Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə136/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   132   133   134   135   136   137   138   139   ...   156

Ərəb dilində müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası haqqında bəzi məsələlər
  
337 
 
 
ƏRƏB DİLİNDƏ MÜƏYYƏNLİK VƏ QEYRİ-MÜƏYYƏNLİK 
KATEQORİYASI HAQQINDA BƏZİ MƏSƏLƏLƏR 
 
Süleymanov Qurbanəli 
BDU İlahiyyat fakültəsinin müəllimi 
 
 
Ərəb dilində müəyyənlik və qeyri – müəyyənlik anlayışının qrammatik 
kateqoriya səviyyəsində təmsil edildiyi hər bir dildə olduğu kimi, bu dildə də dilçiliyin 
bu probleminin öyrənilərək bir sistem halına salınması mühüm əhəmiyyət kəsb edir. 
ərəb dilində olan müəyyənlik və qeyri – müəyyənlik kateqoriyasının əhatə dairəsinin 
digər dillərə nisbətdə, əsasən, daha geniş, malik olduğu mahiyyətin daha rəngarəng 
olduğunu da nəzərə almış olsaq, bu problemi tam dolğunluğu ilə əks etdirmək üçün 
müxtəlif kitabların yazılmasının vacibliyi çox gözəl aydınlaşar. 
Məlum olduğu kimi, ərəb ədəbi dilində sözün müəyyənlik və qeyri – müəyyənliyi 
nominativ səviyyədə müvafiq dil vasitələri, artikl və tənvinlə göstərilir və yalnızca bu 
nominativ planda müəyyənlik və qeyri – müəyyənliyin daşıdığı bu funksiyaların 
öyrənilməsi hər  şeydən  əvvəl geniş tarixi araşdırmaların zəruriliyini tələb edir. Bu 
baxımdan  ərəb  ədəbi dilində müəyyənlik və qeyri – müəyyənlik kateqoriyasının 
çoxşaxəliliyi və mürəkkəbliyi müəyyən  mənada  onun dövrümüzədək gəlib çatması 
uzun tarixi inkişaf yolunu keçməsilə də izah edilə bilər. 
Qeyd edilməlidir ki,  toxunulan problem Azərbaycanda ərəbşünaslar tərəfindən 
çox az tədqiq edildiyi və bu sahədə ciddi araşdırılmalara ehtiyac hiss edilməsi göz 
qabağındadır. Beləliklə, yuxarıda söylənilənləri nəzərə alaraq “ərəb  ədəbi dilində 
müəyyənlik və qeyri – müəyyənlik kateqoriyası” mövzusuna elmi məqalə  həsr etməyi 
olduqca maraqlı və məqsədə uyğun hesab edirik. Müəyyənlik və qeyri – müəyyəlik 
kateqoriyasının bütün incəliklərini  əhatə etməyin çox çətin bir məsələ olduğunu 
bilərək, bu kiçik həcmli məqalədə bu kateqoriyanın dildəki bəzi cəhətlərini izah 
etməyə çalışacağıq. 
Məqalədə müəyyənlik və qeyri – müəyyənliyin sintaktik və semantik kateqoriya 
kimi ən mühüm cəhətlərinə diqqət yetirilmişdir. Məlumdur ki, ərəb dilində ad qruplu 
sözlər “müəyyənlik və ya qeyri – müəyyənlik” xüsusiyyətlərinə malikdirlər. Bu 
cəhətlər (xüsusiyyətlər) isə müvafiq olaraq, dilin qanunauyğunluqlarından  əmələ 
gələn bir sıra hallarla şərtlənir. Bu baxımdan  ərəb  ədəbi dilində müstəqil bir 
kateqoriya kimi müəyyənlik və qeyri – müəyyənliyin öyrənilməsi və  həlli, 
zənnimizcə, yalnız bu kateqoriyanın çoxplanlı  fəaliyyətinin hərtərəfli analizi 
sayəsində mümkün olan mürəkkəb bir problemdir. Bir çox hallarda müəyyənlik və 
qeyri – müəyyənlik əslində dil sistemi hüdudlarını aşan və insan təfəkkürü prosesinə 
toxunan bir sıra həqiqətlərə əsaslanır. Beləliklə, müəyyənlik və qeyri – müəyyənlik 


Süleymanov Qurbanəli
 
 
338 
kateqpriyasının müstəqil bir semantik kateqoriya kimi, hər  şeydən  əvvəl, ilkin, 
normativ funksiyasının tədqiqinin zəruriliyi meydana çıxır. 
Müəyyənlik və qeyri – müyyənlik kateqoriyasının bu yönü ənənəvi ərəb dilçilik 
elmində özünün geniş  əksini tapmışdır.  Ərəb dilçiləri belə bir nəzəriyyədən çıxış 
etmişlər ki, “müəyyənlik və qeyri – müəyyənlik” məna ifadə edən bütün dil 
vahidlərinə məxsusdur və bu vahidlər həmin mənalara məlum vasitələrin işlədilməsi 
nəticəsində yiyələnməyib, buna öz təbiəti və mahiyyətlərinə görə sahib olurlar. 
Ənənəvi  ərəb dilçilik nəzəriyyəsində  ərəblər ad qruplu sözlərin “müəyyən və 
qeyri – müəyyən” olmaq üzrə iki qrupa bölünməsi məsələsinə çox böyük diqqət 
yetirmişlər. bu məsələnin tədqiqi qeyri – müəyyən adlar (isimlər) sinfinin (növünün) 
müzakirəsi ilə başlanılır. Ənənəvi qrammatika nümayəndələrindən olan İbn Yəiş bunu 
belə izah edir. “Elə bir müəyyən ad tapmaq mümkün deyil ki, o, özünün ilkin 
vəziyyətində qeyri – müəyyən ad olmamış olsun.” [1, 680] 
Ərəb dilçiləri adları həm forma, həm də mahiyyət baxımından araşdırırlar. Qeyri 
– müəyyən ad formal planda onunla səciyyələnir ki, o ‘əl müəyyənlik bildirən artikli 
qəbul edə və ya “rubbə” (çox) sözü ilə işlədilə bilər, lakin Əllamə Zəməxşəri “rubbə” 
– nin işlədilməsini adın qeyri – müəyyənliyini izah edən bir nişanə kimi xüsusi olaraq 
qeyd edir, belə ki, onun fikrincə “rubbə” (sözü) yalnız qeyri – müəyyən sözlərlə 
(adlarla) işlənir [2, 86]. Qeyri – müəyyən adların bu iki formal əlamətlərindən başqa
bir çox ərəb dilçiləri həmçinin “la” (لا) inkar ədatını qeyd etmişlər. Məsələn, Əllamə 
Zəməxşəri bu barədə yazır: “la” – nın idarə etdiyi ad qruplu sözlər yalnız və yalnız 
qeyri – müəyyən ola bilər [2, 289]. Lakin ‘əl artiklinin tətbiq edilə bilməsini  ərəb 
dilçiləri qeyri – müəyyən adın xarakterizə edilməsində  ən  əsas meyar kimi 
qiymətləndirmişlər. Məsələn, Sibəveyhi və digərləri hesab edirlər ki, qeyri – müəyyən 
ad – ilkin formadır; daha sonra ona o şey əlavə edilir ki, onun vasitəsilə ad müəyyən 
olur [3, 6-7; 4, 26 - 34; 5, 151]. Digər bir alim İbn Malik də özünün mənzum 
qrammatik əsərində bu fikrin tərəfdarı kimi çıxış edir. İbn Malik qeyri – müəyyən adı 
“təsiredici ‘əl artikli qəbul edən” və ya “göstərilən növ (sinif) adların əvəzinə çıxış 
edən” söz kimi səciyyələndirir. Bu müddəa onunla bağlıdır ki, bəzi xüsusi adlar öz 
formalarına görə ümumi isimlərdən fərqlənirlər. Məsələn,  نسح [hasənun],  ميلس 
[səlimun], دمحم [muhammədun] kimi xüsusi adlar tənvin sonluğuna malik olub, dildə 
qeyri – müəyyən ad qruplu sözlər kimi fəaliyyət göstərən نسح “yaxşı”, ميلس “sağlam”, 
دمحم “tərif edilən” tənvinli (nunlu) adlardan heç nə ilə fərqlənmirlər. Lakin bu hala 
baxmayaraq birincilər qeyri – müəyyən adlar kimi qəbul edilmirlər. Bu isə yalnız 
semantik deyil, həmçinin, formal xüsusiyyətləri ilə şərtlənir. Əsas xarici əlamət budur 
ki, xüsusi adlar ‘əl artikli qəbul etmir, deməli bu növ adlardakı tənvin ‘əl artikli ilə 
kateqoriya ziddiyyətinə girmir. İbn Malikin burada  ‘əl artiklini “təsiredici” ‘əl kimi 
müəyyənləşdirməsi faktı da diqqətəlayiqdir. Əl – Əşmuni öz şərhində yazır: O [İbn 
Malik], “təsiredici” ifadəsilə  ‘əl qəbul edən xüsusi adları istisna etməyi nəzərdə 
tutmurdu. Bu adlardakı ‘əl onlara müəyyənlik ifadəsi baxımından təsir göstərməsilə 
və buna görə də belələri qeyri – müəyyən adlar hesab edilmirlər [6, 68]. Burada söhbət 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə