Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə117/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   113   114   115   116   117   118   119   120   ...   161

 Hümbətəliyeva Sevinc Mübariz 

310


Sibəveyhi müraciətə tam tərif verdikdən sonra onu ümumi şəkildə iki böyük qola 

bölmüş və bu qollar ətrafında birləşmiş bölgülər arasında  bəzi hallarda rabitəsizlik 

hiss olunur. O, nudbə  və  tərximi də müraciətin fəsillərinə aid etdiyi halda, əslində 

onları müraciətin əsas aparıcı hissələri hesab etmir. Bundan sonra isə fəsillərin daxili 

tərkib məsələsi ortaya çıxır,  Əl-Munadə  Əl-Məbni bütün növləri ilə birlikdə  əvvəl 

gəlmir və həmçinin Əl-Mənsub və Əl-Muərrab bəhslərində olan mövzularla qarışır. 

Bu da adı  çəkilən mövzunun tərtibatla öyrənilməsini çətinləşdirir. Bundan əlavə 

Sibəveyhinin mövzunu “dedi”, “dedim” prinsipi üzrə tədqiqi zamanı bəzən mükalimə 

uzandığı üçün bir çox hallarda əsas fikirdən kənara çıxır və qarışıqlıq yaranır. 

Sonrakı dövr alimlərinin apardıqları  tədqiqatlardan hasil olan təcrübə göstərir ki, 

qrammatik mövzuların araşdırılması üçün belə bir üsul çox da faydalı deyildir. Bu, 

xütbələrdə, möizələrdə və s. ictimai xarakterli nitq şəraitində əlverişli olduğu halda 

dilçiliklə bağlı mövzuların şərhində effektli deyildir.  

Sibəveyhinin  əsərdəki mövzu ilə bağlı daxili tərtibat probleminə  gəldikdə isə, 

qeyd etmək lazımdır ki, burada da dialoq üsulunun mənfi tərəfi özünü göstər-

məkdədir. Yenə də qarışıqlıq özünü göstərir, məntiqsizlik hiss olunur. Buradan belə 

bir nəticəyə  gəlmək olur ki, Sibəveyhinin fikri mövzu ilə bağlı bütün məqamları 

tərtibat nəzərə alınmadan kitabda cəm etmək olmuşdur. Bütün bunlarla bərabər onu 

da qeyd etmək lazımdır ki, Sibəveyhinin bu əsəri müraciət mövzusu ilə bağlı geniş 

məlumat verən ilk mənbədir və ondan sonra gələn alimlər tərtibat, ardıcıllıq və 

bölgülər nəzərə alınmazsa onun dediklərinə çox da geniş əlavələr edə bilməmişlər.  

Sibəveyhi yazmış olduğu və  zəmanəsinin  ən mükəmməl dilçilik əsəri olan bu 

kitabı ilə  ərəb qrammatikası sahəsində flaqman və  ən məşhur filoloq-dilçi kimi 

tanınmağa başladı. Böyük ərəb alimi Mazini bu barədə deyirdi: “Sibəveyhidən sonra 

ərəb qrammatikası sahəsində böyük bir əsər yazmağa girişmək istəyən şəxs bir qədər 

çəkinməlidir”. Təbii ki, bu fikirdə müəyyyən qədər mübaliğə hiss olunur. Çünki, ərəb 

qrammatikası Sibəveyhinin dövründə heç də özünün kamil zirvəsinə çatmamış, 

əksinə  hələ yenicə  tədqiq olunmağa və araşdırılmağa başlanmışdı. Sibəveyhinin bu 

əsəri isə  ərəb dilinin ilk yazılı kitabı kimi özündən sonrakı alimlərin  əsərlərinə bir 

giriş rolunu oynamaqla onların fəaliyyətinin sürətli inkişafına təsir göstərirdi.  

Sibəveyhidən sonra ərəb qrammatikasına dair əsər yazmağa girişən ilk 

alimlərdən biri İbn Sərrac oldu. O, “Əl-Üsul”  və “Əl-Mucəz” adlı iki qiymətli əsər 

yazmaqla ərəb nəhvinin  inkişafına qiymətli töhfə verdi.  

İbn Əl-Ənbari onun “Əl-Üsul” əsəri barədə yazır: “Bu əsərdə ərəb dilinin əsasları 

cəm olunmuşdur. İbn Sərrac Sibəveyhinin mövzularını götürərək onları gözəl  tərtiblə 

tədqiq etmişdir”.  Mərzubani bu əsər haqqına danışarkən bu ifadələri işlədir: “Bu əsər 




Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri 

311


bütünlüklə Sibəveyhinin kitabından götürülmüş, onun bəzi “bölgüləri” “fəsillərlə” əvəz 

olunmuşdur. Məna isə olduğu kimi Sibəveyhidəki mənadır”. İbn Cinni də bu məsələyə 

diqqət yetirərək yazır: “İbn Sərrac bu kitabda heç bir yen söz deməmişdir”.  

Lakin bir sıra filoloqlar bu mövzudan bəhs edərkən  İbn Sərracın bu sahədə 

böyük xidmət göstərdiyini qeyd edir, onun Sibəveyhinin dediklərini yeni bölgü və 

tərtibatla işlədiyini bildirirlər. Yaqut Əl-Həməvi məsələ ilə bağlı fikirlərini bu şəkildə 

ifadə edir: “Ərəb nəhvi dəlisov vəziyyətində olmaqda davam edirdi, İbn Sərrac onu 

öz üsul və qaydaları ilə ağıllandırdı”. İbn Xəlliqan da bu mövzuya toxunaraq yazır: 

“Bu kitab qrammatika ilə bağlı yazılmış ən gözəl əsərlərdəndir”.  

İbn Sərracın “Əl-Mucəz” kitabına gəldikdə isə bu əsər onun “Əl-Usul” əsərinin 

ixtisarla verilmiş şəkli təsirini bağışlayır.  

Sibəveyhi müraciət bəhsi ilə bağlı söhbətə başlayarkən “Bu müraciət fəslidir.” 

Cümləsini işlətdiyi halda, İbn Sərrac “müraciət fəsli” ifadəsi ilə kifayətlənir. 

Sibəveyhi müraciət mövzusuna başlayarkən müraciətin tərifi verdikdən sonra onun 

haqqında  Xəlil və Yunusla dialoq şəklində fikirlərini bölüşdüyü halda , İbn Sərrac 

əsərində birbaşa mövzunun şərhinə başlayaraq müraciət ədatlarını göstərir müraciətin 

növlərinin göstərir və müraciətin məqsədlərini açıqlayır.  

İbn Sərracın Əl-Usul əsərinin müraciətlə bağlı fəsillərini araşdırıb Sibəveyhinin 

adı  çəkilmiş  əsərini müvafiq bölümü ilə müqayisə edərkən, aydın olur ki, birinci 

sonrakının  əsərinə çoxlu istinadlarla yanaşı, eyni zamanda ona müəyyən  əlavələr 

etmiş və tərtibində xeyli dəyişikliyə yer vermişdir. Sihəveyhinin əsəri və İbn Sərracın 

həmin iki əsərindəki müraciət bəhsi mövzusunda bir-birinə uyğun  və demək olar ki, 

mənaca üst-üstə düşən mövzular “təəccüb və tələb məqsədi ilə müraciətə əlavə edilən 

ləm” və “nudbə” bölmələridir.  

Bu iki filoloqun müraciət mövzusu ilə bağlı ifadə etdikləri fikirlər arasında 

müqayisə apararkən məlum olur ki, İbn Sərrac Sibəveyhinin mövzu ilə bağlı 

fikirlərini daha da inkişaf etdirmiş və onun istilah cəhətdən zənginləşməsinə və tərtib 

cəhətdən daha da təkmilləşməsinə  səbəb olmuşdur. Bütün bunlar da Sibəveyhinin 

müxtəlif ibarələrlə bildirdiyi fikirlərin  İbn Sərrac tərəfindən konkret, qısa istilah 

halına salınması ilə  nəticələnmişdir.  İbn Sərracın mövzunun aydınlaşdırılmasında 

digər bir xidməti Sibəveyhi tərəfindən verilmiş həqiqi və məcazi müraciət məsələsini 

daha da dəqiqləşdirməsi olmuşdur.  

Qeyd etmək lazımdır ki, mövzunun təhlili zamanı bir çox hallarda Sibəveyhidə 

nəzərə çarpan sual-cavab üslubuna İbn Sərracda təsadüf edilmir. Bu da onunla izah 

oluna bilər ki, o, Sibəveyhidən sonra Bəsrə dilçilik məktəbinin məşhur nümayəndələ-




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə