Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə150/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   146   147   148   149   150   151   152   153   ...   161

 Xələfova Kamalə Rauf qızı  

396


təmin olunur, burada aparıcı  tərəfləri nəzərə almaqlamüxtəlif işlər həyata keçirilir. 

Bunu üçün həm də sosial-iqtisadi sahələrdə insan resuslarının istifadə olunması 

dərəcəsi müəyyən edilir. Hər bir ölkənin iqtisadi qüdrətini ilk növbədə onun insan 

potensialnın  əsas göstəriciləri təşkil edir – təhsili, peşə hazırlığı, həyat səviyyəsi, 

məişətin və asudə vaxtın təşkili, iqtisadi sahələrin nisbəti strukturu və s. 

Azərbaycanda baş verən struktur islahatlar təhsildə, elmdə, iqtisadiyyatda öz 

ifadəsini ilk öncə insan resuslarının keyfiyyət göstəricilərinə  təsir edir. İş sahələri 

üzrə mövcud bölgüdə bir sıra dəyişikliklər baş verir. Son illərdə əldə edilən təcrübə 

göstərir ki, əmək məhsuldarlığının artırılmasında insan resurslarının yeni geniş 

imkanları açılır. İlk növbədə bazar şəraitində məşğulluq sahəsində işçilərin öz bilik 

və bacarıqlarınınformalaşdırılması,işdə  uğur qazanılması  işində seçim imkanıxeyli 

artmışdır. Ön planaişçilərin peşəkarlıqqabiliyyətləri, öz biliyi inkişaf etdirmək 

bacarığı, məsuliyyət və işə maraq çəkilir. 

Roma klubunun sədri A.Peççeinin haqlı olaraq qeyd etdiyi kimi, “indiki tərəqqi 

mərhələsi insan nəsli qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Həmin 

vəzifələrəuyğun olaraq bütün işlərində tarazlıq və ahəngdarlıq gözləməklə irəliyə 

doğru addımlamaq işi də var. Yalnız mədəni təkamül  əsasında insan bütün 

təhlükələrin öhdəsindən gələ bilər. bu təkamülün vacibliyini başa düşməsək,  ən 

böyük və ən faciyəvi səhvə yol vermiş olarıq, çünki dövrümüzün bütün təlatümləri 

və böhranları müasir şəraitə insanların kifayət qədər uyğunlaşmaması ilə əlaqədar baş 

verir.  

Bunların sırasında, planetimizi nəhəng  əqrəb kimi əhatə edən demoqrafiya

işsizlik, cəmiyyətin sosial və iqtisadi imkanlarından axıra qədər istifadə edilməməsi, 

ehtiyatların çatışmazlığı  və onlardan qeyri-səmərəli istifadə edilməsi, səmərəsizlik, 

inflyasiya, əmin-amanlığın əldə edilməməsi, silahlanma, ətraf mühitin çirklənməsi və 

biosferin dağıdılması, insanın iqlimə  hədsiz dərəcədə  mənfi təsiri və bir çox digər 

məsələlər qeyd edilməlidir. Buna baxmayaraq bu günə kimi bunların heç birinin həlli 

üçün səmərəli qərar qəbul edilməmişdir. Getdikcə bu məsələlərin həlli ağırlaşır və 

həmin  əqrəbin qolları planetimizi getdikcə daha çox bürüyüb sıxır... Çıxış yolu – 

insan təfəkkürünün keyfiyyətcə yeni bir mərhələyə ucalması, davranışının  əsaslı 

şəkildə dəyişilməsindədir [2, s 15]. 

Beləliklə, alimlərin gəldiyi qənaətə görə qlobal miqyasda götürülən insan 

resuslarından faydalı  şəkildə istifadə olunması sistemli xarakter daşımalı, elmi və 

praktik cəhətdən əsaslandırmalıdır. 

Sosial – fəlsəfi mənada burada bir neçə  vəzifə var ki, bunların  ətrafında hal-

hazırda elmi ictimaiyyət tərəfindən tədqiqatlar aparılır, praktik vəzifələr 




Sosial proseslərdə insan resursları: müasir baxış 

397


müəyyənləşdirilir.  Əsas yeri insan resusların səmərəli istifadə olunması  məsələsi 

tutur. Burada (xüsusilə iqtisadiyyatda) bir sıra marketinq imkanları var ki, onlardan 

faydalanmaq olar: söhbət sosial-iqtisadi, sosial-siyasi proseslərin idarə olunması  və 

proqnozlaşdırılmasından gedir. Əgər bu istiqamətdə aparılan işdən söhbət gedirsə, ilk 

növbədə müasir təşkilatların  səmərəli inkişafı üçün metodlar və lazımi tədbirlərin 

həyata keçirilməsi nəzərdə tutulması  tədqiqat obyekti olmalıdır. Məlumdur ki, hər 

hansı bir təşkilatın səmərəli fəaliyyəti üçün kadr potensialının keyfiyyət tərkibi 

olduqca böyük əhəmiyyət kəsb edir. 

Bununla  əlaqədar bir misala müraciət edək. Məlumdur ki, Azərbaycan 

cəmiyyətində gender bərabərliyinin təmin edilməsi məsələsi tədricən  həyata 

keçirilir, buna baxmayaraq, faktlar sübut edir ki, burada qadın işçi qüvvəsinin 

resusları səmərəli istifadə edilmir. Əgər təhsildə gender bərabərliyi indeksi ildən-ilə 

ucalırsa (təhsil pillərinə uyğun olaraq), işdə, məsələn, qeyri-aqrar sektorda, muzdla 

işləyən qadınların payı mütləq çəkidə artsa da, keyfiyyəti mənanda hələ ki,  

disproporsiyalar çoxdur (1990-cu ildə muzdla işləyən qadınların sayı qeyri-aqrar 

sektorda ümumi götürülən işçilərin 40,5% təşkil edirsə, 2010-cu ildə  ən yüksək 

göstərici 1999-cu ilə aiddir – 49,9% işçiləri burada qadın idi. tez bir zamanda belə 

inkişafın müşahidə olunmasının bir neçə  səbəbi ola bilər: peşələrbölgüsündə 

dəyişikliklər və bunun nəticəsində qadınlar üçün yararlı olan iş sahələrin sayının 

azalması, qadınların tələbatlar strukturunda peşə oriyentasiyalarında baş verən 

dəyişikliklər, həyat səviyyəsinin  artmasl, yaş  tərkibindətəmsilolunmanın təhrif 

olunması vəs. [3, s. 9]. 

Belə mütənasibsizliklərin aradan qaldırılması üçün ilk növbədə insan resuslarına 

tətbiq edilən, yəni gətirilən xərclərin, resusların tərkibi və formaları xüsusilə 

vacibdir. Söhbət, aydındır ki, həm də  təhsildən gedir. Təşkilatlar səviyyəsində  də 

təlim, özünüsavadlanma imkanlarından geniş istifadə olunmalıdır ki, burada çalışan 

kadrlar keyfiyyət baxımından bütün imkanlarını  səfərbər etməyə bacarsınlar. hal-

hazırda istənilən səviyyədə  təşkilatlarda struktur dəyişikliklər aparılmadan onun 

rəqabətə dözümlülüyü burada insan resuslarının inkişaf imkanları  məhdudlaşar, 

ümumi inkişaf yolundan geridə qala bilər. 

Bazar iqtisadiyyatı  şəraitində  rəqabətə dözümlülük də insan resuslarının lazımi 

səviyyədə idarə olunmasını tələb edir. İnsan resusları ilk növbədə əmək ehtiyatlarını 

və insan potensialının intellektual imkanlarını nəzərdə tutulur. Hələ K.Marks vaxtilə 

insan potensialının aparıcı  məhsuldar qüvvəyə çevrilməsi ideyasını vurğulamışdır. 

Hər bir cəmiyyət öz inkişafında elə bir imkanlardan istifadə etməlidir ki, insan 

resusları, tədricən inkişaf edərək, insan kapitalına çevrilsin. Statistikaya görə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə