Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə144/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   140   141   142   143   144   145   146   147   ...   161

İslamda insan və onun əsas missiyası 

377


“Rəbbi onlara Özündən bir mərhəmət (rəhmət), razılıq və içərisində onlar üçün 

tükənməz nemətlər olan cənnətlə müjdə verər.” (Tovbə:21). 

“Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) 

yaxşı  iş görməyi  əmr edər, pis işləri rədd edər, namaz qılıb zəkat verər, Allaha və 

peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, 

yenilməz qüvvət və hikmət sahibidir! (Tovbə:71). 

8. Vicdan, batini ilham, pak ruha sahibdir: 

“And olsun nəfsi (insanı və onun nəfsini) yaradana; 

Sonra da ona günahlardan və pis əməllərdən çəkinməsini (xeyir və  şəri) 

öyrədənə ki...” (Şəms:7-8). 

“Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü. O sizə göz, 

qulaq və ürək verdi. 

İnsanda olan ruh Allahdandır, bu səbəbə görə ona səcdə vacib olmuşdur 

(13.s.134): 

“Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan üfürən kimi ona 

(ehtiram əlaməti kimi) səcdə edin.” (Sad:72). 

Mələklərin insana səcdəsinin hikmət və məntiqi vardır: 

“(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa 

hamısı  səcdə etdi. (Yalnız) o, lovğalanaraq imtina etdi və kafirlərdən oldu.” 

(Bəqərə:31). 

9. Xilqətin yaranmasının məqsədi insanın ondan faydalanması üçündür: 

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu 

yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır). O, hər  şeyi biləndir! 

(Bəqərə:29). 

İnsanın dünya həyatında maddi tələbləri bitən deyil, onun axirət istəkləri də 

bunun kimidir. Ancaq Allah həmin tələbi müəyyən bir məntiqi ölçüdə təmin edir: 

“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə 

verərik. Sonra isə (axirətdə) ona cəhənnəm məskən edərik. O, Cəhənnəmə qınanmış 

və (Allahın rəhmətindən) qovulmiş bir halda daxil olar!” (İsra:18). 

“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah 

dərgahında) qəbul olunar!” (İsra:19). 

Qur’anda bu barədə ayələr çoxdur və gətirilən nümunələr insanın dünyəvi həyatı 

ilə yanaşı, onun mənəvi məzmuna malik olduğunu diqqətə çatdırır.  İnsan dini 

təlimdən bəhrələnməklə  həyat yolunda yüksək dərəcə  və  məqamlara yönələ bilər, 

Allahın onun üçün bu aləmdə və axirətdə müəyyənləşdirdiyi payı ala bilər. 



 Məryəm Zarei Əqdəm  

378


İnsanın üstün və müsbət sifətlərini açıqlayan ayələrin qısa məzmunu ilə tanış 

olduq. İndi isə bunun əks qütbünü nəzərdən keçirək. 

B. İkinci qisim mühakimələrdə isə İnsana xas mənfi xüsusiyyətlər pislənir.  

1. Rəbbinə qarşı naşükür, dargöz və xəsisdir: 

“İnsan Rəbbinə qarşı çox naşükürdür.” (Adiyat:6). 

“(Ya peyğəmbərim, müşriklərə) de ki: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə 

sahib olsaydınız, yenə  də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edər-

diniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir. (İsra:100). 

2. Haqqa boyun əymədən mübahisə edən, xain və olub keçənlərdən ibrət 

almayan məxluqdur: 

“Biz bu Qur’anda insanlar üçün cürbəcür məsəllər çəkdik.  İnsan isə (Haqqa 

boyun əymədən) ən çox mübahisə edəndir.” (Kəhf:54). 

“Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!” (Məaric:19). 

“Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə 

olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz 

qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan 

(əzabından) qoruyan bir kimsə tapılmadı.” (Məaric:21). 

3. Fəsada meyl edən, həmişə ziyanda olur və ilişdikdə Allahı ittiham edir: 

“Lakin insan bundan sonra da günah etmək, fəsad törətmək istəyir.” (Qiyamə:5). 

“İnsan (ömrünü boş işlərlə sərf etməklə) həmişə ziyan içindədir.” (Əsr:2). 

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib kərəm göstərsə və nemət 

versə, o: “Rəbbim mənə kərəm göstərdi” – deyər.” (Fəcr:15). 

“Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əksiltsə; “Rəbbim məni 

alçaltdı, mənə xor baxdı!” – deyər.” (Fəcr:16). 

3. Düşüncə üçün ağıl və qəlbə malik olsalar da, heyvan kimi əməl edir: 

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlb-

ləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. 

Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də 

daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır.” (Ə’raf:179). 

Bu məzmunda ayələr çoxdur, lakin diqqət yetirmək lazımdır ki, Qur’anda 

məzəmmət edilən insan adətən imansız zümrəyə aiddir. İslama görə, Allahdan ayrı 

düşən, imanı olmayan və Allahını unudan insan özünü itirmiş olur. Əslində belə 

insan yolunu azmış olur və ona görə Qur’ani-Kərim belələrini heyvanlardan da betər 

bilir (14.s.392). 




İslamda insan və onun əsas missiyası 

379


Peyğəmbərdən (s) nəql edilən hədisə görə insanın könlü və fitrəti xeyirə 

meyllidir, bəşər qəlbini sağlam halda saxlayarsa həmişə  səadətə yetişə bilər, ancaq 

onun könlü nəfsin havasına bulaşarsa zəlalət yoluna düşər (15.c.18.s.166). 

Bəlli olan budur ki, insan substansiyasında kəramət vardır, o gərək həmin 

keyfiyyəti iman və saleh əməlin köməyi ilə mənəvi kamillik mərhələsinə yetirsin. 

Ləyaqət məqamlarını uğurla keçən insan haqqa qovuşmağa daha yaxın olur. 

İslam dünyagörüşündə insan məfhumuna fiziki-bioloji ünsür kimi yanaşmırlar, 

yəni o, sadəcə iki ayaq üstə yeriyən düz qamətli heyvan deyil, onun mahiyyətini bir-

iki sadə sözlə ifadə etmək mümkün deyil (16.s.7). 

İnsanın təbii və fitri meylləri. 

Təbii və fiziki səviyyədə insanın müxtəlif meylləri vardır və bu baxımdan 

onunla canlılar, yəni heyvanlar arasında ortaq xüsusiyyətlərə rast gəlirik. Onların 

orqanizmində qidalanma və ifrazat prosesi və başqa fizioloji proseslər gedir. Ancaq 

insan həyatını təbii səviyyə ilə məhdudlaşdırmaq olmaz. İnsanın təkamülü heyvanat 

aləmindən başlayır və insaniyyətə doğru kamala yetişir.  İnsan öz xilqətinin 

başlanğıcında maddi və cismani ünsürdən ibarətdir və onun substansiyasında baş 

verən təkamül hərəkəti ruhani bir cövhərə çevrilir. Bu o zaman gerçəkləşir ki, maddi 

ləzzət duyğusu, nəfsi istəklər və bioloji meyllər fitrətin ixtiyarına verilir və 

tənzimlənir. İnsan fitrətinin varlığı onun təbiətindən daha güclüdür, ona görə fitrətə 

hakim olmaqla insan təbiətində olan qüvvələri və meylləri nəzarətdə saxlamaq olur. 



Nəticə olaraq bunları söyləmək olar: İslamın insan konsepsiyasında insanın fitri 

xüsusyəytlərini və onun ali missiyasını öyrənmək olduqca mühüm bir məsələ kimi 

qoyulur.  İnsan öz varlığının mahiyyətini və missiyasını bilmədən  əqli-mənəvi və 

ictimai təkamülə yetişə bilməz. Deməli, insanın islah edilməsinəə ehtiyac vardır və 

onun qədər  yenidən təlim-tərbiyə ilə islah olmağa  möhtac olan başqa bir varlıq 

yoxdur. Mütəhhərinin dediyi kimi, “başqa  şeylərdən fərqlənən məxluq insandır və 

onun islah edilməsi üçün işlənən fənd və metodlar əxlaq, təlim-tərbiyə və maarifdən 

ibarətdir” (12.s.47). 

 

 

 



 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə