Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə151/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   147   148   149   150   151   152   153   154   ...   161

 Xələfova Kamalə Rauf qızı  

398


Azərbaycanda, gender amilini nəzərə alaraq insan inkişafı indeksi ildən-ilə artır: 

məsələn, 2007-ci ildə bu göstərici 0,772-yə bərabər idisə, 2011-ci ildə artdı və 0,843 

bərabər oldu [4, s.21]. 

Aparılan tədqiqatlar  əsasında belə bir nəticə  çıxarmaq olar ki, əməyin 

intellektual komponenti artdıqca, insan resuslarının inkişaf kapitalına çevrilməsi 

surəti də artır. Nəticədə insan kapitalı özü-özlüyündə böyük gücə malik olan bir 

müstəqil iqtisadi möhvuma, anlayışa çevrilir. Burada ilk növbədə iqtisadi inkişafda 

aparılan islahatlar əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalmalıdır. 

Müxtəlif təşkilatlarda (eyni zamanda müxtəlif fəaliyyət sahələrində) insan 

resuslarının idarəedilməsi texnologiyaları getdikcə ünsiyyətdə, dəyərlər, normalar 

strukturunda  özünü biruzə verir. İnsanlar daha açıq şəkildə öz münasibətini müxtəlif  

hadisələrə  və faktlara bildirir, onları müzakirə edir və  qərar qəbul etməyə qadir 

olmasını  təsdiqləyirlər. Bunu elə Azərbaycan reallıqlarında cərəyan edən 

proseslərdən də görmək olar. Mətbuatda, telekurslarda insanların müxtəlif mövqeləri 

daha aydın  şəkildə ifadə olunur, toqquşur və vahid rəy formalaşır. Sözssüz, burada 

ünsiyyət mədəniyyətinin, təhsil, bütövlükdə savad həddinin və strukturun rolu 

olduqca böyükdür. 

Daha sonra qeyd etmək lazımdır ki, həyat tərzində  də baş verən bir sıra 

dəyişikliklərə  nəzər yetirməliyik.  İnsan resuslarının hərtərəfli inkişafına təhsil edən 

amillərdən biri sutka, həftə və il ərzində vaxt büdcəsinin sərf edilməsi strukturu da 

mühüm  əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanda qadınlar və kişilərin 

gündəlik vaxt sərfində böyük fərq var: məsələn,  bunu gəlir gətirən işə və təhsilə sərf 

edilən vaxt belədir: qadınlarda həftədə44 saat, kişilərdə isə 4,40 saat. Və  əksinə, 

haqqı ödənilməyən işlərə sərf edilən vaxt belə paylanır: qadınlarda həftədə 6,06 ssat, 

kişillərdə - 20,08 saat  [4, s.21]. Bu faktlar onu təsdiq edir ki, insan resusları daima 

inkişaf olunmalı, burada mövcud olan daxili rezervlər üz çıxarılmalıdır. 

Tədqiqatın istiqamətlərindən biri də təşkilatın fəaliyyətində peşəkar mütəxəssis-

lər üçün cəlbedici olan amillərin təhlilidir. Bunlar sırasında təşkilatınstatusu və imici, 

işə götürülmə qaydalarının qanuna və ümumiyyətlə cəmiyyətdə qəbul olunmuş dəyər 

və normalara uyğun olub-olmaması, əməkdaşların işdən çıxması ilə əlaqədər olaraq 

yola salınması  ənənəsi, korperativ siyasəti həyata keçirən KİV-lərin fəaliyyət 

səviyyəsi, ixtisasartırma və yeni kadrların işə götürülməsi ilə bağlı  tədris 

müəssisələrlə  işgüzar  əlaqələrin qurulması, informasiya mübadiləsinin səviyyəsi və 

keyfiyyəti aparıcı qabiliyyətlərin formalaşdırılması, liderlik keyfiyyətlərinin 

aşılanması və s. [5, s.106]. 



Sosial proseslərdə insan resursları: müasir baxış 

399


Bütövlükdə aydın olur ki, bu istiqamətdə görülən işlər gələcəkdə  kəmiyyət və 

keyfiyyət baxımından insan resuslarının təkmilləşdirilməsinə  gətirib çıxara bilər. 

İdarə və təşkilatlarda kadr strategiyasının başlıca vəzifəsi də elə ondan ibarətdir ki, 

insan resuslarının düzgün qiymətləndirilməsi üçün ənümdə  məqsədlə onun realizə 

olunması yolları arasında tam uyğunluq olmalı, burada mədəni dəyərlər, peşəkarlıq 

və idarəetmə üslubu kimi fəaliyyət tərəflərə lazımi qiymət verilməlidir. Bu barədə də 

tədqiqatçılar tərəfindən araşdırmalar aparılır. 

İnsan potensialının yüksək səviyyədə istifadə olunması  işində  hər bir kadrın 

fəaliyyətinin səmərəli təşkili olduqca əhəmiyyətlidir. Düzgün planlaşdırma işçilərin 

motivasiyasını arrtırır, işçilərlə aparılan söhbətlər və treninqlər isə kollektivdaxili 

münasibətləri zənginləşdirir və daha səlis edir. Fəal  şəkildə müxtəlif  mükafatlan-

dırma yollarından da istifadə olunur (maaşdan əlavə, maddi və mənəvi formalarda), 

insanların işə  məsuliyyətli münasibəti artır, onlar öz daxili imkan və bacarıqlarını 

daha fəal şəkildə üzə çıxardır və istifadə edirlər. Bu istiqamətdə görülən işlər konkret 

olaraq istifadə olunmalı  və  hər bir işçidə bu mənada görülən işlər barəsində tam

dolğun təsəvvür formalaşmalıdır [1, s.9]. 

İnsan kapitalın resuslarının aşkar etmək və lazımi sahələrdə tətbiq etmək işinin 

daha bir maraqlı  tərəfi var – qrupdaxili təlim, təşkilat səviyyəsində biliklər və 

bacarıqlar mübadiləsi. Burada aparılan işin nəticəsində qarşılıqlı zənginləşmə gedir, 

yeni bacarıq və qabiliyyətlər aşılanır. Kadr fəaliyyətinə nəzarətin müxtəlif formaları 

işlənib hazırlanır – bençmarking, portfolio, SWOT, “təcrübə əyrisi”; bunun nəticədə 

hər bir işçinin karyera hərəkəti və inkişafında yeni nəaliyyətlər  əldə edilir [yenə 

orada]. Hər bir işçinin adaptasiya imkanlarından burada geniş istifadə olunur. 

Aparılan tədqiqat istiqamətlərindən biri də – insan resuslarının keyfiyyət 

baxımından  ümumi qiymətləndirilməsidir. Bu barədə artıq yuxarıda bəzi rəqəmlər 

də qeyd edilmişdir. Belə qiymətləndirmənin əsas məqsədi – insan resuslarının təkrar 

istehsalına nəzarət etməsi, burada təsir mexanizmlərinin işləyib hazırlanmasıdır. 

Yuxarıda deyilənlərdən belə bir nəticəni də çıxarmaq olar – insan resuslarının təkrar 

istehsalı  işində insani keyfiyyətlərin qiymətləndirilməsinə daha böyük önəmin 

verilməsidir. Beləliklə, hər bir insanın  şəxsiyyət olaraq xüsusiyyətlərinin önəmə 

çəkilməsi insan resuslarının keyfiyyətli inkişafının əsasını təşkil edir. 

Belə bir problem də  tədqiqatçılarının diqqət-nəzərindədir: həyatın  yüksək 

keyfiyyətinin təmin edilməsi.  İlk növbədə burada həyat səviyyəsi nəzərdə tutulur. 

Həyat fəaliyyətinin bütün sahələri insan resuslarının formalaşmasında olduqca böyük 

rol oynayır, bununla belə bunların ən vacibini həyat səviyyəsi təşkil edir. Mühitinin 

sağlam olması, həyat təhlükəsizliyi, sosial infrastrukturun səviyyəsi – bu və digər 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə