Hümbətəliyeva Sevinc Mübariz
312
rindən biri Əl-Mübərrəd və Kufə məktəbinin tanınmış alimi Əl-Əxfəşdən sonra
gəlmiş və onların təcrübəsini də mənimsəmişdi.
Məlumdur ki, bir çox qrammatik məsələlərə münasibətdə İbn Malikin özünə-
məxsus yanaşması olmuşdur. Lakin bu hal “Umdətu Əl-Hafiz” əsərində daha çox
hiss olunsa da, “Təshil Əl-Fəraid” əsərində o qədər də qabarıq şəkildə hiss olunmur
və elə güman etmək olar ki, bu əsər tələbələr üçün ixtisarla və Sibəveyhinin
üslubunda tərtib olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, adı çəkilmiş əsərin
tələbələr üçün bir dərs vəsaiti kimi ixtisarla yazılmasına baxmayaraq, burada da İbn
Malikin üslubuna malik ümumi bir çətinlik və qarışıqlıq hiss olunmaqdadır.
İbn Malik “Şərhu umdəti Əl-Hafiz” əsərində müraciət ədatları haqqındakı
söhbətinə iki cəhətdən – nəhv və sərf cəhətdən başladığı halda, “Təshil Əl-Fəraid”
əsərində Sibəveyhinin üsulu ilə gedərək mövzunun şərhinə müfrəd, mudaf, mənsub
və s. bu kimi məsələlərlə başlayır.
İbn Malik “Şərhu umdəti Əl-Hafiz” əsərində “Tabiu Əl-Munadə” bəhsindən
sonra “Əl-İstiğasə” adlı bəhsə keçir, daha sonra isə beşinci fəsildə “Ən-Nudbə” və
altıncı fəsildə də “Hazfu harfi Ən-Nida” fəslini araşdırmağa başlayır. Burada
“müraciət ədatlarının həzfindən (düşməsindən)” təfsilatı ilə geniş məlumat verməyə
çalışan filoloq həddindən artıq müqayisələr aparır və bu da nəhayətdə “tərxim” və
“həzf” məsələlərinin bir-biri ilə qarışmasına gətirib çıxarır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müəllif adı çəkilmiş mövzular barədə
“Umdə” əsərində “Ət-Təshil” əsərinə nisbətən daha geniş məlumat verməyə çalışır. Bun-
dan sonra da alimin həmin iki kitabında başqa bir problemin həllinə yanaşmada – müraciət
ədatlarının xüsusiləşdirilməsi məsələsində müəyyən fərqlər özünü göstərməkdədir.
İbn Malikin müraciət ədatları ilə bağlı tədqiqatlarını diqqətlə nəzərdən keçir-
dikdə, aydın olur ki, Sibəveyhinin bu alimin üslubuna da böyük təsiri olmuşdur. Bu
da bir həqiqətdir ki, elmi və intellektual səviyyəsindən asılı olmayaraq hər bir sonra
gələn filoloq istər, istəməz özündən əvvəl yazıb yaratmış, həmin sahədə tədqiqat
aparmış sələflərinin yaradıcılığı ilə bu və ya digər dərəcədə maraqlanır, ondan
istifadə edir. İbn Malikdə bu cəhətdən istisna təşkil etməmiş, özünəqədərki elmi irsi
mənimsəməyə çalışmış və yeri gəldikcə ondan bəhrələnməyə çalışmışdır. O bu
cəhətdən bir qədər də irəli gedərək, ərəb dilçiliyi sahəsində ilk mükəmməl əsərin
müəllifi Sibəveyhini hətta təqlid etməkdən belə çəkinməmişdir. Bu vəziyyəti İbn
Malikin “müraciət” bəhsi ilə bağlı fəslində açıq-aşkar hiss etmək mümkündür. O, bu
fəslin tərtibində Sibəveyhinin təsirindən nə qədər uzaqlaşmağa çalışsa da, buna nail
ola bilməmiş, əksinə bu mövzunun Sibəveyhinin tərtibinə uyğun bir şəkildə ortaya
qoyulmasına məcbur olmuşdur.
Ərəb dilçiləri Sibəveyhi və İbn Malikin “müraciət”lə bağlı görüşləri
313
İbn Malikin “Əl-Xulasə” əsərinə gəldikdə isə, o həmin əsərini tamamilə fərqli,
qeyri-adi bir üslubda- şer şəklində ortaya qoyduğu üçün, özünəməxsus tərtibatı və
ifadə tərzi baxımından qrammatikaya dair yazılmış kitablardan tamamilə fərqlənir.
Müəllif bu əsərini Allaha həmd-səna, Peyğəmbərə (s) salavat və salam göndər-
mək və Allahdan bağışlanma diləməklə başlayır. O, bundan sonra isə nəhv və sərf
mövzularına keçərək sözün mənasını qeyd edir və mərfuat (adlıq halında olan söz-
lər), mənsubat (təsirlik halında olan sözlər), məcrurat (yiyəlik halında olan sözlər),
fel və onun erabı (fleksiyası), təsğir (kiçiltmə), vəqf (dayanma), ibdal (bir hərfi bağqa
bir hərflə dəyişmə), idğam (iki səsin assimilyasiyası) mövzularını araşdırmağa
çalışır. İbn Malik bütün bunlardan sonra isə ərəb dilində müraciət məsələlərinin
təhlilinə girişir və bu mövzuya qırx altı beyt həsr edir. Müəllif bu hissədə müraciət
ədatları və onların işlənmə şəraiti, məbni və murab müraciət, əl-istiğasə, ən-nudbə,
ət-tərxim həmin məsələ ilə bağlı olan bir çox mühüm problemləri təhqiq edir.
ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1.
Məmmədəliyev V. M. Ərəb dilçiliyi – Bakı, 1985 il. 287 s.
2.
Məmmədəliyev V.M. Kufə qrammatika məktəbi. Bakı, 1988, 115 s.
3.
Məmmədəliyev V.M. Bəsrə qrammatika məktəbi. Bakı: ADU, 1983, 118 s.
Rus dilində
4.
Гранде Б.М. «Грамматика арабского литературного языка». Москва,
1962 г., 300 с.
5.
Гиргас В.Ф. «Очерк грамматической системы арабов». C.-Петербург
1873 г., 192 с.
Ərəb dilində
٦
(
نبإ
ىنج
وبأ
حتفلا
نامثع
نب
،ىنج
،صئاصخلا
١
-
٣
،
رشن
:
دمحم
ىلع
،راحنلا
راد
بتكلا
،ةيملعلا
ةرھاقلا
١٩٥٦
\
١٩٥٢
٧
(
،ءابللاا ةحزن .رابنلاا نبا
314
.ص
٨
(
نبا
ميدنلا
.
،تسرھفلا
،توريب
ةبتكم
،طايخ
٢
١٩٩
،
٤١٩
ص
٩
(
نبإ
ىنج
وبأ
حتفلا
نامثع
نب
،ىنج
،صئاصخلا
١
-
٣
،
رشن
:
دمحم
ىلع
،راحنلا
راد
بتكلا
،ةيملعلا
ةرھاقلا
١٩٥٦
\
١٩٥٢
١٠
،ظفاحلا ةدمع حرش ،كلام نبا (
٢٨٦
-
٢٩٤