Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə142/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   138   139   140   141   142   143   144   145   ...   161

 Məryəm Zarei Əqdəm  

372


bilər. Lakin öz varlığının başlanğıc və sonunu bilməyən və  həyatın ali məqsədini 

anlamayan insan eqoizmə yuvarlanar. O hər an yanlışlığa qapılaraq həyatın 

məsuliyyətli problemlərini dərk və həll etməyə qadir olmaz. Aydındır ki, insan üçün 

həm davamlı  və sabit, həm də  ikinci dərəcəli dəyişkən ehtiyaclar vardır. Sabit və 

davamlı tələbat fizioloji, mənəvi və ruhi cəhətləri əhatə edirsə, dəyişkən tələbat onun 

yararlandığı vasitə və metodları özündə birləşdirir. Bütün ehtiyaclar insan varlığının 

zəruri vasitələri sayılır və bəşər öz istedadı sayəsində həm həyati ehtiyaclarını təmin 

edir və həm də mənəvi kamilliyə yetmək üçün zəmin hazırlayır. 

İnsan ətrafında bəhs olunan mövzulardan biri onun fitrəti və təbiəti ilə bağlıdır. 

Bir çox mütəfəkkirlər, xüsusilə filosof və sosioloqlar bu barədə müxtəlif fikirlər 

söyləmişlər, hətta bəziləri insan fitrətini sirli və mübhəm bir məfhum kimi 

dəyərləndirmişlər. Buna görə bir sıra hallarda insanın substansiya və  təbiətinin 

öyrənilməsini mümkünsüz sayanlar da olmuşlar. Məsələn, Paskalın fikrincə, bəşərin 

öyrənilməsinin ümumi yolları onun barəsində düzgün bir şey ortaya qoya 

bilməmişdir. İnsanın mahiyyətinin açıqlanmasında xüsusi mövqe  tutan bir sıra dini 

baxışlar da məsələyə tam aydınlıq  gətirməmişdir (3.34-35). Zənnimizcə Paskal 

xristianlıqda insan barədə mülahizələrin nəticəsi olaraq belə bir bədbinliyə 

qapılmışdır. Ancaq bütün hallarda insan təbiətinin dərkinin çətinliyini etiraf etmək 

lazım gəlir. İnsan təbiətini mübhəm bilən bəzi fikir sahibləri onun üçün özünəməxsus 

substansiya və  təbiətin olduğunu inkar etmişlər. Məsələn, M.P.Sartr V.Hegel və 

R.Palmer bu qəbildəndir (4.s.138). 

İnsan fitrəti barədə Qərbdə yayılan  mübhəm baxışlar o qədər təsirli olmuşdur ki, 

öz fikirlərini fəlsəfə, sosiologiya və alman ədəbiyyatı üzərində sistemləşdirən F. 

Nitsenin bu mövzu üzrə  təzadlı mülahizəsi Avropada düşüncə böhranı ilə 

nəticələnmişdi.  İndi Qərb mütəfəkkirlərinin bir qismi belə düşünür ki, nasizm və 

faşizm Nitsenin ideyalarından qaynaqlanmışdır. Belə bir ittiham heç də  təsadüfi 

deyildir (5.s.409). 

Maraqlı haldır ki, keçmişdə insan amilinə bir o qədər problemli məsələ kimi 

baxmırdılar, indi bu amil ciddi bir məsələ kimi diqqət mərkəzində dayanır. Çünki 

insan substansiyası hələ də düşüncə sahibləri üçün pərdə arxasında olan sirli bir aləm 

olaraq qalır (6.s.46-47). 

İslam düşüncəsinə görə hər şeydən öncə insan üçün müştərək təbiətin – natura 

və ya substansiyanın nədən ibarət olduğunu anlamaq gərəkdir. Bu məfhum müxtəlif 

mənalarda işlənir və  təbiət sözünü adətən fizioloji tələbat kimi izah edirlər. Bəzi 

hallarda müştərək təbiət dedikdə insanların ilkin icma halında birgə yaşayış zamanı 

malik olduqları hisslər və stimullar nəzərdə tutulur. Ancaq insanlarda fərqli təbiətin 




İslamda insan və onun əsas missiyası 

373


olması onların böyüdüyü mədəniyyətlərin müxtəlifliyi ilə izah olunur. Bəziləri 

məsələni izah edərkən insanların qrup halında yaşadıqları zaman onların malik 

olduqları ictimai mühit, ailə  və icma mühitini nəzərdə tuturlar. Bütün bu kimi 

baxışlarda diqqətdən kənarda qalan mühüm bir məqam vardır ki, o da insana xas ali 

bir fitrətin olmasıdır. Həmin insani fitrət maddi və fiziki ehtiyaclardan üstün bir 

fəzilət olmaqla insanla canlılar arasında olan müştərək xüsusiyyətlərdən fərqli bir 

haldır. Bəllidir ki, öz həyatını davam etdirmək, doğub törəmək heyvanlarda müştərək 

xüsusiyyətdir. Ancaq insana xas müştərək təbiətdən bəhs edərkən burada canlılardan 

yüksəkdə dayanan istedad və qabiliyyət nəzərdə tutulur. Həmin yüksək təbiət insanda 

olan dərrakə  və başqa fəzilətlərdə  əks olunur. Heyvanlar belə üstünlüklərə  və 

istedadlara malik deyildir. Deməli, insanı fərqləndirən, ona başqa varlıqlardan üstün 

olmağa imtiyaz verən dəyərlər onun başqa insanlarla müştərək təbiəti sayıla bilər. 

İnsana xas müştərək təbiətin xüsusiyyətlərini belə ümumiləşdirmək olar: 

1. Birinci xüsusiyyət ondan ibarətdir ki, insan öz fitrətinə görə heyvandan yük-

səkdə dayanan bir məxluqdur. Onda olan bacarıq, meyl və istedad başqa canlılarda 

yoxdur. İnsanda düşümnə, ayırd etmə, nəticə çıxarma qabiliyyəti bu qəbildəndir. 

2. İkinci xüsusiyyət ondan ibarətdir ki, insana xas fitri təbiət sonradan qazanılan 

deyil, təlim-tərbiyə, ictimai amillər və mühitlə bağlı deyil, həmin qabiliyyət potensial 

olaraq zəif və ya güclü şəkildə bütün fərdlərdə vardır. 

3. Üçüncü xüsusiyyət ondan ibarətdir ki, müştərək təbiətə xas ünsürlər silinib 

getmir və həmişə öz əsilliyini saxlayır. Buraya elm, həqiqət axtarışı, fəzilət və kamal 

istəyi, gözəllik və əbədilik meyli, pərəstiş və s. daxildir. 

Müştərək təbiəti  şərtləndirən dəlillər nədən ibarətdir və onları necə ümumiləş-

dirmək olar? Bu yöndə aşağıdakı əsas məqamlara işarə edə bilərik: 

A.  İnsanlarda xüsusi dərketmə sistemi vardır və onun köməyi ilə  əvvəlki 

məlumatlar yeni məlumatlarla müqayisə edilir, ümumi nəticələr çıxarılır. Məntiqi 

mühakimələr bu qəbildəndir:  əks tərəflərin bir araya gəlməsi mümkünsüzdür,  bir 

şeyi cövhərindən ayırmaq mümkünsüzdür.  

İnsanda əxlaq və başqa dəyərlər baxımından müəyyən səciyyələr formalaşır. Ta-

rix boyu qazanılan təcrübə və müşahidələr əsasında insanlar arasında müəyyən əxlaqi 

davranış normaları formalaşır. Buraya əsasən xoş xasiyyət, sədaqət, ədalət, zülmə və 

xəyanətə qarşı barışmazlıq kimi keyfiyyətlər daxildir. Bu tip əxlaqi dəyərlər bəşərin 

nəzəri və əməli səyləri nəticəsində formalaşır. Fitri ağıl nəzəri məsələləri dərk edir, 

praktiki ağıl isə hadisə və şeylərdə olan fəzilət və  qəbahəti ayırd edir. İnsanlar təbii 

olaraq hadisə və proseslər barədə mühakimə yürüdür və nəticə çıxarırlar. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə