Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə133/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   129   130   131   132   133   134   135   136   ...   161

 Bayramova Sevinc  

 

348


əsəri olan bu təfsirdə “Dirayət” və ya “Rəy” (əqli izahlara əsaslanan) yolunu 

tutmuşdur. Dirayət təfsiri ayə, hədis, səhabənin fikirləri nəzərə alınmaqla dilçilik, 

ədəbiyyatşünaslıq, dinşünaslıq və s. elmlərdən istifadə etməklə yanaşı ictihadla 

birlikdə öz şəxsi düşüncələrini də ortaya qoyaraq Qurani-Kərimi açıqlamaqdır

5



”Ənvarut-Tənzil və Əsrarut-Təvil”  adlı məşhur  Beyzavi təfsirinə 250 dən çox şərh, 



haşiyə və təliq yazılmışdır. Yazılmış haşiyələrin içərisində məşhurları bunlardır: 

Müslihiddin ibn Təmcid (ö.890/1485),  

Məhəmməd ibn Mustafa Şeyxzadə (ö.950/1543),  

Əbdulhəkim əs-Siyalquti  (ö.1067/1485),  

Şəhabəddin əl-Xəfaci  (1069/1659),  

İsmail ibn Məhəmməd əl-Konəvi (1195/1781). Bunların içərisində də  Şeyixzadə 

haşiyəsi  daha məşhurdur. İrəlidə bu təfsirdən bəhs edəcəyik. 

Beyzavi, təfsirin əvvəlində təfsirçidə hansı xüsusiyyətlərin olmasını və təfsirinin 

xüsusiyyətlərini belə açıqlayır: “Təfsir elmi dini elmlərin şahı  və  şəriətin təməlidir. 

Onun haqqında danışmağa yalnız üsul və füru ilə dini elmlərin hər birində  yüksək 

mərtəbəyə çatmış,  ərəb dili və  ədəbiyyatının bütün incəliklərinə sahib olanlar 

layiqdirlər”. Beyzavi əsərin  əvvəlində belə deyir: “Uzun zamandır bu sahədə bir 

kitab yazmağı fikirləşirdım. Bu kitab Səhabə, Tabiun ilə onlardan sonrakı  Sələf və 

Xələf alimlərinin böyüklərindən mənə çatan təfsirə dair sözlərin əsasını, parlaq söz 

və  məsələləri, istər mənim, istərsə  də, məndən  əvvəlki alimlərin Qurandan 

çıxardıqları hökümləri ələ alaraq məhşur səkkiz imama aid edilən qiraət üsullarına və 

mötəbər qurradan rəvayət edilən  Şazz qiraətlərə yer verəcəkdir

6

”. Təfsir yazmaq 



üçun  İslam elmlərini,  ərəb dilini dərindən bilməklə yanaşı  həyat təcrübəsi və  zəka 

sahibi olmaq əsasdir. Bunların hamısı  və demək olar ki, daha coxu Beyzavidə 

toplanmışdır. Uzun illər qazılıq etməsi bu işdə onun yoluna işiq salmışdır. Amma 

belə  çətin və məsuliyyətli işin öz səviyyəsini aşdığını fikirləşərək geri çəkilmişdir. 

Demək olar ki, bütün təfsirçilər təfsirlərini ömürlərinin sonuna doğru, yaşlı 

vaxtlarında yazmışdılar. Beyzavi də elmi biliyinin lazımı  səviyyəyə çatdığı yaşlı 

vaxtlarında istixarə etdikdən sonra istədiyi “Ənvarut-Tənzil və  Əsrarut-Təvil” adlı 

əsərini yazmağa qərar vermişdir. Katib Çələbi onun bu qərarı verməsində, şeyxi kimi 

                                                 

5

   Doç. Dr. Ali Turqut, Tefsir Usülu ve Kaynakları, İstanbul, 1991,  s. 4, 250 



6

  ƏYİ, C- 627/9580,  Beyzavi, Ənvarut-Tənzil və  Əsrarut-Təvil, səh. 1b-2a; Katib Çələbi, 

həmin əsər, I,186 

 Məcmuatut -Təfasir,  İstanbul 1984,  I, 713 




Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

349


tanınan Məhəmməd ibn Məhəmməd  əl-Kütahtainin xüsusi rol oynadığını ”Kəşfuz-

zunun an əsamil-kutub vəl-funun” kitabinda nəql etmişdir. Doğrudan da Beyzavi 

təfsirində bu şərtlərin hər birinə  əməl etmiş, qisa, əhatəli və mükəmməl  bir təfsir 

meydana gətirmişdir. 

Beyzavi təfsirinin  ən  əsas qaynaqları  Zəməxşəri (ö.538/1144)nin “əl-Kəşşaf” 

adlı  təfsiri ilə  Fəxrəddin  ər-Razi (ö.606/1210)nin “Mətafihul-Qayb” (əl-Təfsirul-

Kəbir) idir. Bəzən də Rağib əl-İsfəhaninin “əl-Müfrədat fi Qaribil-Quran”- ından da 

istifadə etmişdir. Həmçinin təfsirinə  Səhabə  və Tabiundan gələn xəbərləri də  əlavə 

etmişdir. Hətta alimlərin təqdirini qazanan incə  və  dərin mənalar kəsb edən 

açıqlamaları da əlavə etmişdir. Təfsirinin bəzi yerlərində qiraət elmindən də  bəhs 

etmişdir. Beyzavi bütün bunları ustalıqla, yüksək bir üslubla ifadə etmişdir. Bəzən 

elə ifadələrdən istifadə etmişdir ki, onu ancaq zəka və  bəsirət sahibləri başa düşə 

bilərlər.  Beyzavi təfsirinin özəlliklərindən bəziləri bunlardır: 

1. Qısa və əhatəli olması, 

2. Ayələrdəki ədəbi incəlikləri, Quranın möcüzəsinə dəlil gətirməsi, 

3. Ayələrin açıqlamasında daha çox səbəb-i nüzula (ayələrin eniş səbəbinə) geniş  

yer verməsi, 

4. Ayələrin təfsirində fərqli görüşlərə diqqət çəkməsi və öz fikirlərini açıq-aşkar 

şəkildə ifadə etməsi, 

5.  İstər fərqli fiqhi məzhəblər,istərsə  də etiqadi məzhəblərin müxtəlif ayələrlə 

əlaqəli fikirlərinə açıq şəkildə fikrini bildirməsi, 

6.  Bəzi vaxtlarda təsəvvüfi mənaları diqqətə alması, 

Qeyd etmək istərdim ki, Beyzavinin şeyxi olaraq bilinən Məhəmməd b. 

Məhəmməd əl-Kütahtai ilə əlaqələrinin olması və əsərlərində olan bəzi fikirləri onun 

təsəvvüflə  da maraqlandığını göstərir. O, nəfs tərbiyyəsini İslamın əsas sərtlərindən  

biri kimi qəbul edir

7

. Yazmış olduğu təfsirdə də bunu açıq-aşkar  bildirir. Beyzavinin 



təsəvvüfi görüş  və fikirləri haqqında çox məlumat yoxdur. Hətta bəzi qaynaqlar  

onun Azərbaycan  şeyxi olduğunu göstərir

8

. Həyatı  və yaradıcılığı ilə tanış olduqda 



belə bir nəticəyə  gəlirik ki, təsəvvüflə  əlaqəsi demək olar ki, ömrünün sonlarına  

                                                 

7

 ƏYİ, C-634, Beyzavi, həmin əsər, səh. 242a. 



8

 İslam Ansklopedisi, Türkiye Diyanet Vakfı, İstanbul, 2010, VI, s. 100 

9

 Ö. N. Bilmen, Büyük Tefsir Tarihi,  Ankara 1960,  II, səh. 351



 

10 


Katib Çələbi, həmin əsər, I, 186 

11

 Katib Çələbi, həmin əsər, I,188 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə