Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə149/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   145   146   147   148   149   150   151   152   ...   161

Sosial proseslərdə insan resursları: müasir baxış 

393


 

 

SOSİAL PROSESLƏRDƏ İNSAN RESURSLARI:  

MÜASIR BAXIŞ 

 

Xələfova Kamalə Rauf qızı,  

Fəlsəfə kafedrasının doktorantı,  

Bakı Dövlət Universiteti 

 

 

Açar sözlər: sosial proseslər, idarəetmə, insan resursları, qloballaşma, koqnitiv 

yanaşma. 

Ключевые слова: социальные процессы, управление, человеческие ресурсы, 

когнитивный подход. 

Key words: social processes, management, human resources, the cognitive 

approach. 

 

Müasir dövrdə insan kapitalı  cəmiyyətin inkişafının strateji amilinə çevrilir: 

ildən-ilə insan kapitalına qoyulan sərmayələrin həcmiçoxalır, keyfiyyəti yaxşılaşır. 

Gələcəkdə  həmin sərmayələrin nəticələrinindaha uğurlu olacağı ehtimal olunur. 

Müasir ictimai istehsalın dinamik səviyyəsi insan resurslarının keyfiyyyət 

baxımından durmadan inkişafını tələb edir, bununla əlaqədar olaraqyeni yanaşma və 

texnologiyaların tətbiqizəruri hal alır. 

İctimai fikir tarixində insan resursları probleminin öyrənilməsi böyük ənənəyə 

malikdir.  İnsan resursları  və insan kapitalı  nəzəriyyəsinin görkəmli nümayəndə-

lərindən G.Bekker, M.Blaug, Y.Ben-Poret, B.Veysbrod, C.Mintser, G.Mintsberg, 

T.Shults və digər tədqiqatçılarının adını qeyd etmək olar. Onlar insan resurslarının 

idarə edilməsi sahəsində nəzəri və tətbiqi yanaşmalar və nəzəriyyələr irəli sürmüşlər 

[1, s 16]. Hazırda insan resurslarının inkişafı müxtəlif aspektlərdən təhlil olunur. 

Qeyd edilməlidir ki, insan resursları əmsalı kompleks xarakter daşıyır və bunun-

la birlikdə onun tətbiqi sahələrindən ən önəmlisi – iqtisadiyyatdır. Burada insanların 

ən vacib hüquqlarından biri olan işləmək hüququna əməl olunur, onun bacarıq və 

vərdişlərinin tətbiqi üçün imkanlar yaradılır.Müstəqillik dövründə Azərbaycanda da 

insan resurslarının idarəedilməsi sistemli yanaşma əsasında aparılmaqdadır.  

İnsan cəmiyyətinin inkişaf xüsusiyyətlərindən biri – sosial proseslərin 

mürəkkəbliyinin artmasıdır. Buna müvafiq olaraq aparılan təhlil və proqnozlaşdırma  




 Xələfova Kamalə Rauf qızı  

394


istiqamətləri də çoxalmaqdadır. Sivilizasiya və texniki tərəqqi dəyərlərin ağırlıq 

mərkəzinin ümumbəşəri məzmununa doğru yönəlməsi insanların təfəkkür tərzində, 

onların dünyaya münasibətində  də ciddi dəyişikliklərə  gətirib çıxarmışdır. Bütün 

bunlar ictimai və humanitar elmlər tərəfindən insan varlığının bütün əzəməti və 

hərtərəfliliyi ilə tədqiq edilməsi, onun keyfiyyətlərinidərindən öyrənilməsi zərurətini 

irəli sürür. Hazırda “insan resusları” anlayışı geniş  məzmuna malikdir. Onun 

tərkibinə insanın cəmiyyətdə yaşamağı üçün əsas rolu oynayan baza xarakterli 

xüsusiyyətlərin məcmusu daxil edilir. Artıq beynəlxalq strukturlarda xüsusi indekslər 

yaradılmışdır ki, onlar resusların dəyəri, potensialı və fəaliyyət xüsusiyyətlərini aşkar 

etmək məqsədi güdür. 

İnsan resursları sosial proseslər iləbilavasitə bağlıdır. Sosial proses fasiləsiz 

xarakter daşıyır. Cəmiyyət özü-özünü tənzimləyən sistem olaraq, nəsildən nəsilə 

lazımi informasiyanı ötürür, varisliyi və fasiləsizliyi təmin edir. Bu mənada sosial 

proses tarixi və  əbədi xarakter daşıyır: biosferin tərkib hissəsi olan insan 

cəmiyyətionunla bərabər daim yaşayacaq və inkişaf edəcəkdir.  İnsanların fəaliyyət 

sahələrinə uyğun olaraq sosial proseslərində müxtəlif tərəfləri və ifadəolunma 

formaları vardır (mənəvi, iqtisadi, siyasi proseslər və strukturlar, hadisələr, 

münasibətlər və s.). Bu bölgü üzvlərinin hər birinə insan resuslarının da bu 

proseslərdə iştirak dərəcəsi və səmərəliliyiözünəməxsus xarakter daşıyır. 

Müasir elmi ədəbiyyatda sosial proseslərin təhlilində sistem, struktur, xaos, 

nizam, modelləşdirmə, sosial mexanizm kimi anlayışlardan geniş istifadə olunur. 

Burada sosial dinamika məsələləri də olduqca əhəmiyyətlidir. Cəmiyyətdə qlobal-

laşma ilə bağlı baş verən sosial reallığın mürəkkəbləşməsi, tədqqiatçıları  çətin 

vəziyyətə salır. Çıxış yolunu modelləşdirmə imkanlarını  dərindən istifadə etməkdə 

görən ekspertlər göstərirlər ki,bu işdə informasiya zənginliyi müsbət rol oynaya bilər: 

model yaradılarkən, burada müəyyən predmetin, hadisənin bu və ya digər 

keyfiyyətlərini özündə  əks etdirən səviyyədə  məhdud informasiyanı daşıyan bir 

sistem nəzərdə tutulur. 

Ümumiyyətlə, sosial proseslərin təsviri, təhlili və sonrakı ifadəsi işini müxtəlif 

səviyyələrdə  təşkil etmək olar. Hər halda burada insan zehni, onun bacarıq və 

vərdişləri yaxından iştirak edir. Bu prosesin də subyekt və obyekt baxımından iki 

istiqaməti var. Subyekt olaraq insan, yuxarıda qeyd edilən imkanları ilə yanaşı, fəal 

həyat mövqeyindən də faydalana bilər. Obyekt kimi  isə insan müxtəlif təsirlərə 

məruz qalaraq, sosial proseslərin gedişatında fəal iştirakçıya çevrilə bilər. 

Hazırda sosial proseslərdə insan resuslarının imkanları həddlərinin ölçülməsi və 

əldə edilən nəticələrin praktiki tətbiqi müşahidə edilir. Bunu istənilən həyat fəaliyyəti 




Sosial proseslərdə insan resursları: müasir baxış 

395


sahələrində reallaşdırmaq mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, sosial 

proseslərin ölçülməsi və qiymətləndirilməsi işində müəyyən irəliləyiş var. 

Müxtəlif elm nümayəndələrinin səyləri nəticəsində bir sıra konseptual 

paradiqmalar formalaşdırılmışdır. Cəmiyyətin statistik qanunauyğunluqlara tabe olan 

özü-özünü tənzimləyən bir sistem olduğunu nəzərə alan tədqiqatçılar, burada sistem 

yanaşma daxilində koqnitiv ideyaların imkanlarından da geniş istifadə edirlər. 

İnsan resuslarının, istər kəmiyyət, istərsə də keyfiyyət baxımındanreal iştirakını 

müəyyən etmək üçün xüsusi tədqiqat metodikaların hazırlanması labüddür. Artıq 

burada sistem və koqnitiv yanaşma imkanları datətbiq olunur. Hal-hazırda 

sistemlərin(o cümlədən sosial sistemlərin) müxtəlif riyazi modelləri qurulub ki, 

burada çoxluqlar nəzəriyyəsi və cəbr imkanlarından geniş istifadə edilir: “sistemlərin 

təhlili nəticəsində mürəkkəb və fövqəlmürəkkəb obyektlərin tədqiqi və 

layihələndirilməsi həyata keçirilir” [1, s.18]. 

Hesab olunur ki, təkcə sistem yanaşma baxımından işlənib hazırlanan metodlar 

və instrumentari kifayət etmir. Digər tərəfdən, tətbiqi riyaziyyat, kibernetika, 

çoxluqlar nəzəriyyəsi sahələrindən götürülmüş metodlar olduğu kimi sosial 

tədqiqatlarda tətbiq edilə bilməz. Konkret tətbiqi sahələrvə  həmin sahələrin daxili 

bölgüsü olduqca geniş  və müxtəlifdir (məs., iqtisadi, siyasi, mənəvi və s.). 

Mürəkkəblik dərəcəsinə görə bu sahələr bir-birinə yaxın olsa da, insan resuslarının 

müxtəlif imkanları üzərində qurulur. Həmin imkanları üzə çıxarmaq işini məhz sosial 

və humanitar elm nümayəndələri həyata keçirirlər. Bu istiqamətdə aparılan işləri 

aşağıdakı kimi izah  etmək olar: 

Uzun  əsrlər boyu cəmiyyət, burada baş verən sosial proseslər tədqiqat obyekti 

olaraq bir çox sosial və humanitar yanaşma baxımından təhlil olunmuşdur.  İlk 

növbədə fəlsəfi səpkidə aparılan tədqiqatların ağırlıq mərkəzini qeyd etmək lazımdır: 

cəmiyyət və  təbiətin nisbəti, cəmiyyətin inkişaf qanunları  və  mərhələləri, insan 

problemi, cəmiyyətin gələcəyi və s. Sosiologiya sahəsində aparılan tədqiqatlar bir 

qədər də konkretləşib, həmin istiqamətlərin fəaliyyətini sistem-struktur baxımından 

müxtəlif riyazi, statistik və humanitar yanaşmaların imkanlarından faydalanaraq 

statika və dinamika səviyyələrində  təhlil edir: nəticədə  cəmiyyətin fəaliyyətinin  ən 

dərin qatları, gizli mexanizmləri aşakrlanır, onların aparıcı tərəfləri müəyyən edilir, 

öncəgörmə baxımından vəzifələr dəqiqləşdirilir. 

Digər ictimai elm sahələri – iqtisadi nəzəriyyə və politologiyada da qeyd edilən 

istiqamətlər üzrə işlərini qururlar. Istənilən halda insan potensialından istifadə edən 

bütün ictimai həyat sahələri belə  tədqiqatlardan geniş istifadə etməlidir. Məsələn, 

dövlət tərəfindən həyata keçirilən sosial siyasət vasitəsilə  əhalinin sosial müdafiəsi 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə