Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə118/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   114   115   116   117   118   119   120   121   ...   161

 Hümbətəliyeva Sevinc Mübariz 

312


rindən biri Əl-Mübərrəd və Kufə  məktəbinin tanınmış alimi Əl-Əxfəşdən sonra 

gəlmiş və onların təcrübəsini də mənimsəmişdi. 

Məlumdur ki, bir çox qrammatik məsələlərə münasibətdə  İbn Malikin özünə-

məxsus yanaşması olmuşdur. Lakin bu hal “Umdətu  Əl-Hafiz”  əsərində daha çox 

hiss olunsa da, “Təshil Əl-Fəraid” əsərində o qədər də qabarıq şəkildə hiss olunmur 

və elə güman etmək olar ki, bu əsər tələbələr üçün ixtisarla və Sibəveyhinin 

üslubunda tərtib olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, adı  çəkilmiş  əsərin 

tələbələr üçün bir dərs vəsaiti kimi ixtisarla yazılmasına  baxmayaraq, burada da İbn 

Malikin üslubuna malik ümumi bir çətinlik və qarışıqlıq hiss olunmaqdadır. 

İbn Malik “Şərhu umdəti  Əl-Hafiz”  əsərində müraciət  ədatları haqqındakı 

söhbətinə iki cəhətdən – nəhv və  sərf cəhətdən başladığı halda, “Təshil  Əl-Fəraid” 

əsərində Sibəveyhinin üsulu ilə gedərək mövzunun şərhinə müfrəd, mudaf, mənsub 

və s. bu kimi məsələlərlə başlayır.   

İbn Malik “Şərhu umdəti  Əl-Hafiz”  əsərində “Tabiu Əl-Munadə” bəhsindən 

sonra “Əl-İstiğasə” adlı  bəhsə keçir, daha sonra isə beşinci fəsildə  “Ən-Nudbə” və 

altıncı  fəsildə  də “Hazfu harfi Ən-Nida” fəslini araşdırmağa başlayır. Burada 

“müraciət ədatlarının həzfindən (düşməsindən)”  təfsilatı ilə geniş məlumat verməyə 

çalışan  filoloq həddindən artıq müqayisələr aparır və bu da nəhayətdə “tərxim”  və 

“həzf” məsələlərinin bir-biri ilə qarışmasına gətirib çıxarır.  

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müəllif adı  çəkilmiş mövzular barədə 

“Umdə” əsərində “Ət-Təshil” əsərinə nisbətən daha geniş məlumat verməyə çalışır. Bun-

dan sonra da alimin həmin iki kitabında başqa bir problemin həllinə yanaşmada – müraciət 

ədatlarının xüsusiləşdirilməsi məsələsində müəyyən fərqlər özünü göstərməkdədir. 

İbn Malikin müraciət  ədatları ilə bağlı  tədqiqatlarını diqqətlə  nəzərdən keçir-

dikdə, aydın olur ki, Sibəveyhinin bu alimin üslubuna da böyük təsiri olmuşdur. Bu 

da bir həqiqətdir ki, elmi və intellektual səviyyəsindən asılı olmayaraq hər bir sonra 

gələn filoloq istər, istəməz özündən  əvvəl yazıb yaratmış, həmin sahədə  tədqiqat 

aparmış  sələflərinin yaradıcılığı ilə bu və ya digər dərəcədə maraqlanır, ondan 

istifadə edir. İbn Malikdə bu cəhətdən istisna təşkil etməmiş, özünəqədərki elmi irsi 

mənimsəməyə çalışmış  və yeri gəldikcə ondan bəhrələnməyə çalışmışdır. O bu 

cəhətdən bir qədər də irəli gedərək,  ərəb dilçiliyi sahəsində ilk mükəmməl  əsərin 

müəllifi  Sibəveyhini hətta təqlid etməkdən belə  çəkinməmişdir. Bu vəziyyəti  İbn 

Malikin “müraciət” bəhsi ilə bağlı fəslində açıq-aşkar hiss etmək mümkündür. O, bu 

fəslin tərtibində Sibəveyhinin təsirindən nə qədər uzaqlaşmağa çalışsa da, buna nail 

ola bilməmiş,  əksinə bu mövzunun Sibəveyhinin tərtibinə uyğun bir şəkildə ortaya 

qoyulmasına məcbur olmuşdur.  




Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri 

313


İbn Malikin “Əl-Xulasə” əsərinə gəldikdə isə, o həmin əsərini tamamilə fərqli, 

qeyri-adi bir üslubda- şer  şəklində ortaya qoyduğu üçün, özünəməxsus tərtibatı  və 

ifadə tərzi baxımından qrammatikaya dair yazılmış kitablardan tamamilə fərqlənir. 

Müəllif bu əsərini Allaha həmd-səna, Peyğəmbərə (s) salavat və salam göndər-

mək və Allahdan bağışlanma diləməklə başlayır. O, bundan sonra isə  nəhv və  sərf 

mövzularına keçərək sözün mənasını  qeyd  edir  və  mərfuat (adlıq halında olan söz-

lər), mənsubat (təsirlik halında olan sözlər), məcrurat (yiyəlik halında olan sözlər), 

fel və onun erabı (fleksiyası), təsğir (kiçiltmə), vəqf (dayanma), ibdal (bir hərfi bağqa 

bir hərflə  dəyişmə), idğam (iki səsin assimilyasiyası) mövzularını araşdırmağa 

çalışır.  İbn Malik bütün bunlardan sonra isə  ərəb dilində müraciət məsələlərinin 

təhlilinə girişir və bu mövzuya qırx altı beyt həsr edir. Müəllif bu hissədə müraciət 

ədatları  və onların işlənmə  şəraiti, məbni və murab müraciət,  əl-istiğasə,  ən-nudbə, 

ət-tərxim  həmin məsələ ilə bağlı olan bir çox mühüm problemləri təhqiq edir. 

 

 



ƏDƏBİYYAT SİYAHISI 

 

Azərbaycan dilində 

1.

 

Məmmədəliyev V. M. Ərəb dilçiliyi – Bakı, 1985 il. 287 s.  



2.

 

Məmmədəliyev V.M. Kufə qrammatika məktəbi. Bakı, 1988, 115 s. 



3.

 

Məmmədəliyev V.M. Bəsrə qrammatika məktəbi. Bakı: ADU, 1983, 118 s. 



 

Rus dilində 

4.

 



Гранде  Б.М. «Грамматика  арабского  литературного  языка».  Москва, 

1962 г.,  300 с. 

5.

 

Гиргас  В.Ф. «Очерк  грамматической  системы  арабов». C.-Петербург 



1873 г., 192 с. 

 

Ərəb dilində 

٦

(



   

نبإ


 

ىنج


 

وبأ


 

حتفلا


 

نامثع


 

نب

 



،ىنج

 

،صئاصخلا



١

٣



 

،

 



رشن

دمحم



 

ىلع


 

،راحنلا


 

راد


 

بتكلا


 

،ةيملعلا


 

ةرھاقلا


 

١٩٥٦


\  

١٩٥٢


  

٧

 (



 ،ءابللاا ةحزن .رابنلاا نبا

314


 

  



٨

 (

نبا



 

ميدنلا


،تسرھفلا


 

،توريب


 

ةبتكم


 

،طايخ


  

٢

 



١٩٩

،

  



٤١٩

 

ص



  

٩

(



   

نبإ


 

ىنج


 

وبأ


 

حتفلا


 

نامثع


 

نب

 



،ىنج

 

،صئاصخلا



١

٣



 

،

 



رشن

دمحم



 

ىلع


 

،راحنلا


 

راد


 

بتكلا


 

،ةيملعلا


 

ةرھاقلا


 

١٩٥٦


\  

١٩٥٢


  

١٠

 ،ظفاحلا ةدمع حرش ،كلام نبا (



٢٨٦

-

٢٩٤



 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə