Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı
282
Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və
sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça
endirildi. Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ
hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili
haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana
köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar»
partiyaları, Ümumerməni Xeyriyyə İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk
axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi.
Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün
gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki,
köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu
Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına
rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə «Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-
Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR
Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul
etdi(2.s.4).
SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa
azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında” qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda
görünməyən soyqırımına – deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla
köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir.Bu qərar
aşağıdakı qaydada tərtib edilmişdi:
SSRİ Nazirlər Soveti qərara alır:
1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz
ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhalisi,
onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-
ci ildə köçürülsün.
2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sovetinə bir
vəzifə olaraq tapşırılsın:
a) kolxozçular və digər azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-in Kür-
Araz ovalığına köçürülənlərə dövlət tərəfindən təqdim edilən şəraitin və güzəştlərin
izah edilməsini təşkil etsinlər;
Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair
283
b) köçürülən kolxozçularla onların getməsinə 10 gün qalmışdan gec olmayaraq
işlənmiş əmək günləri üzrə kolxozların istehsal planlarında nəzərdə tutulmuş
miqdarda tam hesablaşmanı təmin etsinlər;
c) köçürülənlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların
daşınmasını təmin etsinlər.
3. Nazirliklərin və idarələrin, təsisatların və müəssisələrin rəhbərlərinə bir vəzifə
olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülən şəxsləri işdən azad etsinlər.
4. Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhali üçün
aşağıdakı imtiyazlar müəyyən edilisin:
a) köçürülmələrə dövlət hesabına ödənişsiz gediş, hər ailəyə 2 tona qədər
miqdarda mal-qara və əmlak aparılması imkanı verilsin;
b) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən kolxozçulara SSRİ MİK və
Xalq Komissarlığı Sovetinin 17 noyabr 1937-ci il tarixli 115/2043 saylı: "Kənd
təsərrüfatı köçürülməsi üzrə güzəştlər haqqında" qərarı, məcburi süd tədarükü üzrə
güzəştlər istisna olmaqla, aid edilsin;
c) köçürülən ailələr gedərkən ailə başçısına 1000 manat və hər ailə üzvünə 300
manat miqdarında qaytarılmayan pul müavinəti verilsin;
d) Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşma
yerlərində nəğd hesabla ailə başçısına 1,5 sentner və hər ailə üzvünə 0,5 sentner
ərzaq taxılı satılsın.
5. Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülən
azərbaycanlı əhaliyə çıxdıqları yerlərdə tədarük təşkilatlarına dəyişmə qəbzləri ilə
kənd təsərrüfatı məhsullarını (taxıl, kartof), habelə karantin şərtlərinə görə aparılması
qadağan olunan mal-qaranı məskunlaşdırıldıqları yerlərdə həmin miqdarda məhsul və
mal-qara alınması hüquqi ilə təhvil verməyə icazə verilsin.
6. Kənd Təsərrüfatı bankına tapşırılsın:
a) Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülənlərin ehtiyacı olanlarına
yaşayış evləri və həyətyanı binalar tikilməsi üçün alındıqdan üç il sonra başlayaraq
10 il müddətində qaytarılmaqla bir təsərrüfata 20 min manata qədər məbləğdə kredit
versin;
b) ehtiyacı olan köçürülənlərə mal-qara almaq üçün hər ailəyə 3 min manat
məbləğində 5 il müddətinə, alındıqdan üç il sonra ödəməyə başlamaqla uzunmüddətli
borclar versin.
7. Yollar Nazirliyinə tapşırılsın:
Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı
284
a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri üzrə azərbaycanlı əhalinin,
onların əmlakının və mal-qarasının Azərbaycan SSR-ə təchiz olunmuş və dezin-
feksiya edilmiş vaqonlarda xüsusi tərtib edilmiş eşelonlarla daşınmasını təmin etsin;
b) köçürülənlərin çıxdıqları yerlərdə Yollar Nazirliyinin, Azərbaycan SSR
Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafikə
uyğun olaraq vaqonlar üçün ödəniş alınmadan yol idarəsi tərəfindən vaqonların
verilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul
hesablaşmaları dəmir yolu idarəsinin təqdim etdiyi hesablar üzrə aparılsın.
8. SSRİ Səhiyyə Nazirliyinə tapşırılsın ki, bütün köçürülənlərin çıxış yerlərində
tibbi baxışdan keçirilməsini, habelə onların getdikləri yolda tibbi-sanitariya xidmətini
təmin etsin. Eşelonların müşayiət edilməsi üçün şəxsi heyət və lazımi dərmanlar
ayırsın.
9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, azərbaycanlı əhalinin Ermənistan
SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin təmin edilməsi üçün Azərbaycan SSR-n
1948-ci il üçün büdcəsində zəruri xərcləri nəzərdə tutsun.
10. Ermənistan SSR Nazirlər Sovetinə və Azərbaycan SSR Nazirlər Sovetinə
tapşırılsın ki, bu Qərarı icra etmək məqsədilə bir ay müddətində Ermənistan SSR-dən
köçürülən əhalinin(köçürülməsi və Azərbaycan SSR-in Kür-Araz ovalığında
yerləşdirilməsinin təmin edilməsi üzrə konkret tədbirlər işləyib hazırlasın və onlar
barədə SSRİ Nazirlər Sovetinə məlumat versin.
11. Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş
tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin
ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.
SSRİ Nazirlər Sovetinin sədri İ. Stalin. SSRİ Nazirlər Sovetinin İşlər müdiri
A. Çadayev. (6. əlavə 10/ III- 48-ci il. № 754)
O zaman tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində 400
mindən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistandan deportasiya edilən
azərbaycanlıların sayı 10504, 1949-cu ildə 15713 nəfər, 1950-ci ildə 12232 nəfər,
1952-1953-cü illərdə 13760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olmuşdur.
Ümumiyyətlə, Ermənistan SSR-dən deportasiya
və etnik təmizləmənin bu
mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə
məcbur edilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və
əsasən azərbaycanlıların ilk yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli
idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il.
Dostları ilə paylaş: |