Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə128/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   124   125   126   127   128   129   130   131   ...   156

    
 i.f.d. Tahirova Adilə İslam qızı
 
 
318 
Kərimdə sadəcə “əcəl” kəlməsi 52 yerdə keçir.
3
 Qurani-Kərimdə mövzu ilə əlaqəli 
keçən ayələrdən bəzilərinə nəzər salaq: 
“Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. 
Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik.” (Vaqiə 56/60) 
“Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya 
əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə 
geri qalar, nə də irəli keçə bilərlər!” (Əraf 7/34) 
“(Ya Rəsulum!) De: 'Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də 
bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı vardır. 
Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər'.” 
(Yunus 10/49) 
“Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə 
etdiklərinizdən xəbərdardır!” (Munafiqun 63/11) 
Görüldüyü kimi Qurani-Kərimdə fərdlərlə yanaşı, millətlərin də ölümündən bəhs 
edilir. Hər fərdin və millətin əcəli vardır.  
Qurani-Kərimdə  “əcəli-müsəmma” və  “əcəli-qəza” ifadələri keçir. Bu ifadələr 
İslam düşüncə  məktəbləri arasında birdən çox əcəlin olub olmadığına dair 
müzakirələrə səbəb olmuşdur. 
 َنوُرَتْمَت ْمُتنَأ  ﱠمُث ُهَدنِع ىًّمسﱡم ٌلَجَأَو ًلاَجَأ ىَضَق ﱠمُث ٍنيِط نﱢم مُكَقَلَخ يِذﱠلا َوُھ 
 (Ənam 6/2) 
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən 
Odur. (Allahın) yanında məlum bir əcəl də vardır. (Bütün bunlardan) sonra siz yenə 
də şübhə edirsiniz!”  
İki növ əcəli qəbul etməyənlərə görə, bu ayə əslində əcəlin birdən çox olduğuna 
dəlalət etmir. Ayədə qeyd edilən “əcəli-müsəmma” və “əcəli-qəza” ifadələri müxtəlif 
mənalarda təfsir edilir: 
1. “Əcəli-qəza”, keçmişdə yaşayanların, yəni, ölmüş insanların və ümmətlərin 
əcəlidir. “Əcəli-müsəmma” isə  hələ  vəfat etməmiş olanların  əcəlidir. Çünki 
keçmişdəkilər öldükləri zaman əcəlləri insanlar tərəfindən bilinir (qəza). Digərlərinin 
əcəli, onlar ölmədən bilinmir. Buna görə ayədə “(Allahın) yanında məlum bir əcəl də 
vardır” buyrulur. 
2. “Əcəli-qəza” ölüm, “əcəli-müsəmma” qiyamət demək olub Allah qatındadır. 
3. “Əcəli-qəza” yaradılışdan ölümə  qədər olan əcəldir (müddətdir). “Əcəli-
müsəmma”, ölümlə yenidən diriliş arasındakı bərzəx həyatıdır. 
4. “Əcəli-qəza” yuxu, “əcəli-müsəmma” ölümdür. 
5. “Əcəli-qəza” insanların lövhi-məhfuzdakı ömrü, “əcəli-müsəmma” ilahi elmdə 
sabit olan ömrüdür. 
6. “Əcəli-qəza” bir insanın yaşadığı ana qədər ömründən keçən müddətə, “əcəli-
müsəmma” isə qalan ömrünə deyilir. 
                                                 
3
 Məhəmməd Fuad Əbdülbaqi. əl-Mucəmul-mufəhrəs li-əlfazil-Quranil-Kərim. Mənşuratu zəvil-qurba, 
1988, səh. 18-19. 


Qəza və qədər kontekstində əcəl
  
319 
7. Hər ikisi də ölümdür. Ancaq “əcəli-qəza” qılıncla öldürmə, boğulma, yanma 
kimi arizi səbəblərin nəticəsində meydana gələn ölümdür. “əcəli-müsəmma” isə ölüm 
anına kimi yaşayan şəxsin əcəlidir. 
8. İslam fəlsəfəçilərinə görə  “əcəli-qəza” təbii  əcəl, “əcəli-müsəmma” ehtirami 
əcəldir. Təbii  əcəl insanın yaradılışında var olan istiliyin sönməsi, rütubətin yox 
olması, yaşlılıq səbəbindən orqanizmin funksiyasını itirməsi şəklində meydana gəlir. 
Ehtirami əcəl isə xəstəlik, fəlakət və ölüm qəzaları şəklində ortaya çıxır.
4
 
Bu fikirlər arasında “əcəli-qəza tək-tək fərdlərin əcəli, əcəli-müsəmma isə aləmin 
əcəli, yəni qiyamətdir”  şəklindəki fikir əhli-sünnə  kəlamçıları  tərəfindən daha çox 
mənimsənilmişdir. 
Hər hansı bir müdaxilə olmadan təbii bir şəkildə ölən  şəxsin  əcəli ilə öldüyü 
məsələsində İslam məzhəbləri ittifaq edirlər. Ancaq qətl edilərək öldürülənin (məqtul) 
öz əcəli ilə öldüyü məsələsində ixtilaf vardır. Belə ki, öldürülmüş birinin (məqtul) 
ömrünün, öldürən (qatil) tərəfindən yarımçıq kəsilib kəsilməməsi, bir əcəlin olub 
olmaması kimi məsələlər İslam düşüncə məktəbləri tərəfindən müzakirə olunmuşdur. 
Əksər İslam alimlərinin düşüncəsinə görə, ancaq bir əcəl var, və bu Allahın qəza 
və qədərilədir. İnsanları dirildən, ruzi verən və öldürən Allah olduğuna görə əcəli təyin 
edən də Odur. Əcəl nə vaxtından əvvəl gələ, nə də gecikdirilə bilər. 
Əcəl məsələsini ilk dəfə Mötəzilə alimləri gündəmə  gətirərək fərqli  şəkillərdə 
izah etmişlər. Qəza və ya qətl nəticəsində ölən şəxsin bu hadisələrlə qarşılaşmasaydı 
yenə də ölüb ölməyəcəyi haqqında Mötəzilə məzhəbi bir neçə fikir səsləndirir: Əbul-
Hüzeyl  əl-Əllaf,  Əbu Haşim  əl-Cübbai və ona tabe olan Bəhşəmiyyə qoluna görə, 
qatil məqtulu öldürməsəydi belə məqtul yenə mütləq öləcəkdi. Əcəl, insanın öldüyü 
vaxtdır.
5
 Bağdad Mötəzilə məktəbinə görə -əksəriyyətin fikri belədir- məqtul qatilin 
feilinə görə ölmüşdür.  İnsanın “əcəli-müsəmma” və  “əcəli-qəza” deyilən iki əcəli 
vardır.  Əgər qatil öldürməsəydi məqtul mütləq yaşayardı. Kəbi də bu fikirdədir.
6
 
Kəbinin iki əcəl düşüncəsinə görə, 1) Allahın elminə görə insanın öldürülməsi ilə 
meydana gələn  əcəl; 2) Qatilin öldürməklə  təsbit etdiyi əcəl. Onlara görə qatilin 
cəzalandırılması  məqtulu öldürməsinə, həyatını yarımçıq kəsməsinə görədir. Buna 
görə Allah ölənə bu dünyada ayırdığı nemətləri o biri dünyada verəcəkdir. Mötəziləyə 
görə, öldürmə hadisəsi azad bir feil olduğuna görə insan tərəfindən həyata keçirilir. 
Qazı Əbdülcabbarın fikri isə Əhli-sünnənin düşüncəsi ilə bənzəyir. Yəni məqtul əcəli 
ilə ölmüşdür. Əcəldən məqsəd ölüm vaxtıdır. Öldürülən də, təbii ölümlə ölən də ölüm 
vaxtında ölmüşdür. Məsələ öldürülənin qətl hadisəsi olmasaydı, yaşayıb 
                                                 
4
 Saim Kılavuz. Anahatlarıyla İslam akaidi ve kelama giriş. İstanbul: Ensar neşriyat, 1985, səh. 128-131. 
5
  Qazı Əbdülcabbar. əl-Muğni fi əbvabit-tövhid vəl-ədl. Qahirə: əd-Darul-Mısriyyə littəlif vət-tərcəmə, 
1965, XI (Təklif), səh. 3. 
6
 Şerafettin Gölcük, Süleyman Toprak. Kelam, tarih, ekoller, problemler. Konya: Tekin kitabevi, 2001. 
səh. 298; Qazı Əbdülcabbar. Şərhul-usulil-xəmsə. Təhqiq və təqdim edən: Əbdülkərim Osman. Qahirə 
1996, səh. 783. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə