Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə108/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   104   105   106   107   108   109   110   111   ...   161

Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

285


Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı. Muğana köçürülən əhalinin 

əksəriyyəti-xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və  məişət şəraitinin pis 

olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları 

baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldı. 

İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək 

arzularını bildirdilərsə də, buna nail ola bilmədilər. 

 

Ümumiyyətlə  1905-1907, 1918-1920, 1948-1953, 1988-94-cü illərdə   öz tarixi 



ərazilərində etnik təmizləmə  və soyqırımı siyasətinə  məruz qalan yüz minlərlə 

azərbaycanlı kütləvi surətdə  qətlə yetirilmiş  və ata-baba yurdların-

dan deportasiya edilmişlər. 

1988-ci ildə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan – 185 

kənddən və başqa yaşayış  məntəqələrindən 230 min azərbaycanlı qovuldu, onlara 

məxsus 31 min ev, şəxsi təsərrüfat, 165 kolxoz və sovxozun əmlakı talandı, 214 nəfər 

öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi. Bununla da 

Ermənistan demək olar ki, monoetnik bir respublikaya çevrildi. 

Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı  həyata 

keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 

26-da ümummilli lider Heydər  Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı 

haqqında”   fərman erməni millətçilərinin cinayətkar  əməllərinə verilən dolğun və 

hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. 

Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə 

qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki  əzmkar və  qətiyyətli 

fəaliyyət bu gün Heydər  Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan 

Prezidenti cənab  İlham  Əliyev tərəfindən prinsipiallıqla davam etdiri-

lir.     Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən dövlətlərlə, nüfuzlu beynəl-

xalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotip-

ləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. 

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı  həyata keçirilən soyqırımı 

haqqında indiki və  gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu 

faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha 

belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm 

və   yenilməz milli birlik tələb olunur. Fikrimizcə, Azərbaycan xalqının başına 

gətirilən bu dəhşətli faciələrin  ən  əsas səbəblərindən biri həmin dövrlərdə birinci 

növbədə  dövlətciliyimizin əlimizdən alınması olmuşdur. Çünki dövlətçiliyi, ordusu 

olmayan xalqın başına istənilən müsibətləri gətirmək olduqca asandır. Ona görə  də 




 

Sadıqov Elbrus Cəlal oğlu, Vəliyeva Leyla Əli qızı

 

286


uzun illərdən bəri  əlimizdən alınmış, lakin son nəticədə 23 illik yaşı olan bugünkü 

müstəqil Azərbaycan Respublikasının qorunması hər bir Azərbaycanlı kimi bizim də 

müqəddəs vəzifəmizdir. Çünki yalnız və yalnız o zaman bizim  təhlükəsizliyimiz 

təmin olunar, yaşadığımız yerlərdən didərgin salınmaz və son qisasımızı ala bilərik 

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə desək: 

Öz tarixini bilməyən insan, 

Özünü tanımaz sözünü bilməz 

Səfalı çeşmədən su içən nadan 

İçdiyi çeşmənin gözünü bilməz 

 

Odur ki, bizim hər birimiz  keçmişimizi yadda saxlamalıyıq, çünki keçmişini 



yadda saxlamayan xalq onu təkrarlamağa məhkumdur. 

Belə deyilir ki, tarix təkrar olunur . Bəli, azərbaycan torpaqları keçmiş 

zamanlardan işğallara məruz qalmışdır və xalq yenidən öz doğma torpaqlarına 

dönmüşdür. cənab prezident İlham Əliyevin sözleri ilə desək: " Azərbaycan bir qarış 

torpağını da heç kimə güzəştə getməyəcək". Biz bir millət olaraq Dağlıq Qarabağa, 

Qərbi Azərbaycana və bütün itirilmiş dədə-baba torpaqlarına qayıdacağıq. 

 

 

ƏDƏBİYYAT: 



 

 1. Турки и Армяни,1996,287s. baki-elm 

 2. “Baku”, 19 fevral, №38, 1906 az.poliqrafiya 



 3. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989.azernesr. 

 4. Bəxtiyar nəcəfov  " Deportasiya",  3-cü hissə.320s.baki-2009 

 5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 

nömrəli Fərmanı.respublika q.23 avqust 2001. 



 6. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azər-

baycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 

qərarı. 1948 

 

 




Azərbaycanlıların 1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiyasına dair

 

287


 

XÜLASƏ 

 

1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə 

edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan 

ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ 

KP MK-nın sədri  İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. 

Ermənistan Kommunist Partiyası  Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan 

istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların 

Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur. 

1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən 

kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına 

köçürülməsi haqqında» qərar çıxarır. 

Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti 

deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları  məsələ 

iqtisadi, sosial və  mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış 

məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə  İrəvan  şəhəri (indiki 

Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, 

sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür. 

Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında 

yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də 

Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm 

halları qeydə alınmışdır. 

Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq 

Qarabağ  ərazisinə buraxılmamışdır.  Əksinə «Böyük Ermənistan» ideyasının həyata 

keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması  işi planlı 

surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 

132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. 

 

 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə