Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə137/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   133   134   135   136   137   138   139   140   ...   156

Ərəb dilində müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası haqqında bəzi məsələlər
  
339 
 نسحلا və ثراحلا tipli xüsusi adlardan gedir ki, bunlarda da ‘əl hissəciyi ilə, həqiqətən, 
müəyyənlik nöqteyi – nəzərindən heç bir funkisya daşımır. 
İbn Malikin bu müddəasının ikinci hissəsi də maraqlı və artıq müasir ərəb dilçiliyi 
elmində də təsdiqlənmiş bir fikirdir. Buradakı göstərilən növ adların  əvəzinə çıxış 
edən sözlər dildə sual və ya nisbi əvəzliklər kimi işlənən نم “kim?” və ya “kimi” və ام 
“nə?” və ya “nə ki” kəlmələri nəzərdə tutulur ki, bunlar da ناسنا “hansı, hər hansı bir 
insan” və ءيش “hansısa, hər hansı bir şey” sözlərini əvəz edir, bu sözlər isə, məlum 
olduğu kimi, ‘əl artiklini qəbul edə bilmirlər. 
Ənənəvi  ərəb dilçilik nəzəriyyəsində müəyyənlik və qeyri – müəyyənlik 
kateqoriyasının nominativ səviyyədə xarakteristikası çox vaxt “ümumi” və “xüsusi” 
kimi anlayışlara  əsaslanır. Belə  nəzəri yanaşmaya, məsələn, Zəməxşərinin belə bir 
fikri nümunə ola bilər: “Qeyri – müəyyən ad elə bir addır ki, o, hər hansı müəyyən 
sinfin (növün) bütün üzvlərinə aid olur [2, 198]. Müəyyən ada gəlincə, onun üçün 
spesfik bir əlamət kimi xüsusilik halı müəyyənləşdirilir. Beləliklə, Sibəveyhiyə görə 
“Müəyyən ad onunla səciyyələnir ki, o, müəyyən bir sinfin (növün) qalan digər 
üzvlərinə toxunmadan konkret bir obyektə işarə edir” [3, 320]. 
Ənənəvi ərəb dilçilik elmi nümayəndələrinin əsərlərində tez – tez “daha xüsusi” 
və “daha ümumi” kimi ifadələrə rast gəlmək mümkündür. Bu isə onunla izah edilir ki, 
burada müəyyənlik və qeyri – müəyyənlik (və ya xüsusilik – ümumilik) sisteminin 
tədqiqi sadəcə olaraq qəti  şəkildə iki kənar nöqtənin ayırd edilməsilə bitməyib, o, 
müəyyən və qeyri – müəyyən  (xüsusi və ümumi) qütblərinin əhatə dairəsinə daxil 
olan bir sıra “daha müəyyən”, “daha qeyri – müəyyən” kimi qiymətləndirilən aralıq 
kateqoriyaları da özündə əks etdirir. 
Müəyyənlik kateqoriyası daxilindəki dərəcələrə ayrılma prosesi bu baxımdan 
daha rəngarəngdir. Bu prinsip, əsasən, iki istiqamətdə tətbiq edilir. Bir tərəfdən bu 
müqayisə  adların müxtəlif sinifləri (növləri) arasında aparılır. Məsələn, ərəb dilçiləri 
aydınlaşdırmağa çalışırlar ki, şəxs  əvəzliyi, xüsusi isim, işarə  əvəzliyi və ya nisbi 
əvəzliklərdən hansı daha müəyyən mənaya malikdir. Qeyd edilməlidir ki, burada bir 
neçə konsepsiya mövcuddur və bir çox hallarda bu müxtəliflik araşdırılan məsələyə 
yanaşmanın fərqliliyindən irəli gəlir. Məsələn, Bəsrə qrammatika məktəbi 
nümayəndələri hesab edirlər ki, ən çox müəyyən olan şəxs əvəzliyidir, daha sonra isə 
xüsusi ad və nəhayət işarə əvəzliyi gəlir. Xüsusi isimlərin nisbətən zəif müəyyənliyi 
ilə bağlı tezislərini onlar bununla əsaslandırırlar ki, xüsusi ad şəxs əvəzliyindən fərqli 
olaraq təyin oluna bilərlər ki, bu da onların fikrincə, “ondakı müəyyənlik mənasının 
zəifliyinin əlamətidir   [1, 682]. Bəsrə dilçilərinin bu müddəası onların məsələyə dil 
hadisələrinin tədqiqi mövqeyindən yanaşmalarından xəbər verir. Kufə qrammatika 
məktəbi nümayəndələri isə xüsusi ismi ən çox müəyyən ad adlandırırlar; bunun 
ardınca isə şəxs əvəzlikləri və işarə əvəzliklərinin gəldiyini qeyd edirlər. Bunu izah 
edərək onlar göstərirlər ki, “Şəxs əvəzliyi istənilən göstərilən adla əlaqədar işlədilə 
bilir və heç bir konkret şeyi ifadə etmir; bundan əlavə qeyd edilən ad qeyri – müəyyən 
də ola bilər və bu halda şəxs əvəzliyi də qeyri – müəyyən kimi çıxış edir [1, 682]. 
Görünür ki, bu mülahizələr dil vahidlərinin funksional xüsusiyyətləri nəzərə 


Süleymanov Qurbanəli
 
 
340 
alınmadan müəyyənlik və qeyri – müəyyənliyin tədqiqinin yalnız nominativ cəhətinə 
əsaslanır. Digər müəlliflər, məsələn,  İbn Sərrac işarə  əvəzliyini daha çox müəyən 
hesab edir. Öz fikirlərini bəzi müəlliflər belə izah edirlər ki, işarə  əvəzliyinin 
müəyyənliyi iki vəchə görə və qavrama səbəblərinə əsaslanır, digər ad qruplu sözləri 
isə yalnız qavrama səviyyəsində müəyyəndirlər    [1, 683]. 
Müəyyənlik kateqoriyasında dərəcələnmənin ikinci istiqamətini ayrı – ayrı növlər 
(siniflər) daxilində edilən müqayisəli tədqiqatlar təşkil edir. Bu məsələ ilk növbədə 
şəxs əvəzliklərinə aidir [7, 44]. Onları öyrənməklə ərəb dilçiləri məhz hansı şəxsə aid 
əvəzliyin daha müəyyən hesab edilməli olduğunu dəqiqləşdirməyə  cəhd etmişlər. 
Şəxs  əvəzliklərinin müəyyənlik dərəcəsini belə müəyyən etməyə üstünlük verənlər 
vardır: danışan şəxs, qulaq asan şəxs və danışıqda iştirak etməyən şəxs (I, II və III 
şəxslər), işarə əvəzlikləri və xüsusi isimləri də bu planda analiz edilir. Bu halda işarə 
əvəzliklərinin müəyyənlik dərəcəsi bilavasitə işarə olunan predmetdən asılıdır. Xüsusi 
adlara gəlincə, Zəməxşəriyə görə çox müəyyəni yer adlarıdır (çünki bunlarda 
ümumilik ən aşağı səviyyədədir), sonra insan və nəhayət sinif (növ) adları gəlir. 
Ümumi isimlərin qeyri – müəyyənlik dərəcəsinin müəyyənləşdirilməsi problemi 
də dilçilərin diqqətindən kənarda qalmamışdır. Məsələnin həlli,  əsasən leksik 
vahidlərin semantik yönünün öyrənilməsi ilə həyata keçirilmişdir. Məsələn, İbn Yəiş 
hesab edir ki, ءيش “şey” sözü مسج “bədən” sözünə nisbətən daha çox qeyri – müəyyən 
məna daşıyır, ona görə ki, hər biri şeydir. Lakin doğru deyildir ki, hər bir şey – 
bədəndir [1, 684]. 
Qeyd edildi ki, ərəb ənənəvi dilçilik elmində qeyri – müəyyənlik formal olaraq, 
əsasən, ‘əl artikilinin olmamasıyla, semantik planda başlıca olaraq, “ümumilik” 
xüsusi şəkildə xarakterizə edilmişdir. Bununla belə, burada müasir dilçilikdə qeyri – 
müəyyən sözün başlıca  əlaməti sayılan tənvinin söz yaradıcılığındakı rolu tam 
araşdırılmamışdır. Lakin qısa məqalədə belə mürəkkəb məsələni ətraflı şərh etmək, 
əlbəttə, imkan xaricindədir. Beləliklə, ərəb dilində qeyri – müəyyən halın göstəricisi, 
əsasən, qeyri – müəyyən artikl rolunda çıxış edən tənvin, bir sıra məhdud hallarda isə 
tənvin sonluğunun (n səsinin) olmamasıdır. İkinci növ göstərici elmi ədəbiyyatda çox 
vaxt “sıfır artikli” da adlandırılır. Bu tip qeyri – müəyyən sözləri isə, məlum olduğu 
üzrə, ikihallı adlar təşkil edir. 
Ərəb  ədəbi dilində müəyyən və qeyri – müəyyən hallar qrammatik kateqoriya 
kimi həm sintaktik, həm də semantik funksiyalar yerinə yetirir. Qeyri – müəyyən halın 
dildəki semantik funksiyası belə izah edilir: “Qeyri – müəyyən hal qeyd edilən əşyanın 
adının mətndə  və ya danışıqda ilk dəfə  çəkildiyini, onun haqqında hələ heç bir 
məlumat verilmədiyini göstərir [7, 44]. Məsələn: 
 هتيب ىلا عجري لجر
-
        
kişi evinə qayıdır
  
(hansısa bir)
                                                             
Müəyyənlik kateqoriyasında isə, görünür ki, müəyyən ad qruplu söz növləri 
vardır ki, bunlar öz təbiətlərinə görə müəyyənlik mənası daşıyırlar. 
Adların nominativ planda müəyyənlik kəsb etməsinə xidmət edən vasitədə
məlum olduğu kimi, ‘əl artiklinın semantik funksiyaları müşahidə olunmaqdadır. 
يف حابصملا حابصم اھيف ةوكشمك هرون لثم
 
بكوك اھنأك ةجاجزلا ةجاجز
 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə