Hümbətəliyeva Sevinc Mübariz
310
Sibəveyhi müraciətə tam tərif verdikdən sonra onu ümumi şəkildə iki böyük qola
bölmüş və bu qollar ətrafında birləşmiş bölgülər arasında bəzi hallarda rabitəsizlik
hiss olunur. O, nudbə və tərximi də müraciətin fəsillərinə aid etdiyi halda, əslində
onları müraciətin əsas aparıcı hissələri hesab etmir. Bundan sonra isə fəsillərin daxili
tərkib məsələsi ortaya çıxır, Əl-Munadə Əl-Məbni bütün növləri ilə birlikdə əvvəl
gəlmir və həmçinin Əl-Mənsub və Əl-Muərrab bəhslərində olan mövzularla qarışır.
Bu da adı çəkilən mövzunun tərtibatla öyrənilməsini çətinləşdirir. Bundan əlavə
Sibəveyhinin mövzunu “dedi”, “dedim” prinsipi üzrə tədqiqi zamanı bəzən mükalimə
uzandığı üçün bir çox hallarda əsas fikirdən kənara çıxır və qarışıqlıq yaranır.
Sonrakı dövr alimlərinin apardıqları tədqiqatlardan hasil olan təcrübə göstərir ki,
qrammatik mövzuların araşdırılması üçün belə bir üsul çox da faydalı deyildir. Bu,
xütbələrdə, möizələrdə və s. ictimai xarakterli nitq şəraitində əlverişli olduğu halda
dilçiliklə bağlı mövzuların şərhində effektli deyildir.
Sibəveyhinin əsərdəki mövzu ilə bağlı daxili tərtibat probleminə gəldikdə isə,
qeyd etmək lazımdır ki, burada da dialoq üsulunun mənfi tərəfi özünü göstər-
məkdədir. Yenə də qarışıqlıq özünü göstərir, məntiqsizlik hiss olunur. Buradan belə
bir nəticəyə gəlmək olur ki, Sibəveyhinin fikri mövzu ilə bağlı bütün məqamları
tərtibat nəzərə alınmadan kitabda cəm etmək olmuşdur. Bütün bunlarla bərabər onu
da qeyd etmək lazımdır ki, Sibəveyhinin bu əsəri müraciət mövzusu ilə bağlı geniş
məlumat verən ilk mənbədir və ondan sonra gələn alimlər tərtibat, ardıcıllıq və
bölgülər nəzərə alınmazsa onun dediklərinə çox da geniş əlavələr edə bilməmişlər.
Sibəveyhi yazmış olduğu və zəmanəsinin ən mükəmməl dilçilik əsəri olan bu
kitabı ilə ərəb qrammatikası sahəsində flaqman və ən məşhur filoloq-dilçi kimi
tanınmağa başladı. Böyük ərəb alimi Mazini bu barədə deyirdi: “Sibəveyhidən sonra
ərəb qrammatikası sahəsində böyük bir əsər yazmağa girişmək istəyən şəxs bir qədər
çəkinməlidir”. Təbii ki, bu fikirdə müəyyyən qədər mübaliğə hiss olunur. Çünki, ərəb
qrammatikası Sibəveyhinin dövründə heç də özünün kamil zirvəsinə çatmamış,
əksinə hələ yenicə tədqiq olunmağa və araşdırılmağa başlanmışdı. Sibəveyhinin bu
əsəri isə ərəb dilinin ilk yazılı kitabı kimi özündən sonrakı alimlərin əsərlərinə bir
giriş rolunu oynamaqla onların fəaliyyətinin sürətli inkişafına təsir göstərirdi.
Sibəveyhidən sonra ərəb qrammatikasına dair əsər yazmağa girişən ilk
alimlərdən biri İbn Sərrac oldu. O, “Əl-Üsul” və “Əl-Mucəz” adlı iki qiymətli əsər
yazmaqla ərəb nəhvinin inkişafına qiymətli töhfə verdi.
İbn Əl-Ənbari onun “Əl-Üsul” əsəri barədə yazır: “Bu əsərdə ərəb dilinin əsasları
cəm olunmuşdur. İbn Sərrac Sibəveyhinin mövzularını götürərək onları gözəl tərtiblə
tədqiq etmişdir”. Mərzubani bu əsər haqqına danışarkən bu ifadələri işlədir: “Bu əsər
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
311
bütünlüklə Sibəveyhinin kitabından götürülmüş, onun bəzi “bölgüləri” “fəsillərlə” əvəz
olunmuşdur. Məna isə olduğu kimi Sibəveyhidəki mənadır”. İbn Cinni də bu məsələyə
diqqət yetirərək yazır: “İbn Sərrac bu kitabda heç bir yen söz deməmişdir”.
Lakin bir sıra filoloqlar bu mövzudan bəhs edərkən İbn Sərracın bu sahədə
böyük xidmət göstərdiyini qeyd edir, onun Sibəveyhinin dediklərini yeni bölgü və
tərtibatla işlədiyini bildirirlər. Yaqut Əl-Həməvi məsələ ilə bağlı fikirlərini bu şəkildə
ifadə edir: “Ərəb nəhvi dəlisov vəziyyətində olmaqda davam edirdi, İbn Sərrac onu
öz üsul və qaydaları ilə ağıllandırdı”. İbn Xəlliqan da bu mövzuya toxunaraq yazır:
“Bu kitab qrammatika ilə bağlı yazılmış ən gözəl əsərlərdəndir”.
İbn Sərracın “Əl-Mucəz” kitabına gəldikdə isə bu əsər onun “Əl-Usul” əsərinin
ixtisarla verilmiş şəkli təsirini bağışlayır.
Sibəveyhi müraciət bəhsi ilə bağlı söhbətə başlayarkən “Bu müraciət fəslidir.”
Cümləsini işlətdiyi halda, İbn Sərrac “müraciət fəsli” ifadəsi ilə kifayətlənir.
Sibəveyhi müraciət mövzusuna başlayarkən müraciətin tərifi verdikdən sonra onun
haqqında Xəlil və Yunusla dialoq şəklində fikirlərini bölüşdüyü halda , İbn Sərrac
əsərində birbaşa mövzunun şərhinə başlayaraq müraciət ədatlarını göstərir müraciətin
növlərinin göstərir və müraciətin məqsədlərini açıqlayır.
İbn Sərracın Əl-Usul əsərinin müraciətlə bağlı fəsillərini araşdırıb Sibəveyhinin
adı çəkilmiş əsərini müvafiq bölümü ilə müqayisə edərkən, aydın olur ki, birinci
sonrakının əsərinə çoxlu istinadlarla yanaşı, eyni zamanda ona müəyyən əlavələr
etmiş və tərtibində xeyli dəyişikliyə yer vermişdir. Sihəveyhinin əsəri və İbn Sərracın
həmin iki əsərindəki müraciət bəhsi mövzusunda bir-birinə uyğun və demək olar ki,
mənaca üst-üstə düşən mövzular “təəccüb və tələb məqsədi ilə müraciətə əlavə edilən
ləm” və “nudbə” bölmələridir.
Bu iki filoloqun müraciət mövzusu ilə bağlı ifadə etdikləri fikirlər arasında
müqayisə apararkən məlum olur ki, İbn Sərrac Sibəveyhinin mövzu ilə bağlı
fikirlərini daha da inkişaf etdirmiş və onun istilah cəhətdən zənginləşməsinə və tərtib
cəhətdən daha da təkmilləşməsinə səbəb olmuşdur. Bütün bunlar da Sibəveyhinin
müxtəlif ibarələrlə bildirdiyi fikirlərin İbn Sərrac tərəfindən konkret, qısa istilah
halına salınması ilə nəticələnmişdir. İbn Sərracın mövzunun aydınlaşdırılmasında
digər bir xidməti Sibəveyhi tərəfindən verilmiş həqiqi və məcazi müraciət məsələsini
daha da dəqiqləşdirməsi olmuşdur.
Qeyd etmək lazımdır ki, mövzunun təhlili zamanı bir çox hallarda Sibəveyhidə
nəzərə çarpan sual-cavab üslubuna İbn Sərracda təsadüf edilmir. Bu da onunla izah
oluna bilər ki, o, Sibəveyhidən sonra Bəsrə dilçilik məktəbinin məşhur nümayəndələ-