i.f.d. Tahirova Adilə İslam qızı
322
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Cəfər Sübhani. əl-İlahiyyat alə hudəl-Kitab vəs-sünnə vəl-əql. Qum:
Müəssəsətul-İmam əs-Sadiq, 1426, IV cild.
2. Cihat Tunç. “Ecel”. TDV İslam Ansiklopedisi. İstanbul: 1994, X/380-381.
3. Əbu Bəkr Məhəmməd ibn Tayyib əl-Baqillani. Kitabut-təmhidil-əvail və
təlxisid-dəlail. Beyrut: Müəssəsətul-kutubis-səqafiyyə, 1993.
4. Əbul-Muin ən-Nəsəfi. Təbsiratul-ədillə fi usulid-din. Təhqiq edən: Klaud
Salame. Dəməşq 1993, II cild.
5. Əllamə Hilli. Kəşful-murad fi şərhi Təcridil-itiqad. Qum: Müəssəsətun-nəşril-
İslamiyyə, 1425.
6. Firuzabadi. əl-Qamusul-muhit. Beyrut: Darul-fikr, 1995.
7. Namık Kemal Okumuş. “Ehl-i Hadis ve selefi düşüncede ezeli yazgı,
kader ve
ecel anlayışı”. Recep Tayyip Erdoğan Üniversitesi İlahiyat fakültesi dergisi 4 (2013),
səh. 43-104.
8. Namık Kemal Okumuş. “Şiada –İmamiyye ve Zeydiyye özelinde- ezeli yazgı
algısının temel basamakları olan kader, kaza, ecel, rızık ve beda anlayışı üzerine bazı
tespitler”. e-makalat mezhep araştırmaları, VII/1 (Bahar 2014), səh. 19-86.
9. Qazı Əbdülcabbar. əl-Muğni fi əbvabit-tövhid vəl-ədl. Qahirə: əd-Darul-
Mısriyyə littəlif vət-tərcəmə, 1965, XI (Təklif).
10. Qazı Əbdülcabbar. Şərhul-usulil-xəmsə. Təhqiq və təqdim edən: Əbdülkərim
Osman. Qahirə 1996.
11. Saim Kılavuz. Anahatlarıyla İslam akaidi ve kelama giriş. İstanbul: Ensar
neşriyat, 1985.
12. Şerafettin Gölcük, Süleyman Toprak. Kelam, tarih, ekoller, problemler.
Konya: Tekin kitabevi, 2001.
13. Məhəmməd Fuad Əbdülbaqi. əl-Mucəmul-mufəhrəs li-əlfazil-Quranil-
Kərim. Mənşuratu zəvil-qurba, 1988.
Qəza və qədər kontekstində əcəl
323
XÜLASƏ
Məqalədə İslam düşüncə məktəblərinin əcəl məsələsi ilə əlaqəli nəzəriyyələri
tədqiq edilmişdir. Mənbələrdə əcəl məsələsinə qəza və qədər mövzusu içərisində yer
verildiyinə diqqət çəkilmişdir. Məqalədə başqası tərəfindən öldürülən insanın öz əcəli
ilə ölüb ölmədiyi, öldürülmədiyi təqdirdə yaşayıb yaşamayacağı mövzusu
araşdırılaraq kəlam alimlərinin məsələ ilə bağlı düşüncələrindən bəhs olunur.
ABSTRACT
In
this article, we will mainly talk about religious perceptions which have been
inherited through the intellectual approaches of Islamic schools. Our main goal is to
reach a distinct opinion about the basic paradigms of main intellectual structuring of
Islamic thought.
РЕЗЮМЕ
В данной статье обсуждаются различные аспекты «ажал» (смерть,
продолжительность жизни) с точки зрения Исламской теологии. В статье
проблема проанализирована с аспекта судьбы. В данной статье обсуждаются
такие вопросы как: продолжительность жизни предопределена или нет,
убийство и т.д., а также смерть человека неестественным путем являются ли
прерыванием жизни преждевременно или нет, для человека существует только
один «ажал» (смерть) или два.
İslam hüququnda təlfiq anlayışı
325
İSLAM HÜQUQUNDA TƏLFİQ ANLAYIŞI
Ceyhun Vahid oğlu Bayramov
Açar sözlər: Təlfiq, təqlid, tətəbür-rüxəs, təysir, ihdasi qavli salis və müraatül-
xilaf
Key words: Talfig, imitation, tatabur-ruxas, simplicity, ihdasu gavlu salis and
muraatul-xilaf
Ключевые слова: Талфиг, имитация, татабур-рухас, легкость, ихдасу
гавлу салис и мураатул-хилаф
I. Təlfiq məfhumu və onun mahiyyəti
İslam hüququnda ən mühüm mövzulardan biri olan təqlid termini həmişə
müsəlmanların diqqətində olmuşdur. Çünki, sadə xalq İslamın hökmlərini əsli və fəri
dəlillərdən çıxara bilmədiklərindən mütləq olaraq hər hansı bir alimin çıxardığı
hökmləri təqlid etmək məcburiyyətində qalmışlar.
Zaman
keçdikcə, ictihad fəaliyyəti sayəsində bir sıra məzhəblər meydana
çıxmışdır. Ortaya çıxan bu məzhəblər, müsəlmanların öz dinlərini yaşamaları üçün
asanlıq təşkil etmiş və onları xətaya düşmək təhlükəsindən qorumuşdur.
Asanlığa səbəb olan təqlid, zaman keçdikcə insanlar tərəfindən bir sıra sui-
istifadələrə səbəb
olmuşdur ki, bunlardan biri də təlfiqdir. Təlfiq də, İslamın bütün
sahələrində təqlid zənn edilərək istifadə edilməkdədir.
Təlfiq haqqında ilk dövrlərə aid hər hansı bir məlumat olmadığından daha sonra
yazılan kitablara nəzər saldıqda, bəzi alimlərin ifrata vararaq onu qəti surətdə qəbul
etmədiklərini, bəzilərinin də əksinə onun bütün növlərinin məqbul olması haqqındakı
fikirlərini görürük. Yaxın illərdə bu məsələnin əhəmiyyəti artmış,
mövzuya daha
diqqətlə yanaşılmış və yeni izahlar gətirilmişdir. Bu baxımdan məqalənin məqsədi,
təlfiqin İslamdakı yeri, hökm olaraq caiz olub- olmadığını və ya hansı şərtlər daxilində
caiz olduğunu daha geniş perspektivdə təhlil etməkdir.
A. Leksik mənası: Təlfiq kəlməsi ərəb dilində “
قفل lfq” kökündən törəmiş
“
ليعفت təfil” qəlbinin məsdəridir. Lüğətdə “parçanın iki tərəfini bir araya gətirərək
tikmək, bəzəmək, əliboş qayıtmaq,
1
sahib olmamaq, uydurmaq, tərtib etmək” kimi
mənalara gəlir.
Bu mənalardan başqa, ərəblər arasında “
موقلا قفلات tələfəqal-qövm”
yəni “araları düzəldi, yumşaldılar” kimi məcazi məna daşıyan ifadələrdə də istifadə
1
Zəməxşəri, “Əsasül-Bəlağə, Beyrut 1965, s. 570