Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə130/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   126   127   128   129   130   131   132   133   ...   156

    
 i.f.d. Tahirova Adilə İslam qızı
 
 
322 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.  Cəfər Sübhani. əl-İlahiyyat alə hudəl-Kitab vəs-sünnə  vəl-əql. Qum: 
Müəssəsətul-İmam əs-Sadiq, 1426, IV cild. 
2.  Cihat Tunç. “Ecel”. TDV İslam Ansiklopedisi. İstanbul: 1994, X/380-381. 
3.  Əbu Bəkr Məhəmməd ibn Tayyib əl-Baqillani. Kitabut-təmhidil-əvail və 
təlxisid-dəlail. Beyrut: Müəssəsətul-kutubis-səqafiyyə, 1993. 
4.  Əbul-Muin  ən-Nəsəfi. Təbsiratul-ədillə fi usulid-din. Təhqiq edən: Klaud 
Salame. Dəməşq 1993, II cild. 
5.  Əllamə Hilli. Kəşful-murad fi şərhi Təcridil-itiqad. Qum: Müəssəsətun-nəşril-
İslamiyyə, 1425. 
6.  Firuzabadi. əl-Qamusul-muhit. Beyrut: Darul-fikr, 1995. 
7.  Namık Kemal Okumuş. “Ehl-i Hadis ve selefi düşüncede ezeli yazgı, kader ve 
ecel anlayışı”. Recep Tayyip Erdoğan Üniversitesi İlahiyat fakültesi dergisi 4 (2013), 
səh. 43-104. 
8.  Namık Kemal Okumuş. “Şiada –İmamiyye ve Zeydiyye özelinde- ezeli yazgı 
algısının temel basamakları olan kader, kaza, ecel, rızık ve beda anlayışı üzerine bazı 
tespitler”. e-makalat mezhep araştırmaları, VII/1 (Bahar 2014), səh. 19-86. 
9.  Qazı  Əbdülcabbar.  əl-Muğni fi əbvabit-tövhid vəl-ədl. Qahirə:  əd-Darul-
Mısriyyə littəlif vət-tərcəmə, 1965, XI (Təklif). 
10.  Qazı Əbdülcabbar. Şərhul-usulil-xəmsə. Təhqiq və təqdim edən: Əbdülkərim 
Osman. Qahirə 1996. 
11.  Saim  Kılavuz. Anahatlarıyla  İslam akaidi ve kelama giriş.  İstanbul: Ensar 
neşriyat, 1985. 
12.  Şerafettin Gölcük, Süleyman Toprak. Kelam, tarih, ekoller, problemler. 
Konya: Tekin kitabevi, 2001.  
13.  Məhəmməd Fuad Əbdülbaqi.  əl-Mucəmul-mufəhrəs li-əlfazil-Quranil-
Kərim. Mənşuratu zəvil-qurba, 1988. 
 
 


Qəza və qədər kontekstində əcəl
  
323 
 
XÜLASƏ 
 
Məqalədə  İslam düşüncə  məktəblərinin  əcəl məsələsi ilə  əlaqəli nəzəriyyələri 
tədqiq edilmişdir. Mənbələrdə əcəl məsələsinə qəza və qədər mövzusu içərisində yer 
verildiyinə diqqət çəkilmişdir. Məqalədə başqası tərəfindən öldürülən insanın öz əcəli 
ilə ölüb ölmədiyi, öldürülmədiyi təqdirdə yaşayıb yaşamayacağı mövzusu 
araşdırılaraq kəlam alimlərinin məsələ ilə bağlı düşüncələrindən bəhs olunur. 
 
 
ABSTRACT 
 
In this article, we will mainly talk about religious perceptions which have been 
inherited through the intellectual approaches of Islamic schools. Our main goal is to 
reach a distinct opinion about the basic paradigms of main intellectual structuring of 
Islamic thought. 
 
 
РЕЗЮМЕ 
 
В  данной  статье  обсуждаются  различные  аспекты  «ажал» (смерть, 
продолжительность  жизни)  с  точки  зрения  Исламской  теологии.  В  статье 
проблема  проанализирована  с  аспекта  судьбы.  В  данной  статье  обсуждаются 
такие  вопросы  как:  продолжительность  жизни  предопределена  или  нет, 
убийство  и  т.д.,  а  также  смерть  человека  неестественным  путем  являются  ли 
прерыванием жизни преждевременно или нет, для человека существует только 
один «ажал» (смерть) или два. 



İslam hüququnda təlfiq anlayışı
  
325 
 
 
İSLAM HÜQUQUNDA TƏLFİQ ANLAYIŞI 
 
Ceyhun Vahid oğlu Bayramov 
 
 
Açar sözlər: Təlfiq, təqlid, tətəbür-rüxəs, təysir, ihdasi qavli salis və müraatül-
xilaf 
Key words: Talfig, imitation, tatabur-ruxas, simplicity, ihdasu gavlu salis and 
muraatul-xilaf 
Ключевые    слова:  Талфиг,  имитация,  татабур-рухас,  легкость,  ихдасу 
гавлу салис и мураатул-хилаф 
 
I.  Təlfiq məfhumu və onun mahiyyəti 
İslam hüququnda ən mühüm mövzulardan biri olan təqlid termini həmişə 
müsəlmanların diqqətində olmuşdur. Çünki, sadə xalq İslamın hökmlərini əsli və fəri 
dəlillərdən çıxara bilmədiklərindən mütləq olaraq hər hansı bir alimin çıxardığı 
hökmləri təqlid etmək məcburiyyətində qalmışlar.     
Zaman keçdikcə, ictihad fəaliyyəti sayəsində bir sıra məzhəblər meydana 
çıxmışdır. Ortaya çıxan bu məzhəblər, müsəlmanların öz dinlərini yaşamaları üçün 
asanlıq təşkil etmiş və onları xətaya düşmək təhlükəsindən qorumuşdur. 
Asanlığa səbəb olan təqlid, zaman keçdikcə insanlar tərəfindən bir sıra sui-
istifadələrə səbəb olmuşdur ki, bunlardan biri də təlfiqdir. Təlfiq də, İslamın bütün 
sahələrində təqlid zənn edilərək istifadə edilməkdədir. 
Təlfiq haqqında ilk dövrlərə aid hər hansı bir məlumat olmadığından daha sonra 
yazılan kitablara nəzər saldıqda, bəzi alimlərin ifrata vararaq onu qəti surətdə qəbul 
etmədiklərini, bəzilərinin də əksinə onun bütün növlərinin məqbul olması haqqındakı 
fikirlərini görürük. Yaxın illərdə bu məsələnin  əhəmiyyəti artmış, mövzuya daha 
diqqətlə yanaşılmış və yeni izahlar gətirilmişdir.  Bu baxımdan məqalənin məqsədi, 
təlfiqin İslamdakı yeri, hökm olaraq caiz olub- olmadığını və ya hansı şərtlər daxilində 
caiz olduğunu daha geniş perspektivdə təhlil etməkdir. 
A.  Leksik mənası: Təlfiq kəlməsi  ərəb dilində “ قفل lfq” kökündən törəmiş  
“ ليعفت təfil” qəlbinin məsdəridir. Lüğətdə  “parçanın iki tərəfini bir araya gətirərək 
tikmək, bəzəmək,  əliboş qayıtmaq,
1
 sahib olmamaq, uydurmaq, tərtib etmək” kimi 
mənalara gəlir. Bu mənalardan başqa, ərəblər arasında “ موقلا قفلات tələfəqal-qövm” 
yəni “araları düzəldi, yumşaldılar” kimi məcazi məna daşıyan ifadələrdə də istifadə 
                                                 
1
 Zəməxşəri, “Əsasül-Bəlağə, Beyrut 1965, s. 570 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə