Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə111/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   107   108   109   110   111   112   113   114   ...   161

 Gündüz Süleymanov 

294


növbədə qeyd edək ki, burada elm və təhsil həlledici əhəmiyyətə malik deyil. Çünki 

onların hər biri ümumbəşəri mahiyyət daşıyır.  

Məlumdur ki, “mədəniyyət” termini mənaca “sivilizasiya” termininə yaxındır. 

Lakin bütün yaxınlıq və oxşarlıqları ilə birlikdə onlar arasında ciddi fərqlər də 

mövcuddur. Mədəniyyətdə sivilizasiyadan fərqli xüsusiyyətlər dedikdə ilk növbədə, 

onda sivilizasiyanın ali nailiyyətlərinin ifadə olunduğu mənəviyyatın forma və 

dərəcəsi başa düşülür. Mədəniyyət mənəvi dəyərlərin gerçəkləşmə prosesi, insanın 

əsas qüvvəsinin təzahür meydanı olaraq, mədəniyyətin subyekti – insanın 

özünütəsdiqini, qərarlaşmasını inikas edir. Mənəvi dəyərlər sistemi olan mədəniyyət 

insanın “insaniləşməsini”, humanistləşməsini ifadə edir.  

İnsanın ailədə, cəmiyyətdə, ölkə və dünyada davranışını müəyyənləşdirən məhz 

dəyərlər sistemi, onun mentalitet və davranış tipi sosiomədəni sistemin nüvəsini 

təşkil edir. Mentalitet və motivasiyanın əsasında dayanan dəyərlər sistemi, bu və ya 

digər sivilizasiyaya məxsusluğu müəyyənləşdirir. 

Məlumdur ki, kulturoloqlar dəyərlər sisteminə görə  Şərq və  Qərb sivilizasi-

yalarını, həmçinin Avrasiya, Şərqi Avropa, Latın Amerikası kimi qarışıq sivilizasi-

yaları ayırırlar. “Dəyərlər sistemi mövcud etnosda etik, ideoloji, dini prioritet və 

amillərlə müəyyənləşir; o, ailə  tərbiyəsi və  məktəb təhsili,  ədəbiyyat və incəsənət, 

kütləvi informasiya vasitələrinin köməyi ilə nəsildən-nəslə ötürülür. Dəyərlər sistemi 

insanların ailədə, məişətdə, istehsalda, sosial-siyasi fəaliyyət sahəsində, elmi-texniki 

yaradıcılıq sahəsində münasibətlərini, eyni zamanda etnoslar, millətlər, dövlətlər, 

sivilizasiyalar arasındakı qarşılıqlı təsiri müəyyənləşdirir” (5, s. 330-331). 

Qeyd etmək lazımdır ki, sosiomədəni sahənin özəyi olan dəyərlər sistemi 

sivilizasiyalar və uyğun olaraq mədəniyyətlər arasında fərqləri müəyyənləşdirdiyi 

kimi, həm də onlar arasında dialoq, ünsiyyət və qarşılıqlı  təsirin  əsasıdır. Ümum-

bəşəri dəyərlər sistemi mədəniyyətlərin özülünü təşkil edərək bəşəriyyətin vəhdətini 

təmin edərək əsas amilə çevrilir.  

Rus tədqiqatçısı Y.B.Yakovetsə görə, ümumbəşəri dəyərlər sistemi, bəşəriyyətin 

irsi genotipini əmələ  gətirərək, tsiklik dinamikaya məruz qalır, onda dövri olaraq 

böhran və çevriliş  mərhələləri müşahidə olunur. Bütün bunlar, xüsusilə dünya 

sivilizasiyalarının  əvəzlənməsi zamanı qabarıq təzahür edir. Məsələn, xüsusi 

mülkiyyətin olmadığı dövrlərdə “oğurlama” ehkamı yox idi. İnsan həyatının ali dəyər 

olmasını nümayiş etdirən əsas əxlaqi prinsip “öldürmə” (qətl) qullara, düşmən dövlət 

və inanc nümayəndələrinə  şamil edilirdi. Bəşəriyyətin müasir inkişaf mərhələsində, 

postindustrial (və yaxud, informasiya) cəmiyyətinin formalaşması  mərhələsində, 

ümumbəşəri dəyərlər sisteminin bəşəriyyət tarixində  ən dərin böhran müşahidə 




Mədəniyyətlərarası dialoq ümumbəşəri dəyərlər sistemi kimi 

295


olunur. Bunun həm mənfi, həm də müsbət cəhətləri mövcuddur. “Qlobal müharibə 

təhlükəsi, sivilizasiyaların toqquşması, ekoloji fəlakət nəinki bəşəriyyətin möv-

cudluğunu sual altına qoymuş, həm də müharibə  və zorakılığa pərəstişdən sülh və 

tolerantlıq mədəniyyətinə bütün bəşəriyyət və  hər bir insan tərəfindən ümumbəşəri 

dəyərlərin qavranılmasına, mədəniyyətlərin və  mədəni irsin rolunun üstünlüyünün 

anlaşılmasına, cəmiyyət və  təbiətin noosfer koevolyusiyası ideyasının yayılmasına 

doğru hərəkəti gücləndirir” (5, s. 331). 

Bütün bunlar, müasir industrial-informasiya cəmiyyətlərinin hüdudsuz imkanları 

nəzərə alınmaqla ölkələri yaxınlaşdırır, informasiya şəbəkələrinin dayanıqlı  fəaliy-

yətini təmin edəcək zəruri zəminləri yaradır. 

Lakin digər tərəfdən  əxlaqi dəyərlərin duyulmasına və sivilizasion dəyərlərin 

itkisinə  səbəb olacaq təhlükəli təmayülləri qeyd etməmək olmaz. Gedonizmə ifrat 

aludəçilik, hissi həzlərin üstünlüyü, nəslin davam etdirilməsinə cavabdehliyin 

azalması yüksək sivilizasiyalarda depopulyasiya təmayüllərinin əsas amillərindəndir. 

Bir çox ölkələrin gənclərinin istehlakçı psixologiyaya yoluxmasını xüsusi qeyd 

etməliyik: mənəvi, vətəndaşlıq və bu kimi ali dəyərlər arxa plana keçirilir.  

Bizim yaşadığımız, texnika və texnologiyaların tarixdə görünməmiş yeniliklərin 

dövrü sosial-iqtisadi, elmi-texniki problemləri həll etməlidir. Bunsuz bəşəriyyət 

mövcud ola bilməz. Lakin bu dövr həm də “anlamada boşluqla” səciyyələnir. Ona 

görə  də “bəşəriyyət yalnız mənəvi cəhətdən dirçəlməklə sağ qala bilər” deyimi 

həqiqətdir. Məhz mənəvi, ümumbəşəri dəyərlər sistemi sosiomədəni sistemin 

nüvəsini təşkil etməklə sivilizasiyaların, deməli, həm də, mədəniyyətlərin simasını 

müəyyənləşdirir və beləliklə, onlar arasında dialoqun əsasını təşkil edir. 

Dəbdə olan “sivilizasiyaların toqquşması” kimi konsepsiyaların  əksinə olaraq, 

ümumbəşəri, sivilizasiyalı, və etno-milli dəyərlər nəzəriyyəsi işlənib hazırlanmalı və 

bunun  əsasında sivilizasiyaların və  mədəniyyətlərin dialoqu və  bərabərtərəfli 

əməkdaşlığına doğru hərəkət konsepsiyası işlənilməlidir.  

Bir sözlə, sosiomədəni sistemin etikasının qlobal böhranının tənzimlənməsi 

işinin tədqiqatı  mədəniyyət nümayəndələrinin və din xadimlərinin diqqətini ümum-

bəşəri dəyərlər sisteminin aşkarlanmasına yönəltməlidir.  İnformasiya cəmiyyətinin 

internet, elektron media və s. kimi imkanları isə məhz buna xidmət etməlidirlər. 

 

 

 

 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə