Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə110/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   106   107   108   109   110   111   112   113   ...   161

 Gündüz Süleymanov 

292


Ümumbəşəri dəyərlər dedikdə insan cəmiyyətinin həyati maraqlarını əks etdirən 

və planetin hər bir insanı üçün ümumqiymətli kimi qavranılan varlığın norma və 

prinsipləri, həmçinin təbiət obyektləri, insanın maddi və  mənəvi fəaliyyətinin 

nəticələri başa düşülür (4, s. 1138). İlk dəfə belə dəyərlər Bibilistanda Hammurapinin 

qanunlarında öldürməməyə, oğurlamamağa dair məcəllələrdə öz əksini tapmışdır. 

Sonrakı dövrlərdə ümumbəşəri dəyərlər sisteminin qurulmasında insan meyarı önə 

çəkilir. Bu xüsusilə, insanlar, dövlətlər və xalqlar arasındakı münasibətlərdə “qızıl 

qaydanın” zəruriliyini vurğulayan T.Hobbs, F.Volter, J.-J.Russo, İ.Kantın etik 

təlimlərində  aşkar təzahür edir. Məsələn, C.Lokk hər bir insanın yaşamaq hüququ, 

azadlıq, mülkiyyət hüququ kimi dəyərlərin müqəddəsliyi və toxunulmazlığını bəyan 

etmişdir. ABŞ-ın Müstəqillik Bəyannaməsində  və Avropanın burjua inqilablarının 

başlıca ideyaları: “azadlıq”, “bərabərlik”, və “qardaşlıq” kimi ümumbəşəri dəyərlər 

götürülmüşdür. Bütün bu dəyərlər sonralar BMT-nin müvafiq sənədlərində öz əksini 

tapmışdır.  

XIX  əsrin sonu XX əsrin  əvvəllərində  Qərbin bir sıra görkəmli alimləri 

sivilizasiyaların yaranması  və toqquşmasından tez-tez danışmağa başlamışlar. XX 

əsrdə böyük ingilis tarixçisi, filosofu və sosioloqu A.Toynbi özünün 

“Sivilizasiyaların toqquşması” və digər  əsərlərində sivilizasiya haqqında aşağıdakı 

ideyaları təbliğ edirdi: “Sivilizasiyalar yaranırlar, inkişaf edirlər, sınırlar, süquta varıb 

dağılırlar. Bəşəriyyətin vəzifəsi – yeni sivilizasiya yaratmaqdan ibarətdir” (2). 

Doğrudan da, sivilizasiyaların yaranması, inkişafı, süqutu və dağılması ayrı-ayrı 

zamanlarda müxtəlif ziddiyyətlər və qarşıdurmalar sayəsində baş vermişdir. Reallıq 

olan budur ki, Qərb-Şərq ziddiyyətləri və qarşıdurmalarının minilliklərlə davam edən 

tarixi danılmazdır. Lakin xristianlıq və islam dinləri yaranıb, dünya dininə 

çevrildikdən sonra isə bu qarşıdurmalar, həmin dinlərə etiqad edən xalqlar və 

dövlətlər tərəfindən dinlər  əsasında yaradılan və onların adları ilə bağlı maddi-

mənəvi dəyərlərinin əsasını təşkil edən sivilizasiyalar – bütpərəst, yəhudi, xristian və 

islam sivilizasiyaları arasında davam etdirilmişdir. Bəşəriyyət artıq bu reallığı  dərk 

etməyə başlamışdır ki, dünyada mövcud olan sivilizasiyalar yanaşı yaşayıb 

əməkdaşlıq edə bilərlər və etməlidirlər. Onlar müəyyən dərəcədə bir-birini daha da 

təkmilləşdirə bilərlər. Qeyd olunanı  və elmi-texniki inkişafın müasir səviyyəsi ilə 

bağlı olan dünyadakı quruluşun real vəziyyətini nəzərə alaraq, müxtəlif 

mədəniyyətlər arasındakı əlaqələrin gücləndirilməsi zərurətini anlamaq olar.(1, s. 62) 

Müasir dövrdə  mədəniyyətlər arasında dialoq prosesində ümumbəşəri dəyərlər 

sisteminin yeri və rolu elmi-nəzəri maraq doğurmaya bilməz. Çünki dialoq 

prosesinin bütövlükdə baş tutması  tərəflər arasında ilkin razılaşdırılma prinsipləri 




Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi 

293


olmadan mümkün deyil. Fikrimizcə, ümumbəşəri dəyərlər məhz belə prinsiplərdən 

təşkil olunur. Qeyd etmək lazımdır ki, mədəniyyətlərarası dialoqun dövrün ziddiyyəti 

və  əsas təmayüllərini ehtiva edən  əsas problemə çevrilməsi, həm də qloballaşma 

prosesləri ilə sıx bağlıdır. İnformasiya inqilabının baş verməsi və qlobal informasiya 

şəbəkəsinin formalaşması ilə keyfiyyətcə yeni mərhələsinə  qədəm qoymuş 

qloballaşma prosesi mədəniyyətlərarası dialoqu günün tələbinə çevirmişdir. Təsadüfi 

deyildir ki, qloballaşma problemləri və sivilizasiyaların qarşılıqlı  təsirləri, onların 

bütün bəşəriyyət üçün faciəyə çevrilə biləcək toqquşmasının qarşısının alınması  və 

sivilizasiyalararası lokal münaqişələrin tənzimlənməsi geniş ictimaiyyət nümayən-

dələri və  tədqiqatçıların diqqətini özünə  cəlb etmişdir. Bəşəriyyətin inkişafının 

müasir mərhələsində mədəni universallaşma təmayülləri xüsusi aktuallıq kəsb edir və 

yeni strategiyaların və praktiki həllərin axtarışını  zərurətə çevirir. Lakin bununla 

yanaşı, sivilizasion fərqlərin mütləqləşdirilməsi və mədəniyyətlərarası münaqişələrin 

sülh yolu ilə  tənzimlənməsini istisna edən yanaşmalar da az deyil. Məsələn, 

S.Hantinqtona görə, yaxın gələcəkdə münaqişə və toqquşmalar daha da artacaq, eyni 

zamanda vahid bəşəriyyətdən söhbət belə açmaq mümkün olmayacaq (3, s. 537). 

İndi isə sivilizasiyaların yaranıb inkişaf etməsində və bir-biri ilə qarşılıqlı əlaqə 

və münasibətlərində maddi və  mənəvi dəyərlərin yerini müəyyənləşdirək.  İlk 

növbədə onu qeyd edək ki, iqtisadi inkişaf, elm və texnikanın tərəqqisinin ictimai 

inkişafda həlledici amil olmasına baxmayaraq, onlar sivilizasiyaların müxtəlifliyini, 

orijinallığını  fərqləndirən amilə çevrilmirlər. Belə ki, müxtəlif ölkələrin iqtisadi və 

texnoloji inkişaf səviyyələrinin dinamikası onu deməyə əsas verir ki, bu ölkələr yenə 

də məxsus olduğu sivilizasiyalı identikliyi qoruyub saxlayırlar. Bu vəziyyət ölkələrin 

hətta öz iqtisadi suverenliyini itirdikdə belə yenə özünü doğruldur. Məsələn, 

Hindistan və Çin, öz iqtisadi inkişaflarının müəyyən dövrlərində  Qərbdən asılı 

vəziyyətə düşsələr belə, yenə də orijinal, özünəməxsus sivilizasiya olaraq qalmışlar.  

Bir çox tədqiqatçıların, o cümlədən rus tədqiqatçısı Y.B.Yakovetsin fikrinə görə, 

sosial-siyasi quruluşlardakı  fərqlilik də sivilizasion identikliyə  təsir etmir. Bunu 

müxtəlif sosial-siyasi rejim və sistemlərin bir-birini əvəzlədiyi Qərb, Rusiya və Çin 

sivilizasiyalarının inkişaf tarixi də təsdiqləyir.  

Ümumilikdə belə  nəticəyə  gəlmək mümkündür ki, sivilizasiyalar arasında 

fərqlilik  əsasən sosiomədəni sahəyə aiddir. Sivilizasiyaların oxşarlığı  və ya 

fərqliliyini müəyyənləşdirən əsas əlamətlər məcmusu məhz bu sferada axtarılmalıdır. 

Sosiomədəni sahənin nüvəsini isə əsas elementləri elm, təhsil, etika, mədəniyyət və 

din olan mənəvi istehsal sahəsi təşkil edir. Burada əsas problem sadalanan 

elementlərdən hansının həlledici əhəmiyyət kəsb etməsini müəyyənləşdirməkdir. İlk 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə