Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə131/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   127   128   129   130   131   132   133   134   ...   156

Ceyhun Vahid oğlu Bayramov
 
 
326 
edilir.
2
  Fiqh üsulşünazları bu kəlməni ən çox, əşya və ya hadisələri birləşdirmək, bir-
birinə uyğunlaşdırmaq kimi mənalarda istifadə edirlər.
3
 
B.  Termin mənası:  İslam alimləri başda Məhəmməd Səid  əl-Bani (v. 
1351/1933) olmaqla “təlfiq”ə müxtəlif təriflər vermişlər. Sözügedən təriflər mövzunu 
tam  əhatə etmədiyindən, burada sadəcə mövzumuzu özündə  əks etdirən tərif qeyd 
olunmuşdur. 
“Təlfiq bir məsələdə bir çox fərqli məzhəbin görüşlərini bir araya gətirib 
toplamaqdır”.
4
  Tərifi nümunə ilə belə izah edə bilərik:  Şafei məzhəbinə görə
dəstəmaz alan bir şəxs, saçının bir telini məsh etməklə  dəstəmazın fərzini yerinə 
yetirmiş sayılır. Daha sonra həmin  şəxs,  əli naməhrəm qadına dəyərsə, onun 
dəstəmazı pozulmuşdur. Bu təqdirdə o, Hənəfi məzhəbinin “ qadına toxunmaqla 
dəstəmaz pozulmur” görüşünü əsas götürərək, dəstəmazlı olduğunu iddia edərsə, onun 
bu qənaəti etibarlı deyil. Çünki, dəstəmazı Şafei məzhəbinə görə almışdır.  Halbuki, 
Hənəfi məzhəbində başın dördə birini məsh etmək fərzdir. Beləliklə, bu şəxs nə 
Hənəfi məzhəbinin, nə də Şafei məzhəbinin qəbul etmədiyi bir feili etmişdir.
5
 
Təlfiq sadəcə ibadət məsələləri ilə kifayətlənməyib,  İslam fiqhinin digər 
məsələlərində də qarşımıza çıxır. Verəcəyimiz ikinci nümunə “talaq” ilə əlaqəlidir: 
bir şəxs arvadını boşayır. Qadın da hiylə məqsədi ilə Şafei məzhəbinin görüşünü qəbul 
edərək doqquz yaşında olan oğlan uşağı ilə  vəlisinin icazəsi ilə evlənir. Doqquz 
yaşında olan uşaq da qadınla evləndikdən sonra, Hənbəli məzhəbinin “talaq”ın etibarlı 
olması xüsusundakı görüşünü təqlid edib qadını boşayır. Belə bir “talaq”dan sonra 
qadının ilk əri yenidən qadınla evlənir. Bu nümunədə qadın ilə birinci əri boşandıqdan 
sonra təkrar ailə  həyatı qurmaq üçün bir-birinə ziddiyyət təşkil edən məzhəblərin 
görüşlərini bir araya gətirib topladıqlarına görə təlfiq etmişlər.
6
 
 
II. Təlfiqin tarixçəsi:  Təlfiq terminin tarixi haqqında müxtəlif fikirlər var. 
Bəzilərinə görə, bu termin İslam tarixinin başlanğıcından xeyli vaxt keçdikdən sonra 
işlədilmişdir.
7
  Əksəriyyətin fikrinə görə, V əsrdən etibarən formalaşmağa 
başlamışdır.
8
 
Təlfiq fiqh üsulu termini olaraq Şəhabəddin Qərafi (v. 801/1398) tərəfindən 
miladi XIV (hicri VIII) əsrin sonlarında müstəqil bir mövzu kimi tədqiq edilmişdir. 
                                                 
2
 Əbül-Fəzl Məhəmməd b. Mükərrəm b. Əli əl-Ənsari ibn Mənzur, “Lisanül-ərəb”, Darü lisanil-ərəb, 
Beyrut: t.y., X, 330-331 
3
 Əhməd Fərəc Sənhuri, “ət-Təlfiq beynə əhkamil-məzahib”, (Dört Risalə), tərc. H. Karaman, 191. 
4
 Abdullah b. Muhəmməd b. Həsən əs-Səidi, “ət-Təlfiq və Hükmühü fi fiqhil- İslami”, Səudi Ərəbistan 
2008, 12 
5
 İbn Abidin, “Rəddul-muxtar”, Beyrut, İhyaut-turasil-ərəbi, I, 51  
6
 Məhəmməd Səid b. Əbdürrəhman əl-Bani, “Ümdətüt təhqiq fit-təqlid vət-təlfiq”, Darül-Qadiri, Dəməşq 
1997, 196. 
7
 Sənhuri, “ət-Təlfiq beynə əhkəmil-məzahib”, 10. 
8
 Məhəmməd Cəmaləddin əl-Qasimi, “əl-Fətva fil-İslam”, Darul- Kütübil-ilmiyyə, 1986, 170. 


İslam hüququnda təlfiq anlayışı
  
327 
Miladi XV (hicri IX) əsrin yarısından sonra isə, bu mövzu əksər bölgələrdə fiqh üsulu 
və fitva əsərlərində geniş araşdırılmışdır.
9
 
 
III.Təlfiq ilə bağlı digər fiqhi terminlər: 
A.  Təlfiq və  təqlid:  Təqlid,"دلق qld” feilindən törəmiş,    ليعفت  təfil” qəlbinin 
məsdəridir. Lüğətdə “ bir şeyi toplamaq, insanın dənizdə boğulması,
10
  əkini sulamaq, 
təyin etmək,
11
 dəvənin boynuna qurbanlıq nişanəsi taxmaq,
12
 başqalarının sözünü dəlilsiz 
qəbul etmək,
13
 bir şəxsin hal və hərəkətlərini eynilə etmək”
14
 və s. mənalara gəlir. 
Termin olaraq isə, dəlil olmayan birinin rəyini dəlilsiz qəbul etməkdir.
15
 
Təlfiqlə  təqlid arasında zahirən oxşarlıq olmasına baxmayaraq, bunlar bir-
birindən fərqli terminlərdir. Bəzi üsul alimləri bu terminləri bir başlıqda izah etmişlər. 
Bu da terminlər arasındakı əlaqədən irəli gəlir. 
Təqlid ilə təlfiqdə ortaq cəhət, hər hansı bir müctəhidin görüşünə uymaqdır. Fərqli 
cəhət isə, təqliddə, bütövlükdə bir məsələdə başqa birinin görüşünü qəbul etmək, 
təlfiqdə isə bir məsələnin bir hökmünü bir müctəhiddən, həmin məsələnin digər 
hökmünü isə ilk müctəhidə müxalif olan başqa bir müctəhidin görüşünə uymaqdır. 
Təqlid ümumi termin olduğundan, təlfiq təqlid termini daxilində xüsusidir. Yəni, 
hər bir təlfiq təqliddir. Amma, hər təqlid təlfiq deyildir.
16
 
B.  Təlfiq və tətbəür-rüxəs: İslam hüququnda “şəxsin hər hansı bir məsələ ilə 
qarşılaşdığında, hər məzhəbdən özünə rahat gələn hökmlərə əməl etməsi” kimi tərif 
edilən tətbəür-rüxəs  əksər alimlərə görə, dinin konkret hökmlərini hiylə  işlədərək 
əsassız saydıqlarına görə caiz deyil. Hətta bəzi  İslam alimləri bu fikirlə 
kifayətlənməyib, həmin şəxsi fasiq adlandırmışlar.
17
 
İslamın hökmləri arasında bu metodu tətbiq edənlər, məhz münafiqlər
18
 kimi öz 
mənfətlərinə müvafiq məzhəb və ya görüşü qəbul edir, bunun ziddi olanları isə, 
özlərinə aid bir hökm kimi qəbul etmirlər. Dinin hökmləri ilə bir oyuncaq kimi rəftar 
edərlər.
19
 
                                                 
9
 Eyüp Sait Kaya, “Telfik”, DİA,  İstanbul 2011, XXXX, 401-402. 
10
 İbn Mənzur, “Lisanül-ərəb”, III, 365-366. 
11
 Heyət, “əl-Mücəmül-vəsit”, İstanbul 1990, 754. 
12
 Məhəmməd b. Əli əş-Şövkani, İrşadül-fühul, Misir 1937, 265. 
13
 Seyyid Şərif Cürcani, ət-Tərifat, Dər-Səadət 1283, s. 64. 
14
 Şemseddin Sami, Kamus Türki, İstanbul 1998, s. 427. 
15
 Zəkiyuddin Şaban, “Üsulul- Fiqh”, (tərc. İbrahim Kafi Dönmez), Türkiye Diyanet Vakfı Yayınları, 
Ankara 1990, 341  
16
 Səidi, “e.a.ə”, 13. 
17
 Məhəmməd b. Müflih b. Məhəmməd b. Müfrəc Əbu Abdullah Şəmsəddin əl-Məqdisi, “Üsulül-fiqh”, 
Məktəb əl-Abikəni, M 1999-H 1420, IV, 1563; Əbu Abdullah Bədrəddin Muhəmməd b. Abdullah b. 
Bahadir əz-Zərkəşi əş-Şafei, “Təsnifül-məsami bi cəmil cəvəmi li Tacəddin əs-Subki”, Məktəb ihyail- 
turas, H 1418, IV, 621. 
18
 Nur, 24/47-49 
19
 Məhəmməd b. Saleh b. Məhəmməd əl-Üseymin, “Liqaül bəbil-məftuh”, H 1421, XII, 212. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə