Aydan Xəndan
338
türk ədəbiyyatına güclü təsir göstərmişdi. Türk yazıçı və şairləri bu axımın təsirinə
qapılaraq, ədəbiyyata yeni mövzular, janrlar gətirmiş oldular. Namiq Kamal, Əhməd
Midhət, Əbdülhəqq Hamid, Rəcaizadə Mahmud Əkrəm romantizm cərəyanını
mənimsəyən sənətkarla olmuşlar.
Bu ədəbiyyatın ən məşhur nümayəndələrindən ikisi Hamid və Rəcaizadə idi. Bu
sənətkarlar əsərlərinin çoxunda məhz romantik kimi çıxış etmişdilər.
Hamidin əsərlərində tez-tez rast gəldiyimiz ölüm mövzusu, insan azadlığı prob-
lemi, eqzotik ölkələrin təsirləri təsadüfi olmamışdır. Bütün bunlar məhz fransız
romantizminin təsirindən qaynaqlanmışdı.
Əlbəttə, Hamidin həyatında üzləşdiyi kədərli hadisələr də şairin əsərlərində ölüm
mövzusuna dəfələrlə müraciət etməsinin səbəblərindən biridir. Ancaq romantik ədə-
biyyata ümumilikdə nəzər salsaq, görərik ki, bu cərəyanın nümayəndələrinin hamısı
əsərlərində demək olar ki, eyni mövzulara toxunublar. Məsələn, romantizmin banilə-
rindən sayılan Hüqo XX əsrin 20-ci illərinin sonlarında Fransada bu cərəyanın qələ-
bəsinin simvolu olmuşdu. Onun əsərlərində şərq mövzusuna tez-tez rast gəlmək
mümkündür. Şərq mövzusunun bir simvolu kimi Hüqo İspaniyanı əsərlərində təsvir
edirdi. Hamid də bir romantik kimi bir sıra əsərləridə o cümlədən, “Duhter-i Hindu”,
“Əşbər”, “Tarık yahud Əndəlüsün fəthi” ndə şərq mühitinin təsvirinə üstünlük
vermişdir.
Zadəgan burjua sinfinin ziddiyyətli mühiti, bu mühitdən olmayan və beləliklə də
cəmiyyətdə özünə yer tapa bilməyən, müxtəlif cür natamamlıq komplekslərindən
əziyyət çəkən fərdlər Hamidin əsərlərinin qəhrəmanları arasında yer almışdır.
Dramaturqun “Finten” əsəri bu mövzunun qaldırılması baxımından maraqlıdır.
1886-cı ildə İngiltərədə olan Hamidin ingilis xalqının müxtəlif nümayəndələrilə
tanış olmaq fürsəti olur. Xüsusilə aristokratiyanın nümayəndələriylə tanışlığı Hamidi
“Finten” və “Cünuni Eşq” əsərini yazmağa sövq edir. “Finten” əsərində Hamid
kanadalı bir qadının ingilis zadəganlarının cəmiyyətinə üzv ola bilməsi naminə əl
atdığı yollar, qurduğu intriqaları təsvir edilir. O, həyat yoldaşından yalnız puluna
görə ayrılmır. Çünki aristokrat cəmiyyətə daxil olmaq üçün pul vacib şərtlərdəndir
onun fikrincə. Fintenin öz nökərindən fiziki cəhətdən qüsurlu bir övladı var. Oğlunu
ingilislərin içinə sala bilmək, yüksək zümrə nümayəndəsinə çevrilmək Fntenin ən
öyük arzusudur. Bu arzusuna nail olmaq üçünsə o, hər bir çirkinliyə hazırdır. [4, 475]
Əsərdəki Davalaciro Fintenin oğlunun atası, onun nökəridir. Bu nökər əsərdə
vəhşi, etik qaydalardan uzaq, daha çox ibtidai insanı andıran biridir. Fintenin digər
sevgilisi isə Lord Dikdir. Lord Dik bir ingilis zadəganıdır. Finten onun cəmiyyətdəki
mövqeyindən yararlanaraq nökərindən olan oğlunu Lord Dikinki kimi qələmə verir.
Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm
339
O, əsərdə “ucube” adıyla keçən fiziki cəhətdən qüsurlu oğlunu Lordun köməyilə
yüksək cəmiyyətdə yer alanların sırasına salmağa çalışır. Fintenin başında müxtəlif
hiylələr dolaşmaqdadır. O hər bir kələyə, yalana əl atmağa hazırdır. Bu qadının
yeganə məqsədi ingilis kübar cəmiyyətinə daxil ola bilməkdir. Finten Lord Diklə
evlənmək arzusundadır. Blanş adlı xəstə bir qız isə Fintenin qurduğu intriqaların
növbəti qurbanıdır. Əslində, Blanş Diklə sadəcə sənədlərdə evli olmalı, xəstə gəlin
tezliklə ağır xəstəliyindən ölməli və onun yerini Finten almalıdır. Ancaq hadisələr
Fintenin planlaşdırdığından fərqli şəkildə cərəyan edir Lord Dik həqiqətən də Blanşa
aşiq olur. Qayğı və məhəbbətlə əhatə olunan Blanş da sağalır. Əsərdə təsvir olunan
cəmiyyələ Hamid ingilislərin iç üzünü göstərməyə çalışır. İngilislərin özlərini digər
mllətlərdən yüksək tutma milli xarakterini Hamid bu əsərilə alt-üst edir. 1916-cı ildə
“Finten”əsərini çap edərkən Hamid əsərə olduqca gözəl və mənalı bir ön söz
yazmışdır. Burada o ingilislərlə ingilis siyasəti arasındakı fərqi göstərməyə çalışmış-
dır. Hamid yazır: “İngilislər başqa qövmləri hakir görürlər. Bu şəxs pək
mükəmməldir, heyif ki, ingilis deyil!.. B adam çox zənginmiş, təəssüf ki bir ingilis
olaraq düyaya göz açmamışdır. Bu qadın olduqca gözəldir, lakin ingilis deyil!”
deyirlər. Siyasətə gəldikdə, bu centelmenlərin siyasəti yırtıcıdır. Britiş Layon
(Britaniya şiri) da siyasət meydanında böyüdülmüş bir pişkdir O, həm başqalarının
nemətiylə böyümüş, həm də nankordur. ... O siyasət toxluqla qənaət etmir. Tox ikən
də yemək istəyir. Şişmək, qabarmaq, iriləşmək, qabına sığmamaq, yüksəlmək.
Bunlar ayrı-ayrı birər böyüklükdür”. [3, 67]
Göründüyü kimi Hamid ingilislərin süni şəkildə yaratdıqları “zadəgan”
pərdəsinin arxasındakı çirkinlikləri açmağa çalışmışdır. “Finten” əsərindəki xəstə
Blanş, anormal Ucubə, vəhşi Davalaciro romantizm cərəyanının ədəbiyyata gətirdiyi
fiziki cəhətdən qüsurlu insan obrazlarına tam bir misal sayıla bilər.
Digər bir türk romantiki isə Rəcaizadə Mahmud Əkrəmdir. Rəcaizadə yazdığı
şeirlərində romantik kimi çıxış etdiyi halda, nəsr əsərlərində qarşımıza bir realist
olaraq çıxır. Onun məşhur “Araba sevdası” romanı realist nəsrin gözəl örnəyi hesab
edilir və yaşadığı dövrün problemlərini çox dəqiq əks etdirir. Şair Əkrəm əsərlərində
təbiət, ölüm, insan və təbiət, qadın və eşq kimi mövzulara toxunmuşdur. Onun
yaradıcılığında ölüm mövzusu heç də təsadüfi olaraq işlənməmişdir. Romantiklərin
təsiri Rəcaizadənin poeziyasında açıq-aşkar hiss olunur. Şairin şəxsi həyatında baş
vermiş faciələr də onun yaradıcılığında dərin iz qoymuşdur. Həyatda insanların
qarşılaşdığı iztirablar, kədərlər Rəcaizadə poeziyasında geniş şəkildə yer alır.
Xüsusilə şairin “Mağruka” adlı şeiri tamamilə bu mövzudadır. Ölüm haqqında
düşüncələr və “təqdir-i ilahi” fikrinə bir çox şeirlərində rast gəlirik. Hamiddən fərqli