Ləman Əliyeva
306
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi
nəzəriyyə təklif etmişdir. O, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”,
“Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəc nəzəriyyəsi”, “Soft
kompyutinq” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurul-
masında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Lütfi Zadənin elmdə Z çevir-
mə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sis-
temlərini yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məhşur vəziyyətlər
fəzası, dinamik sistemlərin idarə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsa-
sını təşkil edir. ABŞ-ın Milli Kosmik Tətqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr
əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. [9]
Nəticə olaraq demək olar ki, bugünkü həyatımızı texnologiyalarsız təsəvvür
etmək çox çətindir. Texnologiyanın belə sürətli inkişafı insanların təfəkkürünə,
düşüncə tərzinə də güclü təsir edir. Texnoloji inqilabların insanların həyatına, onların
fəlsəfi dünyagörüşünə təsiri ilə bağlı ikili baxış mövcuddur. Bir qism elmi-texniki
tərəqqinin bəşəriyyətin həyatını daha da zənginləşdirdiyini, inkişaf etdirdiyini,
mükəmmələşdirdiyini iddia edir. Digər baxışa görə isə elmi-texniki tərəqqi
bəşəriyyəti məhvə doğru sürükləyir. Yeni texnologiyalar insan ilə təbiət arasındakı
əlaqələri məhvə doğru aparır. İnsan nə qədər sosial varlıq da olsa o təbiətdə
mövcuddur. Təbiətin məhvi isə insanın məhvi deməkdir. Bununla belə aparılan
araşdırmamızdan belə bir nəticəyə gəlmək olar ki, yaradılan hər bir texnologiya insan
ağlının, zəkasının nəticəsidir. Ondan bəşəriyyətin xilası və ya məhvi üçün istifadə
etmək seçimi məhz insanın özündən asılıdır. Həyatda hər bir şeyin insan üçün xeyirli
olub-olmaması fərdin həmin əşyalara yanaşma tərzindən asılıdır.
Texnikanın inqilabi funksiyası
307
ƏDƏBİYYAT
1. F.Q.İsmayılov. Müasir Qərb fəlsəfəsi. Bakı, Azərnəşr 1991.
2. Адорно Т.В. О технике и гуманизме // Философия техники в ФРГ. М.:
Прогресс, 1989. - С. 364-371.
3. Воронин А.А. Техника как коммуникативная система // Вопросы
философии. — 1997.— № 5. — С. 96 -105.
4. Суркова JI.B. Технократизм: социокультурный феномен. М.: 1992.-172с.
5. Хайдеггер М. Вопрос о технике // Время и бытие. Статьи и выступления.
— М.: Республика, 1993. — С. 221-238.
6. Эллюль Ж. Другая революция // Новая технократическая волна на
Западе. —М.: Прогресс, 1986. —С. 147-152.
7. Шпенглер О. Человек и техника // Культурология. XX век: Антология.
— М.: Юрист, 1995.— С. 454-494.
8. Ясперс К. Современная техника // Смысл и назначение истории.-М.:
Политиздат, 1991. —С. 113-140.
9. Хабермас Ю. Техника и наука как «идеология» / Перевод с нем. M.JL
Хорькова. — М.: Праксис, 2007. — 208 с.
10. www.wikipedia.org
Ləman Əliyeva
308
XÜLASƏ
«Texnika - insan» problemi texnodünyada bəşərin özü tərəfindən yaradılan həyat
tərzi, mövcudluq deməkdir. Sosiomədəni baxışdan bu o anlama gəlir ki, süni olaraq
yaradılmış texnodünya insanın həyatında hansı yeri tutur və hansı rolu oynayır.
Texnikanın əsas məqsədlərindən biri də – insanı təbiətin «ağuşundan» azad edərək
ona bir qədər müstəqil davranması üçün şərait yaratmaqdır. Lakin təbiətdəki kəskin
asılılıqdan azad olan insan özünü bilmədən texnikadan tamamilə asılı vəziyyətə salır.
SUMMARY
"Technique - a man" - this is the problem of existence, a way of life in his own
making Technoworld with sociocultural point of view - the place and role of artificial
Technoworld in human life. One of the intended technology the liberation of man
from the "embrace" of nature, the acquisition of a certain freedom and independence
from nature. But, freed from the rigid natural necessity, in general, unwittingly
put tough technical necessity
РЕЗЮМЕ
"Техника — человек" — это проблема существования, образа жизни
человека в созданном им самим техномире, с социокулътурной точки зрения —
о месте и роли искусственного техномира в жизни человека. Одно из
предназначений техники — освобождение человека от "объятий" природы,
обретение им свободы и некоторой независимости от природы. Но,
освободившись от жесткой природной необходимости, человек на ее место, в
общем-то незаметно для себя поставил жесткую техническую необходимость.
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
309
ƏRƏB DİLÇİLƏRİ SİBƏVEYHİ VƏ İBN MALİKİN
“MÜRACİƏT”LƏ BAĞLI GÖRÜŞLƏRİ
Hümbətəliyeva Sevinc Mübariz
Bakı Dövlət Universiteti
Açar sözlər: Bəsrə, Kufə qrammatikası, sərf-nəhv, müqayisə
Keywords: Basra. Kufa Grammarians. Sarf-nahv. Comparison.
Ключевые слова: Басрийские и Куфийские грамматики, сарф и нахв, сравнение
Müraciət ədatlarının ərəb qrammatikasının ayrılmaz mövzularından biri olduğu-
nu düşünən Sibəveyhi bu məsələni ərəb qrammatikası sahəsində ilk mükəmməl kitab
olan ”Əl-Kitab” əsərində digər mövzularla yanaşı şəkildə araşdırmışdır. Sibəveyhi
ərəb (islam) aləmində “Quranu Ən-Nəhvi” –Nəhvin Quranı kimi tanınmış ərəb
qrammatikasının ilk əsəri olan “Əl-Kitab” da ərəb dilində müraciət bəhsinə xeyli yer
ayırmış, müraciət ədatlarının bölgüsünü aparmış və ərəb dili kəlmələri içərisində
onların yerini müəyyənləşdirmişdir. Bu araşdırma və bölgülər müraciət ədatlarının
sonrakı filoloqlar tərəfindən daha dərindən tədqiqi üçün bir əsas olmuşdur.
Sibəveyhinin ardıclıları bu ilkin mənbənin bölgülərindən çox da uzaqlaşa bilməmiş
və onun ətrafında müəyyən mülahizələr söyləmişlər.
Sibəveyhi adı çəkilmiş əsərində müraciətin tərifini verdikdən sonra birbaşa
“Nəsb amili” nə nəzər yetirmiş və Xəlil İbn Əhməd Əl-Fərahidini öz ustadı olduğunu
qeyd etmiş, onun təkcə müraciət haqqında nəsb amili ilə bağlı fikirlərini deyil,
ümumilikdə müraciət ədatları ilə bağlı müxtəlif fikir və mülahizələrini qeyd etmişdir.
O yalnız bununla kifayətlənməmiş, mövzunun şərhi zamanı özü ilə Xəlil arasında
sanki bir dialoq qurmuş və “dedi” və “dedim” felini dəfələrlə təkrarlamışdır.
Sibəveyhi sual-cavabı xatırladan bu məşhur dialoq nəticəsində ərəb dilçiliyində ilk
dəfə olaraq müraciət mövzusuna aydınlıq gətirmişdir.
Sibəveyhi müraciət bəhsini müxtəlif fəsillərə bölərək hər bir fəsildə müəyyən
hissəni tədqiq etməyə çalışmışdır. Onun bölgüləri sonrakı filoloqların bu mövzu ilə
bağlı bölgülərindən cözəçarpan şəkildə fərqlənir. Belə ki, ondan sonrakılar hər bir
fəsli yarımfəsillərə bölərək tədqiq etmişlər. Beləliklə də müraciət bəhsi sonrakı
dilçilər tərəfindən iyirmi beş yarımfəslə bölünərək “Əl-Munadə Əl-Məbni”, “Əl-
Munadə Əl-Muərrəb”, “Ən-Nudbə”, “Ət-Tərxim” və s. bölgülərdə araşdırılmışdır.
Dostları ilə paylaş: |