Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə116/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   112   113   114   115   116   117   118   119   ...   161

 Ləman Əliyeva 

306


Qeyri-səlis məntiq nəzəriyyəsindən  əlavə Lütfi Zadə 5 fundamental elmi 

nəzəriyyə  təklif etmişdir. O, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, 

“Sözlə  işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəc nəzəriyyəsi”, “Soft 

kompyutinq” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurul-

masında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Lütfi Zadənin elmdə Z çevir-

mə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sis-

temlərini yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məhşur vəziyyətlər 

fəzası, dinamik sistemlərin idarə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsa-

sını təşkil edir. ABŞ-ın Milli Kosmik Tətqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr 

əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. [9]  

Nəticə olaraq demək olar ki, bugünkü həyatımızı texnologiyalarsız təsəvvür 

etmək çox çətindir. Texnologiyanın belə sürətli inkişafı insanların təfəkkürünə, 

düşüncə tərzinə də güclü təsir edir. Texnoloji inqilabların insanların həyatına, onların 

fəlsəfi dünyagörüşünə  təsiri ilə bağlı ikili baxış mövcuddur. Bir qism elmi-texniki 

tərəqqinin bəşəriyyətin həyatını daha da zənginləşdirdiyini, inkişaf etdirdiyini, 

mükəmmələşdirdiyini iddia edir. Digər baxışa görə isə elmi-texniki tərəqqi 

bəşəriyyəti məhvə doğru sürükləyir. Yeni texnologiyalar insan ilə  təbiət arasındakı 

əlaqələri məhvə doğru aparır.  İnsan nə  qədər sosial varlıq da olsa o təbiətdə 

mövcuddur. Təbiətin məhvi isə insanın məhvi deməkdir. Bununla belə aparılan 

araşdırmamızdan belə bir nəticəyə gəlmək olar ki, yaradılan hər bir texnologiya insan 

ağlının, zəkasının nəticəsidir. Ondan bəşəriyyətin xilası  və ya məhvi üçün istifadə 

etmək seçimi məhz insanın özündən asılıdır. Həyatda hər bir şeyin insan üçün xeyirli 

olub-olmaması fərdin həmin əşyalara yanaşma tərzindən asılıdır. 

 

 



 


Texnikanın inqilabi funksiyası 

307


 

ƏDƏBİYYAT 

 

1.  F.Q.İsmayılov. Müasir Qərb fəlsəfəsi. Bakı, Azərnəşr 1991. 



2.  Адорно  Т.В.  О  технике  и  гуманизме // Философия  техники  в  ФРГ.  М.: 

Прогресс, 1989. - С. 364-371.  



3.  Воронин  А.А.  Техника  как  коммуникативная  система // Вопросы 

философии. — 1997.— № 5. — С. 96 -105.  



4. Суркова JI.B. Технократизм: социокультурный феномен. М.: 1992.-172с. 

5. Хайдеггер М. Вопрос о технике // Время и бытие. Статьи и выступления. 

— М.: Республика, 1993. — С. 221-238.  



6.  Эллюль  Ж.  Другая  революция // Новая  технократическая  волна  на 

Западе. —М.: Прогресс, 1986. —С. 147-152.  



7.  Шпенглер  О.  Человек  и  техника // Культурология. XX век:  Антология. 

— М.: Юрист, 1995.— С. 454-494.  



8.  Ясперс  К.  Современная  техника // Смысл  и  назначение  истории.-М.: 

Политиздат, 1991. —С. 113-140.  



9.  Хабермас  Ю.  Техника  и  наука  как  «идеология» / Перевод  с  нем. M.JL 

Хорькова. — М.: Праксис, 2007. — 208 с.  



10. www.wikipedia.org 

 

 



 

 

 




 Ləman Əliyeva 

308


 

XÜLASƏ  

 

«Texnika - insan» problemi texnodünyada bəşərin özü tərəfindən yaradılan həyat 



tərzi, mövcudluq deməkdir. Sosiomədəni baxışdan bu o anlama gəlir ki, süni olaraq 

yaradılmış texnodünya insanın həyatında hansı yeri tutur və hansı rolu oynayır. 

Texnikanın  əsas məqsədlərindən biri də – insanı  təbiətin «ağuşundan» azad edərək 

ona bir qədər müstəqil davranması üçün şərait yaratmaqdır. Lakin təbiətdəki kəskin 

asılılıqdan azad olan insan özünü bilmədən texnikadan tamamilə asılı vəziyyətə salır.  

 

 



SUMMARY 

 

"Technique - a man" - this is the problem of existence, a way of life in his own 

making Technoworld with sociocultural point of view - the place and role of artificial 

Technoworld in human life. One of the intended technology  the liberation of man 

from the "embrace" of nature, the acquisition of a certain freedom and independence 

from nature. But, freed from the rigid natural necessity, in general, unwittingly 

put tough technical necessity 

 

 



РЕЗЮМЕ 

 

"Техника — человек" — это  проблема  существования,  образа  жизни 



человека в созданном им самим техномире, с социокулътурной точки зрения — 

о  месте  и  роли  искусственного  техномира  в  жизни  человека.  Одно  из 

предназначений  техники — освобождение  человека  от  "объятий"  природы, 

обретение  им  свободы  и  некоторой  независимости  от  природы.  Но, 

освободившись  от  жесткой  природной  необходимости,  человек  на  ее  место,  в 

общем-то незаметно для себя поставил жесткую техническую необходимость. 




Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri 

309


 

 

ƏRƏB DİLÇİLƏRİ SİBƏVEYHİ VƏ İBN MALİKİN  

“MÜRACİƏT”LƏ BAĞLI GÖRÜŞLƏRİ 

 

Hümbətəliyeva Sevinc Mübariz 

Bakı Dövlət Universiteti 

 

Açar sözlər: Bəsrə, Kufə qrammatikası, sərf-nəhv, müqayisə 

Keywords: Basra. Kufa Grammarians. Sarf-nahv. Comparison. 

Ключевые слова: Басрийские и Куфийские грамматики, сарф и нахв, сравнение  

 

Müraciət ədatlarının ərəb qrammatikasının ayrılmaz mövzularından biri olduğu-



nu düşünən Sibəveyhi  bu məsələni ərəb qrammatikası sahəsində ilk mükəmməl kitab 

olan ”Əl-Kitab”  əsərində digər mövzularla yanaşı  şəkildə araşdırmışdır. Sibəveyhi 

ərəb (islam) aləmində “Quranu Ən-Nəhvi” –Nəhvin Quranı kimi tanınmış  ərəb 

qrammatikasının ilk əsəri olan “Əl-Kitab” da  ərəb dilində müraciət bəhsinə xeyli yer 

ayırmış, müraciət  ədatlarının bölgüsünü aparmış  və  ərəb dili kəlmələri içərisində 

onların yerini müəyyənləşdirmişdir. Bu araşdırma və bölgülər müraciət  ədatlarının 

sonrakı filoloqlar tərəfindən daha dərindən tədqiqi üçün bir əsas olmuşdur. 

Sibəveyhinin ardıclıları bu ilkin mənbənin bölgülərindən çox da uzaqlaşa bilməmiş 

və onun ətrafında müəyyən mülahizələr söyləmişlər. 

Sibəveyhi adı  çəkilmiş  əsərində müraciətin tərifini verdikdən sonra birbaşa 

“Nəsb amili” nə nəzər yetirmiş və Xəlil İbn Əhməd Əl-Fərahidini öz ustadı olduğunu 

qeyd etmiş, onun təkcə müraciət haqqında nəsb amili ilə bağlı fikirlərini deyil, 

ümumilikdə müraciət ədatları ilə bağlı müxtəlif fikir və mülahizələrini qeyd etmişdir. 

O yalnız bununla kifayətlənməmiş, mövzunun şərhi zamanı özü ilə  Xəlil arasında 

sanki bir dialoq qurmuş  və “dedi” və “dedim” felini dəfələrlə  təkrarlamışdır.  

Sibəveyhi sual-cavabı xatırladan bu məşhur dialoq nəticəsində  ərəb dilçiliyində ilk 

dəfə olaraq müraciət mövzusuna aydınlıq gətirmişdir. 

Sibəveyhi müraciət bəhsini müxtəlif fəsillərə bölərək hər bir fəsildə müəyyən 

hissəni tədqiq etməyə çalışmışdır. Onun bölgüləri sonrakı filoloqların bu mövzu ilə 

bağlı bölgülərindən cözəçarpan  şəkildə  fərqlənir. Belə ki, ondan sonrakılar hər bir 

fəsli yarımfəsillərə bölərək tədqiq etmişlər. Beləliklə  də müraciət bəhsi sonrakı 

dilçilər tərəfindən  iyirmi beş yarımfəslə bölünərək “Əl-Munadə  Əl-Məbni”, “Əl-

Munadə  Əl-Muərrəb”, “Ən-Nudbə”, “Ət-Tərxim” və s. bölgülərdə araşdırılmışdır. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə