır, burada müəyyən çətinliklər və  xəsarətlərlə üzləşməli olur. (90,77). 

İnsanın bir sıra yüksək meylləri, gözəllik istəyi və onun bəlli yaradıcılıq qabiliyyəti 

tarix boyu insanın estetik təmayüllərindən doğur. 

C. Müştərək təbiətə  dəlil olaraq insana xas bəzi fitri bacarıqları misal gətirə 

bilərik. Onun dil öyrənməyə olan qeyri-adi bacarığı, rəmz və  işarələrlə müəyyən 

mətləbləri anlaması  və anlada bilməsi həmin bacarığın təzahürüdür. Bu xüsusiyyət 

insan doğulandan onun fitrətində mövcud olur, başqa amillər sadəcə onu gücləndirə 

və zəiflədə bilər. 

İnsan fitrətinə xas bu cür meyl, bacarıq və qabiliyyət barədə Qur’an ayələrində 

işarələr vardır. Qur’an həmin məqamlara toxunmaqla diqqəti insanın fitri xüsusiy-

yətlərini öyrənməyə cəlb edir. Aşağıdakı ayəyə diqqət yetirək: 

“And olsun nəfsi yaradana! 

Sonra da ona günahlarını və pis əməldən çəkinməsini (xeyiri və şəri) öyrədənə.” 

(Şəms:7-8). 

Qur’an ayəsi təkcə nəfsin vəziyyətini yada salmaqla kifayətlənmir, ondan nicat 

taparaq insaniyyətin zirvəsinə və kamala yüksəlməyi təkid edir: 

“Nəfsini (günahını) təmizləyən mütləq nicat tapacaqdır; 

Onu günaha batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms:9-10). 

İnsan təbiətinin ikili xarakteri. 

Qədimlərdən müxtəlif mədəniyyətlərdə insan təbiətinin xeyir və ya şərlə bağlı 

olması bir çox düşüncə sahiblərinin mülahizələrində əks olunmuşdur. Bu məsələ üzrə 

mübahisələr hələ də davam edir. İnsan fitrətinə mənfi münasibət bəşərin yüksəliş və 

inkişaf yolunda bir əngəl kimi çıxış edir və burada hər iki təzadlı baxışın  əsas 

məqamları ilə tanış olmaq yerinə düşər: 

A.  İnsan təbiətinin  şər olması fikrinə  tərəfdar olanlar freydizmin ardıcıllarıdır. 

Həmin baxışa görə insanda əhrimən xisləti vardır və bu xislət iki hissi təhrik edir: 

cinsi və təcavüzkarlıq. 

Praqmatiklərə görə insan yalnız öz mənfəəti üçün hərəkət edir, insanların bütün 

əməlləri fayda götürmək üçündür. Hedonistlər insanın yalnız ləzzət ardınca getdiyini, 




İslamda insan və onun əsas missiyası 

375


zəhmətdən qaçdığını önə çəkirlər. Etoloqistlər isə insan fitrətinin şər olduğunu iddia 

edirlər, onlara görə insan həmişə başqasına qarşı  təcavüzkar mövqedədir “ Onlar 

insan və heyvanın rəftarı üzərində araşdırma aparmaqla onlar arasında yaxın cəhətlər 

tapmağa səy göstərirlər” (7.s.102). 

Bəzi cərəyanlar insan fitrətini neytral hesab edirlər. Behavioristlərə görə insan 

mahiyyətcə yaxşı və pis deyil, onun xislətini yaşadığı mühit formalaşdırır. Bir qrup 

sosioloq-nəzəriyyəçilər (Məs, B. Mişel) belə hesab edirlər ki, yaxşı  və pis nəyin 

mükafat olduğunu, nəyinsə onu cəzadan qurtaracağını insanlara öyrədir (8.s.72). 

Ekzistensialistlərdən Sartra görə insan yaxşı və ya pis deyil, gördüyü əməl onun 

təbiətinə  təsir göstərir. Bütün insanlar yaxşı olarsa insan fitrəti də yaxşı olar və ya 

əksinə (9.s.53). 

B.  İnsan təbiətini müsbət dəyərləndirənlərdən neofreydizm cərəyanı seçilir. F. 

Ariksona görə insan yaxşı olmaq üçün xüsusi istedada malikdir, lakin onun yaxşı və 

ya pis olması yaşadığı cəmiyyətdən və uşaqlıqdan onunla dostluq edənlərdən asılıdır. 

Freydin  əksinə olaraq, yaxşı  əməl həyat ehtiyaclarından doğmur.  İnsanpərəstlər, o 

cümlədən Mazlu Racerz güman edir ki, insan yaxşı ola bilər, ancaq burada gərək 

sosial tələblər və yanlış qərarlar ona maneçilik törətməsin (10.s.98). 

Romantizm Avropada başlandı  və sonra Rusiyada yayıldı, XVIII-XIX əsrlərdə 

genişlənən bu cərəyan insanı təbiətə, xəyal və hiss aləminə yönəlməyə dəvət edirdi. 

Romantizm mahiyyətcə ruhi sıxıntılara qarşı inqilabi əhvali-ruhiyyə daşımaqla insan 

amilinə, onun xoş fitrətinə önəm verir (11.s.214). Bu cərəyana görə, insan 

doğulandan müsbət təbiətə malikdir və  hər bir pis əməl xarab ictimai şəraitin 

məhsuludur. Onun öz substansiyasında pisliyə yer yoxdur (12.s. 46). 

İnsan təbiətinin xeyir və şər olması barədə Qur’anın baxışı. 

Qur’ani-Kərim son səmavi kitab olmaqla varlıq aləminə hakim olan qanunları, 

insana xas gerçəklikləri və  bəşərin mahiyyəti barədə  həqiqətləri  əks etdirən bir 

qaynaqdır. Burada həmin mətləblərin bir qismi aşkar  şəkildə verilirsə, bir qismi də 

sirli hadisə kimi dəyərləndirilir. Yığcam bir baxışla Qur’anın insan barədəki 

mühakimələrini iki fərqli qismə ayırmaq olar. 

A. Həmin mühakimələrin bir qismində  insanın yaxşı sifətləri təriflənir, onun 

üstün cəhətləri göstərilir. Bu baxımdan bəzi ayələri misal olaraq gətirə bilərik: 

1. İnsan Allahın xəlifəsi məqamına malikdir: “(Ya Məhəmməd!) Sənin Rəbbin 

mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” – dedikdə mələklər: “Biz Sənə 

şükr etdiyimiz və Səni müqəddəs bildiyimiz halda, Sən yer üzərində fəsad törədəcək 

və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. Allah (onlara): “Mən 

bildiyim şeyi siz bilmirsiniz” – dedi.” (Bəqərə:36). 




 Məryəm Zarei Əqdəm  

376


2. Azad və müstəqil şəxsiyyət sahibidir: 

“İnsanın elə bir dövrü olub keçmişdirmi ki, o, həmin dövrdə xatırlanası bir şey 

olmasın?! (Əlbəttə olmuşdur!); 

Həqiqətən biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. 

Biz onu eşidən və görən yaratdıq; 

Biz ona haqq yolu göstərdik.  İstər  şükr edən olsun, istər naşükür (bu onun öz 

işidir).” (İnsan:1-3). 

3. İlahi əmanət sahibi olaraq məsuliyyət daşıyır: 

“Biz  əmanəti (Allaha ibadəti,  şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə  və 

dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox 

cahil olan insan isə onu götürdü.” (Əhzab:72). 

4. Haqqa doğru hərəkətə səy göstərir: 

“Ey insan! Sən (ölənə  qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona 

qovuşacaqsan.” (İnşiqaq:6). 

5. Başqa məxluqla müqayisədə şərafət və kəramət sahibidir: 

“Biz Adəm övladını  şərəfli və hörmətli etdik, onları suda və quruda miniklərə 

mindirib sahib etdik, özlərinə təmiz ruzilər verdik və onları yaratdığımız məxluqatın 

çoxundan üstün etdik. (İsra:70). 

6. Onda dəyişməz ilahi fitrət vardır: 

“(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tanınaraq üzünü Allahın 

fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın (fitri) dinini heç vəchlə dəyişmək 

olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.” (Rum:30). 

Həmin ilahi fitrətə görə insanın ürəyi Allahı yad etməklə təskinlik tapır: 

“O kəslər ki, Allahı zikr etməklə ürəkləri xatircəmlik tapmış  və bu halda iman 

gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram və xatircəmlik tapar.” 

(Rə’d:28). 

7. Onun xilqəti kamildir və  pərhizkarlıq və imanla cənnət və yüksək məqama 

malikdir: 

“Biz insanı ən gözəl biçimdə yaratdıq.” (Tin:4). 

“Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından 

çaylar axan cənnətlər (Rizvan bağları) vardır ki, orada əbədi qalacaqlar.” (Ali-

İmran:15). 

“İman gətirib hicrət edənləri, Allah yolunda malları  və canları ilə vuruşanları 

Allah yanında  ən yüksək dərəcələr gözləyir. Onlar xeyirə qovuşanlar, nicat 

tapanlardır.” (Tovbə:20). 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə