Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə119/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   115   116   117   118   119   120   121   122   ...   161

 Hümbətəliyeva Sevinc Mübariz 

314


 

RESUME 

 

“Al- Kitab” by Sibaveyn is the first source where the conversional theme is 



widely described. The  author to the conversion in Arabic, made the division of 

conversional particles and determined their place in Arabic lexicon.  

We can also find some considerations about conversion in the book of “Al-

Khulasa” by Ibn Maliki. Linguist analysed the conversional issues and devoted forty 

six couplets to this theme. The author investigated very important problems of 

conversional  particles and their using conditions.  

  

 

РЕЗЮМЕ 



 

Известный  грамматический  трактат  «Аль-Китаб»  Сибавейхи  является 

первым  источником,  где  содержиться  довольно  обширная  информация  о 

проблеме  обращений  в  арабском  языке.  Автор  уделив  данной  теме 

значительное  внимание,  впервые  провел  классификацию  частиц  обращения  и 

попытался уточнить их позицию в системе языковой иерархии. 

Также  как  Сибавейхи,  Ибн  Малик  в  своей  книге  «Аль-Хуласа»  высказал 

свое  мнение  по  поводу  «обращения»  в  арабском  языке.  Он  посвятил  этой 

проблеме сорок шесть бейтов, в которых коснулся важных проблем связанных 

с частицами обращения вобщем, и обстоятельством их употребления в речи в 

частности. 

 

 



 


Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri 

315


 

 

DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ İSLAMIN YAYILMA SƏBƏBLƏRİ 

 

Elnur Kərim oğlu MUSTAFAYEV 

AMEA-nın Z.Bünyadov adına     

Şərqşünaslıq İnstitutunun doktorantı 

 

 

Açar sözlər: İslam, Din, Dünya  

Key words: İslam, Religion, World 

Ключевые слова: Ислам, Религия, Мир 

 

Son əsrdə ümumi dünya ölkələri  üzrə İslam dinin geniş şəkildə yayılması bəzi 



elm və siyasət adamlarının marağına səbəb olmuşdur. Xüsusi ilə  Qərbi – Avropa 

ölkələrində  və  Şimali – Amerika materikində sürətlə islamın yayılması dövlət 

orqanlarını  həyəcan təbili çalmağa vadar etmiş  və bir çox təəccübə  səbəb olacaq 

statistik məlumatlar əldə edilmişdir. Aşağıda bəzi kütləvi informasiya vasitələrinin və 

təşkilatların müsəlmanların artımı ilə bağlı statistik məlumatları qeyd edəcəyik.  

“CNN” – in müxbirlərindən olan Ricard Allen Qrin dünyada müsəlmanların sayı 

ilə bağlı “Müsəlman əhalisinin gələcəyi  2030 öncə görmə” adlı  apardığı araşdırmanı 

çap etdirib. Həmin araşdırmada bəzi maraqlı faktlar ortata çıxmışdır. Ricard Allen 

Qrinin qeyd etdiyi məlumatlara görə, iyirmi il bundan əvvəl dünyada təxminən 1.1 

milyard müsəlman olduğu halda iyirmi ildən sonra müsəlmanlar dünya əhalisinin 

dörddə birindən çoxunu təşkil edəcəkdir.  

“Pew” araşdırma mərkəzi Din və Cəmiyyət Həyatı Forumu tərəfindən hazırlanan 

hesabata görə müsəlmanlar iyirmi ildən sonra yer kürəsinin 26.4 faizin əhatə 

edəcəkdir. Hesabata əsasən 2010-cu ildə 1.6 milyard olan müsəlmanlar 2030 - cu ildə 

2.2 milyard olacaqdır. Belə ki, dünya əhalisi 2030- cu ildə 8.3 milyard olacaqdır ki, 

onun 2.2 milyardını müsəlmanlar təşkil edəcəkdir. Araşdırmanın gəldiyi nəticəyə 

görə müsəlman əhalisinin illik orta artım tempi müsəlman olmayan ölkələrlə nisbətdə 

iki dəfə çoxdur. 2010 cu il statistikasına görə müsəlman ölkələrində 1.5 dəfə artım 

olduğu halda qeyri-müsəlman ölkələrində bu rəqəm 0.7 – dir.  

“Pew” araşdırma mərkəzi qitələr üzrə  də  bəzi statistik məlumatları paylaşıb. 

Aparılmış  tədqiqata  əsasən dünyadakı müsəlmanların 62 faizi cənub-şərqi asiyada 

yaşayır. Bu bölgədə 1 milyard 5 milyon 507 min müsəlman var. 2030 cu ildə həmin 




 Elnur Kərim oğlu MUSTAFAYEV  

316


ərazilərdə müsəlmanların sayı 1 milyard 295 milyon 625 minə çatacaqdır. Bu artımla 

Asiya qitəsində  hər on nəfərdən üçü müsəlman olacaqdır.  İkinci müsəlmanların  ən 

çox yaşadığı bölgə  Şimali Afrika və Yaxın  Şərqdir. Hal-hazırda bu bölgədə 321 

milyon 869 min müsəlman yaşayır. 2030 cu ildə bu rəqəm 439 milyon 453 minə 

çatacaqdır. Bu rəqəmlə Afrika qitəsi dünya müsəlmanlarının 20 faizini əhatə 

edəcəkdir. Hesabata görə 2010-cu ildə mərkəzi – afrikada müsəlmanlar 242 milyon 

544 min olduğu halda 2030 cu ildə 385 milyon 939 min olacaqdır. Avropa qitəsinə 

gəlincə isə hal-hazırda 44 milyon 138 min müsəlman yaşayır. Bu rəqəm 2030 cu ilsə 

58 milyon 209 minə çatacaq ki, dünya müsəlmanlarının 8 faizini əhatə edəcəkdir. 

2030 cu ildə müsəlmanlar İngiltərənin 12, Fransanın 11, Belçikanın 10, Albaniyanın 

83, Makedoniyanın 43, Bolqarıstanın 16, Rusiyanın 14, Gürcüstanın 11 faizini əhatə 

edəcəkdir. Müsəlmanların  ən çox artım tempi Amerika qitəsində müşahidə olunur. 

İyirmi il ərzində müsəlmanların sayı bu qitədə iki dəfə artacaqdır. Hal-hazırda bu 

qitədə müsəlmanlar 5 milyon 256 min olduğu halda 2030 cu ildə 10 milyon 927 min 

olacaqdır. ABŞ- da 2010 cu il ststistikasına görə 2.6 milyondur və bu rəqəm iyirmi 

ildən sonra 6.2 milyona çatacaqdır. Kanada isə İslam dinini qəbul edənlər 1991 – ci 

ildən 2001 ci ilə qədər 30 faiz artmışdı. Iyirmi ildən sonra isə müsəlmanların sayı 2.7 

milyon olacağı ehtimal olunur. 

Yuxrida qeyd etdiyimiz müxtəlif mötəbər kütləvi informasiya vasitələrinin və 

araşdırma mərkəzlərinin məlumatları elm adamlarını  hərəkətə  gətirmişdir. Tez bir 

zamanda dayanmadan sürətlə müsəlmanların sayının artması müxtəlif təbəqənin 

insanlarını düşündürməyə  səbəb olmuş  və  fərqli elm sahələrinin nümayəndələrini 

İslamın yayılma səbəblərini araşdırmağa təşviq etmişdir. Bu məsələyə  məşğul olan 

sosiyoloqlar, dinşünas alimlər və politoloqlar müsəlmanların sayının artmasına bir 

neçə səbəbin amil olduğunu qeyd etmişdirlər.  

                                          

Ateizm və Darvinizm idealogiyasının çöküşü 

Bəşəriyyət tarixini araşdıran xüsusi ilə sosiologiya sahəsində tədqiqat aparan hər 

kəs 19 – cu əsrin ateizm və materializmin inkişaf etdiyi əsr olduğunu görəcəkdir. 

Bu dövrün ən önəmli hadisələrindən biri həmin  əsrəcən dünyaya hakim olan 

Teist (tək Allahlıq) inancı və dinlərə qarşı Ateizm düşüncəsinin meydana çıxmasidir. 

Düzdür, Ateizm qədim zamanlardan bəri mövcud olmuşdur lakin, bu fikrin əsl 

yüksəlişi 18 əsrdə Avropada bəzi fəlsəfə  cərəyanlarının və siyasi hadisələrin 

meydana çıxması ilə bağlıdır. Diderot, Baron de Holbak kimi materialistlərin 

kainatin  əzəldən mövcud olan maddə  yığımından meydana gəldiyini və maddənin 

xaricində heç bir aləmin olmadığını qeyd edirdilər. 19 əsrdən etibarən ateizm daha da 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə